23/05/2026
23 May - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür.
Bu gün Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə təsis olunub.
Məqsəd ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirməkdir.
Onlar Xəzər dənizini çirklənmədən qoruyur, meşə sahələrini bərpa edir, nadir və nəsli kəsilməkdə olan növləri mühafizə edir, ağacəkmə aksiyaları keçirir, yeni milli parklar yaradır, yaşıllaşdırma layihələri həyata keçirir, ekoturizmi inkişaf etdirir, ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çalışırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramını təbrik edir, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri önəmli fəaliyyətlərində uğurlar arzulayırıq.