Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation

Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation Official Facebook account of the Azerbaijan Boxing Federation

Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib. 1926-cı ildə Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edib və qalib olublar. 1929-cu ildə Azərbaycan – Türkiyə beynəlxalq görüşü keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin idmana xüsusi qayğısı nəticəsində Azərbaycanda idmanın, o cümlədən boksu

n inkişafı istiqamətində böyük irəliləyişlərə nail olunub. İdmana göstərilən bu yüksək qayğı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın idmançıları, həmçinin boksçularımız ölkə və beynəlxalq səviyyəli yarışlarda, Olimpiya Oyunlarında parlaq qələbələrə imza atırlar. Onu da bildirək ki, Azərbaycan Boks Federasiyası "World Boxing" və EABA-nın tam hüquqlu həqiqi üzvüdür.

2022-ci il fevralın 9-dan Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayevdir.

Bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik!
26/05/2026

Bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik!

26/05/2026

Şamaxıda zona birinciliklərinin final mərhələsində 5️⃣-ci gün

Finalçılar və bürünc medalçılar müəyyənləşdi

| | |

25/05/2026

Şamaxıda zona birinciliklərinin final mərhələsində 4️⃣-cü gün

📣 9 çəki dərəcəsində finalçılar bəlli oldu

| | |

24/05/2026

Şamaxıda zona birinciliklərinin final mərhələsində 3️⃣-cü gün

1/4 final mərhələsi yekunlaşdı, qaliblər özləri üçün ən azı bürünc medalı təmin etdi 🥉

| | |

23/05/2026

🥊 Şamaxıda zona birinciliklərinin final mərhələsində ikinci gün

Rinqdə gərgin qarşılaşmalar, inamlı qələbələr və finala aparan növbəti addımlar 🔥

| | |

📣 Bu gün Batumidə beynəlxalq boks turniri start götürürAzərbaycan millisinin boksçuları müxtəlif çəki dərəcələrində rinq...
23/05/2026

📣 Bu gün Batumidə beynəlxalq boks turniri start götürür

Azərbaycan millisinin boksçuları müxtəlif çəki dərəcələrində rinqə çıxacaq 🇦🇿🥊

🔹 Bilalhəbaşi Nəzərov — 50 kq
🔹 Tağı Nəsibov — 60 kq
🔹 Tayfur Əliyev — 60 kq
🔹 Əli Abdullayev — 65 kq
🔹 Abbasqulu Şadlinski — 75 kq
🔹 Kənan Nəcəfov — +90 kq

Millimiz turnirdə Elbrus Rzayevin rəhbərliyi altında çıxış edəcək, Laçın Baxış isə yarışda hakim kimi ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, turnirin final görüşləri mayın 27-də keçiriləcək.

🔗 Ətraflı məlumat üçün şərhdəki linkə keçid edin.

| | |

🥊 Bu gün kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayırŞamaxı Olimpiya Mərkəzində keçiriləcək yarışda...
21/05/2026

🥊 Bu gün kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır

Şamaxı Olimpiya Mərkəzində keçiriləcək yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Yarışda 57 komandanın 159 boksçusu 18 çəki dərəcəsi üzrə mübarizə aparacaq.

Yarışın baş hakimi Anar Babanlı olacaq. Döyüşləri yerli ədalət təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Moldova, Qırğızıstan və Özbəkistandan beynəlxalq dərəcəli referilər də idarə edəcək.

ℹ️ Qeyd edək ki, döyüşlər saat 15:00-da başlayacaq.

🔗 Ətraflı məlumat üçün şərhdəki linkə keçid edin.

21/05/2026

ℹ️ Şamaxıda kadet boksçular arasında zona birinciliklərinin final mərhələsində qeydiyyat yekunlaşıb

6️⃣ günlük mübarizə başlayır.

Abşeron rayonunun Mehdiabad qəsəbəsində “Cənub” İdman Klubunun boks zalı fəaliyyətə başlayıb. Zalın açılışında gənclər v...
13/05/2026

Abşeron rayonunun Mehdiabad qəsəbəsində “Cənub” İdman Klubunun boks zalı fəaliyyətə başlayıb. Zalın açılışında gənclər və idman naziri Fərid Qayıbov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov və digər şəxslər iştirak ediblər.
Zalın rəhbəri, Əməkdar məşqçi Samir Həsənov nazir Fərid Qayıbova boks zalında yaradılan şərait və məşq prosesi barədə məlumat verib. Fərid Qayıbov zalın fəaliyyəti ilə maraqlanıb, idmançıların məşq prosesini izləyib və onlarla söhbət edib.

"Heydər Əliyev kuboku-2026": Fərqlənənlər 🥊💪
12/05/2026

"Heydər Əliyev kuboku-2026": Fərqlənənlər 🥊💪

Address

Bakı şəhəri, Xəqani Rüstəmov Küçəsi, Blok-1210
Baku
AZ-1025

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation:

Share