Baku Culinary Association

Baku Culinary Association Baku Culinary Association

10 İYUN 2026-CI İL TARİXİNDƏ BAKI KULİNARİYA ASSOSİASİYASI NÖVBƏTİ AYLIQ GÖRÜŞÜNÜ KEÇİRDİ!Peşəkar aşpazları və kulinariy...
12/06/2026

10 İYUN 2026-CI İL TARİXİNDƏ BAKI KULİNARİYA ASSOSİASİYASI NÖVBƏTİ AYLIQ GÖRÜŞÜNÜ KEÇİRDİ!

Peşəkar aşpazları və kulinariya sahəsinin nümayəndələrini bir araya gətirən ənənəvi aylıq görüş yüksək əhval-ruhiyyədə və məhsuldar müzakirələr şəraitində baş tutdu.

Tədbir çərçivəsində kulinariya sahəsinin inkişafına töhfə verməyə hazır olan yeni üzvlər Bakı Kulinariya Assosiasiyasının sıralarına qəbul olundular. Bununla yanaşı, assosiasiyanın peşəkarlar şəbəkəsi daha da genişləndi. Yeni üzvlərə uğurlar arzulayır, onların təşkilatımızın fəaliyyətində fəal iştirak edəcəklərinə və kulinariya sahəsinin inkişafına öz töhfələrini verəcəklərinə inanırıq.

Görüş zamanı gələcək layihələr, peşəkar inkişaf proqramları, kulinariya yarışları və beynəlxalq əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı. Qarşıdakı dövrdə milli və beynəlxalq kulinariya ənənələrinin inkişafı, peşəkar aşpazların dəstəklənməsi, gənc istedadların təşviqi və yeni layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

BİRLİKDƏ DAHA GÜCLÜ, DAHA PEŞƏKAR!

Worldchefs - World Association of Chefs SocietiesThe World Master Chefs Society Azerbaijan Culinary Guild





QURBAN BAYRAMINIZ MÜBARƏK!Hər kəsi ürəkdən təbrik edir, ailələrinizə sağlamlıq, sevinc və ruzi-bərəkət arzulayırıq. Alla...
27/05/2026

QURBAN BAYRAMINIZ MÜBARƏK!

Hər kəsi ürəkdən təbrik edir, ailələrinizə sağlamlıq, sevinc və ruzi-bərəkət arzulayırıq. Allah bütün duaları və qurbanları qəbul etsin.

Baku Culinary Association

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil olunan “Açıq Qapı” günü böyük maraqla ...
26/05/2026

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil olunan “Açıq Qapı” günü böyük maraqla qarşılanıb.

Tədbirdə müəllim və şagirdlər, valideynlər, müxtəlif qurumların nümayəndələri, eləcə də Bakı Kulinariya Assosiasiyasının sədri İlkin Əkbərzadə və idarə heyətinin üzvləri iştirak ediblər.

Qonaqlara mərkəzin tədris infrastrukturu və praktiki təlim prosesi təqdim olunub. Həmçinin aşpazlıq və şirniyyat-qənnadıçılıq ixtisası üzrə tələbələr tərəfindən müxtəlif milli mətbəx nümunələri nümayiş etdirilib və təqdim olunub.
Worldchefs Africa and Middle East Continental AreaWorldchefs - World Association of Chefs SocietiesBaku Culinary AssociationTurizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi@

🇦🇿🇹🇷 21–24 may tarixlərində İstanbulda keçirilən 8-ci Etnospor Kültür Festivali bu gün rəsmi olaraq başa çatdı. Festival...
24/05/2026

🇦🇿🇹🇷 21–24 may tarixlərində İstanbulda keçirilən 8-ci Etnospor Kültür Festivali bu gün rəsmi olaraq başa çatdı. Festival çərçivəsində Azərbaycan mətbəxi Bakı Kulinariya Assosiasiyası tərəfindən yüksək səviyyədə təqdim olundu və milli təamlarımız qonaqlar tərəfindən böyük maraqla qarşılandı.
Worldchefs - World Association of Chefs SocietiesWorldchefs Africa and Middle East Continental AreaYunus Emre EnstitüsüBaku Culinary AssociationTürk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı - TİKA Etnospor

23/05/2026

🇦🇿 21–24 may 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən 8. Etnospor Kültür Festivali çərçivəsində təşkil olunan “TİKA Evrensel Tatlar” layihəsində Azərbaycan mətbəxini Bakı Kulinariya Assosiasiyasının üzvü, peşəkar aşpaz Faik Xəlilov təmsil edir.

4 gün ərzində irsi mətbəximizə aid dolma, gürzə, müxtəlif plovlar, bölgələrimizə aid milli təamlar və Qarabağ bölgəsinə məxsus şirniyyatlar hazırlanaraq qonaqlara təqdim olunub. Milli dadlarımız, ənənəvi təamlarımız və kulinariya mədəniyyətimiz festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanır.

Worldchefs - World Association of Chefs SocietiesWorldchefs Africa and Middle East Continental AreaTürk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı - TİKAYunus Emre Enstitüsü Baku Culinary Association Emirates Culinary Guild Syrian Culinary Guild CIC

🇦🇿 AZƏRBAYCAN MƏTBƏXİ İSTANBULDA TƏMSİL OLUNUR!21–24 may 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən...
22/05/2026

🇦🇿 AZƏRBAYCAN MƏTBƏXİ İSTANBULDA TƏMSİL OLUNUR!

21–24 may 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “8. Etnospor Kültür Festivali” çərçivəsində təşkil olunan “TİKA Evrensel Tatlar” layihəsində Azərbaycan milli mətbəxi beynəlxalq arenada təqdim olunur.

Festival çərçivəsində Azərbaycan, Əfqanıstan, Özbəkistan, Gürcüstan, Bosniya və Herseqovina, Livan, Meksika, Tanzaniya, Qazaxıstan, Qırğızıstan, Banqladeş və Fələstin olmaqla ümumilikdə 12 ölkənin milli mətbəxi xüsusi stendlərdə nümayiş etdirilir.

Azərbaycanı bu mötəbər beynəlxalq tədbirdə Bakı Kulinariya Assosiasiyasının üzvü, peşəkar aşpaz Faik Xəlilov təmsil edir. O, Azərbaycan milli mətbəxinin zənginliyini, qədim kulinariya ənənələrimizi və milli dadlarımızı festival iştirakçılarına təqdim edir.

Festival müddətində hər ölkə öz milli yeməklərindən gündəlik yüzlərlə qonaq üçün təqdimatlar və dequstasiyalar təşkil edir. Tədbir çərçivəsində aşpazlar milli geyimlərdə çıxış edərək öz ölkələrinin mədəniyyətini və qastronomiyasını tanıdırlar.

Bakı Kulinariya Assosiasiyası olaraq Faik Xəlilova uğurlar arzulayır, Azərbaycan mətbəxinin beynəlxalq platformalarda tanıdılması istiqamətində göstərdiyi fəaliyyətə görə təşəkkür edirik.

Worldchefs - World Association of Chefs SocietiesTürk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı - TİKAAzerbaijan Culinary GuildYunus Emre Enstitüsü Worldchefs Africa and Middle East Continental Area

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərb...
09/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir. 🇦🇿

If National Leader Heydər Əliyev could see today’s Azerbaijan, he would be proud. I am certain that his soul is at peace, because modern Azerbaijan is the result of his great vision, wise leadership, and lifelong service to the nation.

06/05/2026

Türkiyə–Azərbaycan Kulinariya Forumu 2026 beynəlxalq media tərəfindən böyük maraqla qarşılanmışdır.

Türkiyənin dövlət televiziya kanalı TRT 1 forumdan xüsusi reportaj hazırlayaraq tədbiri geniş şəkildə işıqlandırmışdır. Reportajda Türkiyənin Anadolu Professional Aşçılar Dərnəyi (ANPROŞEF) və Bakı Kulinariya Assosiasiyasının (Azerbaijan Chefs Guild) şeflərinin iştirakı, milli mətbəxlərin təqdimatı və iki qardaş ölkə arasında kulinariya sahəsində əməkdaşlıq xüsusi vurğulanmışdır.

TRT 1-in hazırladığı reportaj forumun beynəlxalq əhəmiyyətini və Türkiyə–Azərbaycan dostluq əlaqələrinin gücünü bir daha nümayiş etdirmişdir.

4 may 2026-cı il tarixində Bakıda iki qardaş ölkənin peşəkar şeflərini, qastronomiya sənayesi nümayəndələrini və kulinar...
06/05/2026

4 may 2026-cı il tarixində Bakıda iki qardaş ölkənin peşəkar şeflərini, qastronomiya sənayesi nümayəndələrini və kulinariya assosiasiyalarını bir araya gətirən ilk Türkiyə–Azərbaycan Kulinariya Forumu keçirilmişdir.

Forum çərçivəsində Türkiyənin Anadolu Professional Aşçılar Dərnəyi (ANPROŞEF) komandası türk mətbəxinin autentik nümunələrini, o cümlədən dörd sultan sarayının qastronomik ənənələrini və Türkiyə mətbəxinin unikal milli istiqamətlərini təqdim etmişdir.

Azərbaycan tərəfdən isə Bakı Kulinariya Assosiasiyası üzvləri tərəfindən Qarabağ Şirniyyatları və Qədim İrəvan Xanlığına aid milli stendlər təqdim olunaraq Azərbaycan mətbəxinin və şirniyyat sənətinin zənginliyi nümayiş etdirilmişdir.

Forum mədəni və peşəkar əməkdaşlıq üçün mühüm platformaya çevrilərək bir daha sübut etdi ki, qastronomiya xalqları, ənənələri və insanları birləşdirən ortaq bir dildir.

Türkiyə–Azərbaycan Kulinariya Forumu 4 may 2026-cı ildə bir daha nümayiş etdirdi ki, qastronomiya sadəcə yemək deyil, mə...
06/05/2026

Türkiyə–Azərbaycan Kulinariya Forumu 4 may 2026-cı ildə bir daha nümayiş etdirdi ki, qastronomiya sadəcə yemək deyil, mədəniyyətləri, ənənələri və insanları birləşdirən ortaq bir dildir. Forum Türkiyə ilə Azərbaycan arasında möhkəm əlaqələrin və kulinariya sahəsində beynəlxalq əməkdaşlığın böyük potensialının parlaq nümunəsinə çevrildi.

https://ru.trend.az/life/socium/4182753.html

Address

Bala Baba Majidov 63
Baku
1073

Telephone

+994504030701

Website

Alerts

Be the first to know and let us send you an email when Baku Culinary Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Baku Culinary Association:

Share