16/09/2023
15 sentyabrda UNEC-də Oriyentasiya günü baş tutub. Tədbirdə UNEC Könüllüləri Təşkilatı fəal iştirak edib.
Təşkilatın fəaliyyətini, məqsəd və vəzifələrini təqdim edən Stendlərdə könüllülərimiz yeni gələn tələbələrə geniş məlumatlar verib, eləcə də universitet və ixtisaslar haqqında verilən sualları cavablandırıblar, çoxsayı tələbə və valideynlərə infoturda yaxından yardım göstəriblər.
UNEC-in bütün tədris binalarında yeni gələn tələbələrə tanıtım hədiyyələri təqdim edilib.
Yeni tələbələrimizi öz sıralarımızda görmək diləyi ilə yeni tədris ilində hamıya UĞURLAR 💝