Dədə Ələsgər Ocağı İctimai Birliyi

Dədə Ələsgər Ocağı İctimai Birliyi Aşıq Ələsgər (1821 - 1926)

“100 MÜƏLLİFİN SƏSİ” kitabının təqdimatı keçiriləcəkMəlumat verdiyimiz kimi, Dədə Ələsgərin vəfatının 100 illiyinə həsr ...
17/06/2026

“100 MÜƏLLİFİN SƏSİ” kitabının təqdimatı keçiriləcək

Məlumat verdiyimiz kimi, Dədə Ələsgərin vəfatının 100 illiyinə həsr olunmuş “100 Müəllifin Səsi” kitabının I hissəsi işıq üzü görüb.

Nəşrdə 100 müəllifin Dədə Ələsgərin zəngin həyat və yaradıcılığına həsr etdiyi şeirlər, məqalələr və müxtəlif ədəbi nümunələr yer alıb. Kitab böyük söz ustadının ədəbi irsinin təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə hazırlanıb.

Dədə Ələsgər yaradıcılığına dəyər verən hər kəsi kitabın təqdimatına dəvət edirik.

📅 Tarix: 24 iyun 2026
🕑 Saat: 14:00
📍 Məkan: Atatürk Mərkəzi (Tərlan Əliyarbəyov küçəsi, 51)

15/06/2026

- Azərbaycan Xalqının Milli Qurtuluş Günüdür!

“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində Naftalan şəhərində ilk tədbir keçirildi.12 iyun 2026-cı il tarixi...
12/06/2026

“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində Naftalan şəhərində ilk tədbir keçirildi.

12 iyun 2026-cı il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində ilk anım tədbiri keçirilib.
Tədbir Naftalan Şəhər İcra Hakimiyyətinin tərəfdaşlığı ilə baş tutub.
Tədbirin məqsədi böyük el sənətkarı Aşıq Ələsgərin zəngin yaradıcılıq irsinin təbliği, onun sənət dünyasının geniş ictimaiyyətə, xüsusilə də gənc nəslə çatdırılması, Azərbaycan aşıq sənətinin və milli-mənəvi dəyərlərimizin yaşadılması olub.
Tədbiri giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov qonaqları salamlayaraq Aşıq Ələsgər yaradıcılığına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması və Bakı şəhərində heykəlinin ucaldılması ilə bağlı imzalanmış sərəncamların böyük söz ustadının irsinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu vurğulayıb.
Sonra Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi və layihə rəhbəri Xətai Ələsgərli çıxışında ustad sənətkarın həyat və yaradıcılığından ətraflı bəhs edib, onun poeziyasının milli-mədəni dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını qeyd edib. O, Aşıq Ələsgərin şeirlərindən nümunələr səsləndirərək iştirakçılara sənətkarın zəngin irsini bir daha xatırladıb.
Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev çıxışında “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi barədə geniş məlumat verib. O bildirib ki, layihə çərçivəsində keçiriləcək tədbirlər Aşıq Ələsgər irsinin təbliği və aşıq sənətinin yaşadılması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Növbəti çıxışçı Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi və əməkdar müəllim, Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü İbadulla Ağayev çıxışında Aşıq Ələsgərin Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutduğunu vurğulayıb. O, ustad sənətkarın yaradıcılığının milli-mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tibb üzrə fəlsəfə doktoru, Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin direktoru Hacı Abbas Bağırov isə çıxışında Aşıq Ələsgərin klassik aşıq şeirini məzmun və forma baxımından zənginləşdirərək şifahi xalq ədəbiyyatını yazılı ədəbiyyatın estetik səviyyəsinə yüksəltdiyini bildirib. O qeyd edib ki, ustad sənətkar ana dilinin saflığını qoruyaraq milli poeziyaya realizm, təbiət sevgisi, dərin fəlsəfi düşüncə və yeni aşıq məktəbi gətirib.
Qərbi Azərbaycan İcmasının Naftalan şəhəri üzrə nümayəndəsi Nicat Ələsgərov çıxışında Aşıq Ələsgərin Azərbaycan aşıq məktəbinin formalaşması və inkişafındakı müstəsna rolundan danışıb. O vurğulayıb ki, ustad sənətkarın yaradıcılığı bu gün də aşıq sənətinin əsas dayaqlarından biri kimi yaşayır və yeni nəsil sənətkarlar üçün örnək rolunu oynayır.
Tədbirin bədii hissəsində Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı, Aşıq Haxverdi Kərəmoğlu, Aşıq Əfqan Məmmədov, balaban ifaçısı Şahmirzə Məmmədov, Aşıq Elbrus Kəlbəcərli, gənc şairə Gülnar Samilqızı, Aşıq Mansır Kərəmoğlu və Aşıq Fəxrəddin İsayev çıxış edərək Aşıq Ələsgərin yaradıcılığından nümunələr təqdim edib, aşıq havaları və şeirlər səsləndiriblər. İfa olunan musiqi nömrələri və poetik nümunələr tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, layihə çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi Aşıq Ələsgərin zəngin yaradıcılıq irsini geniş ictimaiyyətə tanıtmaq, gənc nəslin milli-mədəni dəyərlərə bağlılığını gücləndirmək və Azərbaycan aşıq sənətinin yaşadılmasına töhfə verməkdir.
Layihə çərçivəsində növbəti tədbirlər Goranboy, Göygöl və Samux rayonlarında keçiriləcək.

10/06/2026

Səyyarə Məmmədli - "Bu dünya bir ömür yükdü” kitabının təqdimatı

2 iyun 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Dədə Ələsgər Ocağı” İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə şairə Səyyarə Məmmədlinin “Bu dünya bir ömür yükdü” adlı kitabının təqdimat mərasimi keçirilib.

ELAN 📢“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində Naftalanda tədbir keçiriləcəkDədə Ələsgər Ocağı İctimai Bir...
09/06/2026

ELAN 📢

“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində Naftalanda tədbir keçiriləcək

Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində 12 iyun 2026-cı il, saat 11:00-da Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində anım tədbiri keçiriləcək.

Tədbirdə böyük el sənətkarı Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs ediləcək, onun poetik irsinə həsr olunmuş çıxışlar səsləndiriləcək, aşıq musiqisi nümunələri təqdim olunacaq.

Layihə çərçivəsində Naftalan, Goranboy, Göygöl və Samux rayonlarında keçiriləcək anım tədbirlərinin əsas məqsədi Aşıq Ələsgərin zəngin yaradıcılıq irsini geniş ictimaiyyətə, xüsusilə gənc nəslə tanıtmaq, Azərbaycan aşıq sənətinin və milli-mənəvi dəyərlərimizin təbliğinə töhfə verməkdir.

Hər kəsi tədbirdə iştirak etməyə dəvət edirik!

08/06/2026

“Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan mədəniyyətinin müasir rəqəmsal alətlər vasitəsilə təbliği üçün multifunksional veb-platformanın yaradılması” layihəsi çərçivəsində azculture.az veb-platforması ictimaiyyətə təqdim olunub.

Sabirabadda şairə, esseist Şahnaz Şahinlə görüş keçirilibİyunun 4-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyind...
06/06/2026

Sabirabadda şairə, esseist Şahnaz Şahinlə görüş keçirilib

İyunun 4-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Hophopnamə Kitab Mərkəzində Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı şairə, esseist Şahnaz Şahinin "Şəkkizinci not" adlı yaradıcılıq gecəsi və "Səkkizinci not", "Şahlar", "Qaraciyərinlə gülümsə" kitablarının təqdimat keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, AYB-in Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlı, AYB-in baş müşaviri Rauf Aslan, Tərcümə mərkəzi və bədii əlaqələr mərkəzinin sədri Əsəd Cahangir, şair, publisist Daməd Salman, yazıçı, publisist, ədəbiyyat üzrə fəlsəfə doktoru Şəfəq Nasir, "Dədə Ələsgər ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli, iş adamı, AYB-in fəxri üzvü Rəşid Süleymanov, yazıçı Yaqut xanım və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər müəllifin zəngin və çoxşaxəli ədəbi irsindən bəhs edərək, əsərlərindəki milli qürur və vətənpərvərlik ruhunun gələcək nəsillərə aşılanmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, şairənin lirikası insan ruhunun dərinliklərinə nüfuz edərək, onun xəyallarını, ümidlərini və daxili iztirablarını incə bədii dillə əks etdirir.
Tədbirin sonunda şairəyə Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomu, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.
Görüş çərçivəsində gənclər tərəfindən Şahnaz Şahinin sevilən şeirləri səsləndirilib.

Azərbaycan diaspor hərəkatının tanınmış simalarından biri olan Şakir Göyüşov uzun illərdir ki, milli düşüncəyə, vətənə b...
05/06/2026

Azərbaycan diaspor hərəkatının tanınmış simalarından biri olan Şakir Göyüşov uzun illərdir ki, milli düşüncəyə, vətənə bağlılığa və azərbaycançılıq ideologiyasına sədaqəti ilə seçilən ictimai xadimlər sırasında xüsusi yer tutur. Onun fəaliyyəti təkcə ölkə daxilində deyil, xaricdə yaşayan soydaşlarımız arasında da yüksək qiymətləndirilir.

Şakir Göyüşovun təşəbbüsü və rəhbərliyi ilə Rusiyanın Ulyanovsk vilayətində yaradılmış “Nizami” Azərbaycan cəmiyyəti diaspor tariximizin uğurlu və parlaq nümunələrindən biri hesab olunur. Bu təşkilat uzun illər ərzində bölgədə yaşayan azərbaycanlıların milli-mədəni kimliyinin qorunmasına, ana dilimizin, adət-ənənələrimizin yaşadılmasına və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfələr vermişdir.

Onun peşəkar fəaliyyəti də diqqətəlayiqdir. Şakir Göyüşov Ulyanovsk Avtomobil Zavodunda çalışdığı 23 il ərzində sadə usta vəzifəsindən baş direktorun müavini vəzifəsinədək yüksəlmişdir. Bu yüksəliş onun yüksək idarəçilik bacarığının, zəhmətkeşliyinin və peşəkarlığının göstəricisidir. Həmin dövrdə müəssisənin iqtisadi potensialının gücləndirilməsi istiqamətində gördüyü işlər xüsusi qeyd olunmalıdır.

Diaspor fəaliyyətində qazandığı nüfuz nəticəsində Şakir Göyüşov müxtəlif dövrlərdə Ümumrusiya Azərbaycanlıları Konqresində və Avropa Azərbaycanlıları Konqresində vitse-prezident kimi məsul vəzifələr daşımışdır. Bu etimad onun həm Azərbaycan diasporu, həm də ictimaiyyət arasında qazandığı hörmətin göstəricisidir.

Şakir Göyüşovun fəaliyyətinin mühüm istiqamətlərindən biri də xeyriyyəçilikdir. O, Vətənin çətin günlərində ordumuza, şəhid ailələrinə və qazilərimizə mənəvi və maddi dəstək göstərmiş, eyni zamanda soydaşlarımızın təhsil və mədəni inkişafına xidmət edən təşəbbüslərə dəstək vermişdir. Bu fəaliyyət onu yalnız ictimai xadim kimi deyil, həm də yüksək vətəndaş məsuliyyəti daşıyan şəxsiyyət kimi tanıdır.

Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində gördüyü işlər də xüsusi əhəmiyyət kəsb edir. Dədə Ələsgər irsinin yaşadılması, aşıq sənətinin və xalq yaddaşının gələcək nəsillərə ötürülməsi məqsədilə fəaliyyət göstərən “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Müşahidə Şurasının sədri kimi o, bu sahədə mühüm təşəbbüslərin həyata keçirilməsinə töhfə verir.

Şakir Göyüşovun çoxşaxəli fəaliyyəti göstərir ki, harada yaşamasından asılı olmayaraq, milli kimliyə bağlılıq, vətən sevgisi və xalq qarşısında məsuliyyət hissi insanı cəmiyyət üçün faydalı və nüfuzlu şəxsiyyətə çevirən əsas dəyərlərdəndir. Onun həyat və fəaliyyət yolu Azərbaycan diasporunun inkişafı, milli maraqların müdafiəsi və mənəvi irsimizin qorunması istiqamətində xidmət göstərənlər üçün örnək hesab oluna bilər.

Bu gün (5 iyun) hörmətli Şakir Göyüşovun doğum günüdür. Ömrünün növbəti ilinə qədəm qoyan Şakir müəllimə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və həyata keçirdiyi bütün xeyirxah təşəbbüslərdə yeni uğurlar arzulayırıq. İnanırıq ki, onun Azərbaycançılıq məfkurəsinə, xalqımıza və dövlətimizə xidmət yolu bundan sonra da eyni əzmlə davam edəcək, zəngin həyat təcrübəsi və fəaliyyəti yeni nəsillər üçün örnək olacaqdır. Doğum gününüz mübarək, hörmətli Şakir müəllim! Həyatınızın hər günü xalqımızın sevgisi, dostlarınızın ehtiramı və ailənizin xoşbəxtliyi ilə müşayiət olunsun.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyi
Bakı şəhəri, 5 iyun 2026-cı il

Səyyarə Məmmədlinin “Bu dünya bir ömür yükdü” kitabının təqdimatı keçirilib2 iyun 2026-cı il tarixində Azərbaycan Yazıçı...
02/06/2026

Səyyarə Məmmədlinin “Bu dünya bir ömür yükdü” kitabının təqdimatı keçirilib

2 iyun 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Dədə Ələsgər Ocağı” İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə şairə Səyyarə Məmmədlinin “Bu dünya bir ömür yükdü” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü Məlahət Yusifqızı aparıb. Təqdimat mərasimini açan Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu qonaqları salamlayaraq şairənin yaradıcılığı haqqında ətraflı danışıb. O, Səyyarə Məmmədlinin poetik dünyasından nümunələr təqdim edərək müəllifin Azərbaycan ədəbiyyatındakı yeri və yaradıcılıq xüsusiyyətləri barədə fikirlərini bölüşüb.
Daha sonra söz “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərliyə verilib. Xətai Ələsgərli çıxışında Səyyarə Məmmədliyə yeni yaradıcılıq uğurları arzulayıb və növbəti görüşün şairənin doğulub boya-başa çatdığı Basarkeçər rayonunun Kəsəmən kəndində keçirilməsini arzu edib.
Səyyarə Məmmədlini yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edən Xətai Ələsgərli müəllifin 65 illik yubileyi münasibətilə də xoş arzularını çatdırıb. O, Azərbaycan poeziyasının inkişafında uzunmüddətli fəaliyyətinə, milli ədəbiyyatın zənginləşdirilməsinə verdiyi dəyərli töhfələrə görə Səyyarə Məmmədlini “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Fəxri Diplomu ilə təltif edib.
Tədbirdə şairənin sənət dostları, qələm yoldaşları, yaxınları və ədəbiyyatsevərlər çıxış edərək müəllifin yaradıcılığı, insani keyfiyyətləri və Azərbaycan poeziyasına verdiyi töhfələr barədə fikirlərini bölüşüb, yeni kitabın işıq üzü görməsini əlamətdar hadisə kimi dəyərləndiriblər.
Sonda Səyyarə Məmmədli tədbirin təşkilatçılarına, çıxış edən qonaqlara və iştirakçılara təşəkkürünü bildirib, kitabın ərsəyə gəlmə prosesi haqqında məlumat verib və yaradıcılıq planlarından danışıb.
Qeyd edək ki, “Bu dünya bir ömür yükdü” kitabı müəllifin həyat, zaman, insan taleyi, vətən sevgisi və mənəvi dəyərlər mövzusunda qələmə aldığı poetik nümunələri özündə birləşdirir.

Dədə Ələsgərin vəfatının 100 illiyinə həsr olunan “100 Müəllifin Səsi” kitabının I hissəsi işıq üzü görüb.Nəşrdə 100 müə...
02/06/2026

Dədə Ələsgərin vəfatının 100 illiyinə həsr olunan “100 Müəllifin Səsi” kitabının I hissəsi işıq üzü görüb.
Nəşrdə 100 müəllifin Dədə Ələsgərin həyat və yaradıcılığına həsr etdiyi şeirlər, məqalələr və digər ədəbi nümunələr toplanıb.

Qeyd: Kitabın təqdimatı ilə bağlı əlavə məlumat izləyicilərlə paylaşılacaq

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Dədə Ələsgər Ocağı İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dədə Ələsgər Ocağı İctimai Birliyi:

Share