01/06/2025
🇦🇿🇹🇷Iğdır Azərbaycan Evi, Əbədi Birlik Gənclər İctimai Birliyi və Iğdır Universiteti Beynəlxalq Münasibətlər Topluluğunun birgə təşkilatçılığı ilə Iğdır Universitetinin tələbələri ilə “Gənclərlə Söhbət” adlı görüş baş tutdu.
Görüşü açıq elan edən Iğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar gənclərə Iğdır’ın tarixi, coğrafi yerləşməsi, tarixi və mədəni əraziləri, Azərbaycan-Türkiyə arası əlaqələrdə Iğdır’ın mühüm rolu və gənclərin bu mövzuda edə biləcəkləri fəaliyyət ilə bağlı məlumat verdi.
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev isə gəncləri salamlayaraq Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən, Iğdır’ın və Iğdırda yerləşən Iğdır Azərbaycan Evinin bu münasibətlərdəki töhfələrdən bəhs edərək gəncləri həmrəyliyə səslədi.
Şahin Əliyev Ziya Zakir Acara gənclərə verdiyi dəstək və etdiyi təşəbbüslərə görə təşəkkür etdi, 1-ci dərəcəli “Hacı Zeynalabdin Tağıyev” medalı, müəllifi olduğu “İlhamlı Zəfər - 20” və “Kıbrıs - Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını, Fatma Zehra Oğuz’a isə Azərbaycan-Türkiyə gəncləri arasındakı əlaqələrdə göstərdiyi xidmətlərinə görə “Ulu Öndər” diplomu ilə hədiyyə etdi.
Tədbirin sonunda Ziya Zakir Acar gənclərə Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı Dövlət Universitetindən Iğdır Azərbaycan Evi’nə hədiyyə edilən 600 ədəd kitabın təqdimatını keçirtdi, kitablardan və Iğdır Azərbaycan Evindən hər daim faydalana biləcəklərini dilə gətirdi.
Tədbir xatirə fotosu ilə yekunlaşdı.
🇹🇷🇦🇿 Iğdır Azerbaycan Evi, Ebedi Birlik Gençlik Kamu Birliği ve Iğdır Üniversitesi Uluslararası İlişkiler Topluluğu'nun ortak organizasyonuyla Iğdır Üniversitesi öğrencileriyle “Gençlerle Söyleşi” adlı bir buluşma gerçekleşti.
Toplantının açılışını yapan Iğdır Azerbaycan Evi Başkanı Ziya Zakir Acar, gençlere Iğdır’ın tarihi, coğrafi konumu, tarihi ve kültürel bölgeleri, Azerbaycan-Türkiye ilişkilerinde Iğdır’ın önemli rolü ve bu konuda gençlerin yürütebileceği faaliyetler hakkında bilgi verdi.
“Ebedi Birlik” Gençlik Kamu Birliği Başkanı Şahin Aliyev ise gençleri selamlayarak Azerbaycan-Türkiye kardeşlik ilişkilerinden, Iğdır’ın ve Iğdır’da bulunan Iğdır Azərbaycan Evi’nin bu ilişkilerdeki katkılarından bahsederek gençleri birliğe çağırdı.
Şahin Aliyev, gençlere verdiği destek ve girişimleri dolayısıyla Ziya Zakir Acar’a teşekkür etti, kendisine 1. dereceli “Hacı Zeynalabdin Tağıyev” madalyasını, yazarı olduğu “İlhamlı Zafer - 20” ve “Kıbrıs - Doğu Akdeniz’de Türklerin Ebedi Kalesi” adlı kitaplarını hediye etti. Fatma Zehra Oğuz’a ise Azerbaycan-Türkiye gençleri arasındaki ilişkilere yaptığı katkılardan dolayı “Ulu Önder” diplomasını takdim etti.
Etkinliğin sonunda Ziya Zakir Acar, Azerbaycan Cumhuriyeti Diaspora ile İş Üzere Devlet Komitesi'nin desteğiyle Bakü Devlet Üniversitesi’nden Iğdır Azerbaycan Evi’ne hediye edilen 600 adet kitabın tanıtımını yaptı ve gençlerin bu kitaplardan ve Iğdır Azərbaycan Evi’nden her zaman faydalanabileceklerini dile getirdi.
Etkinlik hatıra fotoğrafı ile sona erdi.