Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası

Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası Bacarıqların Olimpiya (Olympics of Abilities) hərəkatının yaradılmasında məqsəd əlilliyi olan şəxslər

16 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının təşkilatçılığı, Turizm və Sosial ...
17/04/2026

16 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının təşkilatçılığı, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Bakı Kulinariya Assosiasiyasının dəstəyi ilə “Aşpazlıq” və “Qənnadçı” peşə sahələri üzrə Respublika Abilimpiya Çempionatı keçirilib. Çempionata Gəncə şəhərindən abilimpiyaçılar da qatılıblar.

Bir mərhələli formatda təşkil olunan yarışda iştirakçılar öz peşə bacarıqlarını və yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər. Çempionat Bakı Kulinariya Assosiasiyasının sədri, Azərbaycan Aşpazlar Gildiyasının təsisçisi İlkin Əkbərzadənin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Yarış çərçivəsində “Ən cəld şef”, “Ən təmizkar şef” və “Ən kreativ şef” nominasiyaları üzrə də qaliblər müəyyən olunub.

Aşpazlıq peşə sahəsi üzrə qaliblər:

Qızıl medal – Kənan Nəbiyev 🥇
Gümüş medal – Natiq Əhmədov 🥈
Bürünc medal – Lamiyə Əliyeva 🥉

Qənnadçılıq peşə sahəsi üzrə qaliblər:

Qızıl medal – Əkbər Əhmədzadə 🥇
Gümüş medal – Toğrul Bağırov 🥈
Bürünc medal – Fidan Əhmədli 🥉

Aşpazlıq peşə sahəsi üzrə nominasiyalar:

“Ən kreativ şef” – Aysu Həsənova
“Ən cəld şef” – Eşqin Cəfərov
“Ən təmizkar şef” – Lamiyə Əliyeva

Qənnadçı peşə sahəsi üzrə nominasiyalar:

“Ən kreativ şef” – Toğrul Bağırov
“Ən cəld şef” – Səbinə Əliyeva
“Ən təmizkar şef” – Fidan Əhmədli

Qaliblər medal və diplomlarla təltif olunub, digər iştirakçılara isə sertifikatlar və motivasiyaedici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, çempionatın əsas məqsədi Azərbaycanın beynəlxalq yarışlarda, xüsusilə 2027-ci ildə Finlandiyada keçiriləcək XI Beynəlxalq Abilimpiya Çempionatında ölkəni təmsil edəcək milli komandanın formalaşdırılmasıdır.

09/04/2026
Milli Abilimpiya Federasiyasının təşkilatçılığı ilə Masaj peşə sahəsi üzrə Milli Abilimpiya Çempionatı keçirildi.Yarışın...
06/04/2026

Milli Abilimpiya Federasiyasının təşkilatçılığı ilə Masaj peşə sahəsi üzrə Milli Abilimpiya Çempionatı keçirildi.

Yarışın əsas məqsədi 2027-ci ildə Finlandiyada keçiriləcək Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması idi.

Çempionat zamanı iştirakçılar masaj sahəsi üzrə praktiki bilik və bacarıqlarını nümayiş etdirdilər. Münsiflər heyəti tərəfindən onların işi müəyyən meyarlar əsasında qiymətləndirildi.

🏆 Nəticələr:
🥇 I yer – Süleyman Əlimirzəyev
🥈 II yer – Nurbala Mamaliyev
🥉 III yer – Eşqin Cəfərov

Qalibləri təbrik edir, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Milli Abilimpiya Federasiyasının və Step İT Akademiyasının təşkilatçılığı ilə İT peşə sahələri üzrə Milli Abilimpiya Çem...
05/04/2026

Milli Abilimpiya Federasiyasının və Step İT Akademiyasının təşkilatçılığı ilə İT peşə sahələri üzrə Milli Abilimpiya Çempionatı keçirildi.

Yarışın əsas məqsədi 2027-ci ildə Finlandiyada keçiriləcək Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması idi.

Çempionat zamanı iştirakçılar poster dizayn və kompüter yığılması sahələri üzrə bilik və bacarıqlarını nümayiş etdirdilər. Münsiflər heyəti tərəfindən iştirakçıların işləri müəyyən meyarlar əsasında qiymətləndirildi.

🎨 Poster dizayn:
🥇 I yer – Sənan Mirzəzadə
🥈 II yer – Umud Rüstəmov
🥉 III yer – Nigar Hacıyeva

💻 Kompüter yığılması:
🥇 I yer – Rüfət Babayev
🥈 II yer – Ənvər Hüseynov
🥉 III yer – Rəhman Haşumov

Qalibləri təbrik edir, bütün iştirakçılara uğurlar arzulayırıq.

Milli Abilimpiya Federasiyasının təşkilatçılığı ilə 5 aprel tarixində Masaj peşə sahəsi üzrə Milli Abilimpiya Çempionatı...
23/03/2026

Milli Abilimpiya Federasiyasının təşkilatçılığı ilə 5 aprel tarixində Masaj peşə sahəsi üzrə Milli Abilimpiya Çempionatı keçiriləcək.

Yarışın keçirilməsində əsas məqsəd 2027-ci ildə Finlandiyada keçiriləcək Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək milli komandanın formalaşdırılmasıdır.

İştirak etmək istəyən şəxslər əlaqə saxlaya bilərlər:
📱 +994 70 307 03 33 (yalnız WhatsApp)

📍 Ünvan: Bakı, Tbilisi prospekti 22, Grand Hotel Europe

Milli Abilimpiya Federasiyasının təşkilatçılığı və STEP IT Academy-nin dəstəyi ilə 3-4 aprel tarixlərində kompüter yığıl...
23/03/2026

Milli Abilimpiya Federasiyasının təşkilatçılığı və STEP IT Academy-nin dəstəyi ilə 3-4 aprel tarixlərində kompüter yığılması, poster dizayn, proqramlaşdırma və veb səhifələrin hazırlanması peşə sahələri üzrə Milli Abilimpiya Çempionatı keçiriləcək.

Yarışın keçirilməsində əsas məqsəd 2027-ci ildə Finlandiyada keçiriləcək Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək milli komandanın formalaşdırılmasıdır.

İştirak etmək istəyən şəxslər əlaqə saxlaya bilərlər:
📱 +994 70 307 03 33 (yalnız WhatsApp)

Ünvan:
Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 70, STEP IT Academy

💼 Abilimpiyaçılar peşə bacarıqlarını inkişaf etdirirlər.Milli Abilimpiya Federasiyasının üzvləri Quliyev Sahib və Turabo...
09/03/2026

💼 Abilimpiyaçılar peşə bacarıqlarını inkişaf etdirirlər.

Milli Abilimpiya Federasiyasının üzvləri Quliyev Sahib və Turabov Əli masaj sahəsi üzrə peşəkar təlim kursunda iştirak ediblər.

Təlim müddətində iştirakçılar masaj sahəsi üzrə nəzəri biliklər və praktiki bacarıqlar əldə edin, gələcəkdə bu sahədə peşəkar fəaliyyət göstərmək üçün hazırlanıblar. Kursun sonunda iştirakçılar imtahan verərək müvafiq sertifikat təqdim edilib.

Bu kimi təşəbbüslər abilimpiyaçıların peşəkar inkişafına, məşğulluq imkanlarının genişlənməsinə və özünüməşğulluq potensialının artırılmasına mühüm töhfə verir.

🇦🇿 Milli Abilimpiya Federasiyasının üzvü beynəlxalq uğura imza atdı!9–12 fevral 2026-cı il tarixlərində Pakistanın Lahor...
16/02/2026

🇦🇿 Milli Abilimpiya Federasiyasının üzvü beynəlxalq uğura imza atdı!
9–12 fevral 2026-cı il tarixlərində Pakistanın Lahor şəhərində keçirilən Pakistan International Culinary Championship 2026 beynəlxalq qastronomiya yarışında Azərbaycan uğurla təmsil olunub.
Regionun ən böyük kulinariya çempionatlarından biri hesab olunan yarış Pakistan Chefs Association tərəfindən Worldchefs-in himayəsi altında təşkil edilib. Çempionatda Pakistan, İran, İraq, Mərakeş, Malayziya, Özbəkistan, Oman və Azərbaycan komandaları iştirak edib.
Bakı Kulinariya Assosiasiyasının Milli komandası ölkəmizi layiqincə təmsil edərək milli mətbəximizin zənginliyini, yüksək peşəkarlıq səviyyəsini və yaradıcı təqdimat bacarığını nümayiş etdirib. Komandanın təqdim etdiyi menyu ənənəvi Azərbaycan mətbəxini müasir qastronomik üslubla birləşdirərək beynəlxalq münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanıb.
✨ Xüsusi nailiyyət
Milli Abilimpiya Federasiyasının üzvü, sağlamlıq imkanları məhdud gənc Kənan Nəbiyev “Best Pizza” kateqoriyasında I yer (1st Runner-Up) qazanaraq:
🏆 qızıl medal və kubokla təltif olunub.
Bu uğur abilimpiyaçıların peşəkar bacarıqlarının beynəlxalq səviyyədə tanındığını bir daha sübut edir.
🏆 “Ən Yaxşı Milli Mətbəx” üzrə komanda final nəticələri:
🥇 Malayziya — I yer
🥈 Azərbaycan — II yer
🥉 Mərakeş — III yer
Milli Abilimpiya Federasiyası olaraq üzvümüzü və Azərbaycan komandasını təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

Address

Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

+994552050762

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası:

Share