29/01/2024
Dear Nizami lovers!
We have good news (ENG-AZE) for you.
The documentary film called "Heritage" recently aired on the well-known national Saudi Arabian TV channel. The film was based on the poems of Layla and Majnun.
It has two episodes, namely "Majnun and Layla in the East" and "Majnun and Layla in the West. The film was shot in different parts of the world with well-known scholars: United Kingdom, Germany, India (New Dehli, Mumbai and Pune), Saudi Arabai (Mount of Layla, where Qays and Layla were said to "meet in secret").
To watch, visit the links below:
1. Majnun Layla in the East: https://www.youtube.com/watch?v=UVdDvyLXvU8&t=981s
2. Majnun Layla in the West: https://www.youtube.com/watch?v=q62SMPVQUvI
**********************************************
Səudiyyə Ərəbistanı Krallığının ilk rəsmi tv kanalı Al Saudiya “Leyli və Məcnun” mövzusunda sənədli film təqdim edib.
Cari ilin 17-24 yanvar tarixlərində Səudiyyə Ərəbistanı Krallığının ilk rəsmi tv kanalı Al Saudiyanın ərsəyə gətirdiyi “İrs” layihəsi çərçivəsində iki hissədən ibarət olan “Sevgi, şeir və divanəlik arasında: Qeys və Leyli Şərqdə və Qərbdə” mövzusunda sənədli film təqdim olunub.
Layihənin rəhbəri İmam Məhəmməd Bin Saud İslam Universitetinin Müasir və Yeni Tarix fakultəsinin professoru Talal Altorifi “Qeys və Leyli” haqqında əsatirin tarixini, bu nakam sevginin dünya mədəniyyəti, Şərq və Qərb ədəbiyyatı və incəsənətinə təsirini araşdırır.
Layihədə Kembric Universitetinin professoru Kristin van Rimbeki, Frayburq Universitetinin professoru Əssəd Xayrullah, Edinburq Universitetinin professoru Caakko Hamiin-Anttila, Kəşmir Universitetinin professoru Əhməd Nəsim Şah, Hindistanın məşhur incəsənət xadimi, aktrisa, kino tənqidçi, aparıcı xanım Atika Faruqi, Hindistanın tanınmış teatr rejissoru, kino aktyor və elm xadimi Ram Qopal Bacac iştirak etmişlər.
Müsahibələr zamanı İngilis ədəbiyyatının görkəmli nümayəndəsi Uilyam Şekspirin “Romeo və Cüllyeta” əsərini “Leyli və Məcnun” dastanından ilhamlanaraq yazmış olması fikri səslənmiş, həmçinin Hind kino sənətində eşq mövzusunda çəkilən filmlərin böyük qisminin məhz “Leyli və Məcnun” mövzusuna həsr olunduğu qeyd olunmuşdur.