Azərbaycan Notariat Palatası

Azərbaycan Notariat Palatası Azərbaycan Notariat Palatası Notariat Palatası Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir.

Azərbaycan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Notariat Palatası öz fəaliyyətini AR Konstitusiyasına, Mülki Məcəlləsinə, “Notariat haqqında” AR Qanununa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununa və öz Nizamnaməsinə əsasən həyata keçirir.

2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Azadə Cabbarzadənin vəsiyyətnamələrin rəsmiləşdirilməs...
12/05/2026

2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Azadə Cabbarzadənin vəsiyyətnamələrin rəsmiləşdirilməsi üzrə mətbuata müsahibəsi.

Bizi İzləy...

Bu gün müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü...
10/05/2026

Bu gün müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçilik ənənələri möhkəmlənmiş, ölkəmiz davamlı inkişaf yoluna qədəm qoymuşdur. Onun zəngin siyasi irsi xalqımızın milli həmrəyliyinin və müstəqilliyimizin əsas dayaqlarından biridir.

Ulu Öndərimizi sonsuz hörmət və dərin ehtiramla yad edirik!

Notariat ofisi əməkdaşlarının Tədris Proqramı davam etdirilir. Respublikamızın notariat ofislərində fəaliyyət göstərən ə...
15/04/2026

Notariat ofisi əməkdaşlarının Tədris Proqramı davam etdirilir.

Respublikamızın notariat ofislərində fəaliyyət göstərən əməkdaşların (mütəxəssislərin) peşə biliklərinin artırılması məqsədilə Azərbaycan Notariat Palatası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və baş idarəsinin birgə təşkil etdiyi Tədris Proqramı davam etdirilir.
Tədris Proramı 2019-cu il dən başlayaraq mütəmadi olaraq respublikanın bütün notariat ofislərini əhatə etməklə təşkil olunur. Hazırki vaxtadək 560-dan çox notariat ofisi əməkdaşı Tədris Proqramına cəlb edilmişdir.
Tədris kursu notariat fəaliyyətinin nəzəri və praktiki məsələlərini əhatə edir və 2 həftəlik kurs dövründə əməkdaşlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin notariat fəaliyyəti ilə əlaqəli müddəalarını, “Notariat haqqında” Qanunun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın əsas tələblərini, kargüzarlığın və arxiv işinin aparılması qaydalarını, həmçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunundan irəli gələn tələbləri və digər zəruri normativ-hüquqi aktların tələblərini, Elektron notariat İnformasiya sisteminin xüsusiyyətlərini və imkanlarını öyrənirlər, eyni zamanda etik ünsiyyət və davranış qaydalarını öyrənirlər.
Tədris kursu hissəsi qaydada təcrübəli notariuslar, Notariat, qeydiyyat və reyestr baş idarəsinin və Notariat Palatasının məsul əməkdaşları, Ədliyyə Akademiyasının müəllimləri, həmçinin cəlb olunmuş digər mütəxəssislər tərəfindən tədris olunur. Tədris kursu Notariat Palatası tərəfindən onlayn qaydada təşkil olunur və təlim dövründə əməkdaşlar iş fəaliyyətindən azad olunurlar.
Növbəti Tədris kursu çərçivəsində yeni qrup üzrə 9 aprel 2026-cı il tarixdə tədrisin nəticələrinə dair müsahibə keçirilmişdir. Müsahibə nəticələrinə görə müvəffəqiyyət qazanan əməkdaşlara müvafiq dərəcəli sertifikatların verilməsi nəzərdə tutulur.

Notariat ofisi əməkdaşı namizədləri üçün növbəti hazırlıq kursu keçirilmişdir. Notariat ofislərini bilik və təcrübə baxı...
10/04/2026

Notariat ofisi əməkdaşı namizədləri üçün növbəti hazırlıq kursu keçirilmişdir.

Notariat ofislərini bilik və təcrübə baxımından hazırlıqlı kadrlarla təmin etmək məqsədilə Azərbaycan Notariat Palatası, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi ilə birgə tədbirlər həyata keçirir.
Bu məqsədlə hüquqi əsas kimi “Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərində əməkdaşların kadr ehtiyatının formalaşdırılması və təkmilləşdirilməsi” Qaydaları hazırlanmış və Notariat Palatasının İdarə Heyətinin 18 iyul 2025-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
Qaydalara əsasən, notariat ofisi əməkdaşı qismində fəaliyyət göstərmək istəyən namizədlər Azərbaycan Notariat Palatasında nəzəri və təcrübi hissələrdən ibarət olan hazırlıq kursunu keçməlidirlər. Hazırlıq kursunun nəzəri hissəsi onlayn qaydada təcrübəli notariuslar, Notariat, qeydiyyat və reyestr baş idarəsinin və Notariat Palatasının məsul əməkdaşları, həmçinin aidiyyəti üzrə cəlb olunmuş mütəxəssislər tərəfindən tədris olunur. Təcrübi kurs isə, namizədlərin notariat ofislərində 3 həftə ərzində Elektron notariat informasiya sistemindən istifadə qaydalarının, notariat hərəkətlərinin icra edilməsinin xüsusiyyətlərinin və vətəndaşlarla ünsiyyət qaydalarının öyrənilməsi qaydasında təşkil olunur. Ümumi hazırlıq kursu başa çatdıqdan sonra, hazırlıq kursunun nəticələri müsahibə vasitəsilə qiymətləndirilir və uğurlu nəticə göstərən namizədlərə müvafiq sertifikatlar təqdim olunur.
Bu günlərdə növbəti qrup namizədlərlə hazırlıq kursu yekunlaşmışdır.
Hazırlıq kursunu uğurla bitirmiş və müvafiq sertifikat almış namizədlərin əməkdaş vakansiyası olan notariat ofislərində işəgötürən və işçi arasında razılaşdırılmış əmək müqaviləsi əsasında işlə təmin olunması nəzərdə tutulur.

31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür.31 mart 1918-ci ildə erməni-bolşevik silahı birləşmələri tərəfindən soyqır...
31/03/2026

31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür.
31 mart 1918-ci ildə erməni-bolşevik silahı birləşmələri tərəfindən soyqırıma məruz qalan günahsız qurbanların - soydaşlarımızın xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Unutmayaq, unutdurmayaq.

Novruz bayramınız mübarək!Qoy bu bahar xalqımıza əmin-amanlıq, uğurlar və xoş günlər bəxş etsin!
20/03/2026

Novruz bayramınız mübarək!
Qoy bu bahar xalqımıza əmin-amanlıq, uğurlar və xoş günlər bəxş etsin!

Ramazan bayramınız mübarək!Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, əziz xalqımıza səadət və xoş günlər, d...
19/03/2026

Ramazan bayramınız mübarək!
Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, əziz xalqımıza səadət və xoş günlər, dünyamıza əmin-amanlıq bəxş etsin!

Əziz xanımlar,Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, sizə can sağlığı və sevinc dolu günlər ar...
07/03/2026

Əziz xanımlar,
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, sizə can sağlığı və sevinc dolu günlər arzulayırıq!

Xocalını unutmayaq, unutdurmayaq.
26/02/2026

Xocalını unutmayaq, unutdurmayaq.

20 Yanvar — xalqımızın qan yaddaşıdır. Şəhidlərimizi hüzn və qürurla yad edirik.
20/01/2026

20 Yanvar — xalqımızın qan yaddaşıdır. Şəhidlərimizi hüzn və qürurla yad edirik.

Əziz həmvətənlər!Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2026-cı il münasibətilə sizi ürəkdən təbrik...
31/12/2025

Əziz həmvətənlər!
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2026-cı il münasibətilə sizi ürəkdən təbrik edirik!
Yeni ilin hər birinizə cansağlığı, uğur və firavanlıq gətirməsini arzulayırıq!

Address

8 Noyabr Prospekti 25 E
Baku
AZ1025

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 15:00

Telephone

+994124881071

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Notariat Palatası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Notariat Palatası:

Share