14/05/2026
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “GəncMove” - tələbələrin təhsildən kənar idman və sağlamlıq proqramı çərçivəsində tələbələr üçün səhər idmanı təşkil olunub.
Tədbirin əsas məqsədi tələbələrin sağlam həyat tərzinə təşviq olunması, onların fiziki aktivliyinin artırılması və komandadaxili həmrəyliyin gücləndirilməsi olub. Səhər idmanı zamanı iştirakçılar müxtəlif fiziki hərəkətlər və məşqlərdə iştirak edərək günə enerjili və motivasiyalı şəkildə başlayıblar.