15/04/2026
🎮 Yerli oyun studiyaları üçün “Digital Dragons 2026” tədbirinə açıq çağırış elan olunub!
🔥 İRİA və “Xsolla”nın birgə tərəfdaşlığı ilə Azərbaycan oyun studiyaları Polşanın Krakov şəhərində keçiriləcək nüfuzlu “Digital Dragons 2026” tədbirində iştirak etmək imkanı əldə edəcək.
💡 Seçiləcək 4 yerli studiya 17–19 may tarixlərində qlobal oyun sənayesinin aparıcı nümayəndələri, nəşriyyatçıları və investorları ilə birbaşa görüşlər keçirə, həmçinin öz layihələrini beynəlxalq səviyyədə təqdim edə biləcək.
💼 Qalib studiyalar üçün aşağıdakı imkanlar təmin olunur:
✈️ Bakı — Polşa istiqamətində gediş-gəliş aviabiletləri və transfer
🏨 Hər studiyanın 2 nümayəndəsi üçün 3 gecəlik ödənişli yerləşmə
🎟️ Tədbirə giriş biletləri və B2B görüş sisteminə çıxış imkanı
💡 Oyun layihələrinin qlobal təqdimatı üçün peşəkar mentor dəstəyi
🤝 Bu təşəbbüs yerli oyun studiyalarının beynəlxalq bazara çıxışını dəstəkləmək, yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycan oyun sənayesinin qlobal səviyyədə tanıdılmasına töhfə vermək məqsədi daşıyır.
📌 İştirak ödənişsizdir, lakin qeydiyyat mütləqdir. Ətraflı məlumat və müraciət üçün bio-da yerləşən linkdən istifadə edə bilərsiniz.
📅 Son müraciət tarixi: 15 aprel, saat 23:59