Demokratik Maarifçilik Mərkəzi -Democratic Enlightenment Center

Demokratik Maarifçilik Mərkəzi -Democratic Enlightenment Center Səhifə, siyasi və hüquqi maarifçilik yolu ilə Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratik hüquqi dövlətin yaradılması məqsədilə fəaliyyət göstərir.

30/04/2025

Şirin bir yalan söyləsəm, 10 adam məni alqışlayacaq. Acı bir həqiqət söyləsəm, 8 adam məni söyəcək, amma 2 adam sorğulamağa başlayacaq…
O 2 adama eşq olsun.

Bertran Rassel.

30/04/2025
Gözəl, vacib, nadir və tarixi bir şəkil...Ruhunuz şad olsun, fədakar insanlar!P.S. Azərbaycan Milli Hökuməti və ya 21 Az...
26/05/2024

Gözəl, vacib, nadir və tarixi bir şəkil...
Ruhunuz şad olsun, fədakar insanlar!

P.S. Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı.
1945-ci ilin 12 dekabrından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş hökumət. Paytaxtı Təbriz şəhəri olmuşdur.

16/05/2024

Zəka və ədalət haqqında!
Bütün dünya tarixi zəkanın ədalət üzərində qələbəsindən ibarətdir;
Makedoniyalı İsgəndər dünyanı qılıncdan keçirəndə ədalətli deyildi, zəkalı idi.
Ərəblər dünyanı xaraba qoyanda ədalətli deyildilər, zəkalı idilər.
Teymur dünyanı qana bələyəndə ədalətli deyildi, zəkalı idi.
Türklər dünyanın anasını ağladanda ədalətli deyildilər, zəkalı idilər.
İngilislər dünyanı kölələşdirəndə ədalətli deyildilər, zəkalı idilər.
Ruslar dünyanı yağmalayanda ədalətli deyildilər, zəkalı idilər.
Napoleon dünyaya qan udduranda ədalətli deyildi, zəkalı idi.
Hi**er dünyadan hesab soranda ədalətli deyildi, zəkalı idi.
Bu gün dünyanı diz çökdürən ABŞ ədalətli deyil, zəkalıdır.
Tarixdə ədalətin gücü deyə bir şey yoxdur. Tarix zəkanın gücünün qanuniləşdirilməsidir, ədalətləşdirilməsidir.
Bunun əksini düşünənlər tarix üçün həmişə maraqsız olublar. Kimin nə deməsində asılı olmayaraq, ağıllı mədəniyyətlər həmişə ağılsız mədəniyyətləri yox ediblər.

Aqşin Yenisey

09/01/2023

Kitab oxuyan, film çəkən, musiqi bəstələyən, biz sözlə, intellektual əməklə məşğul olan xalqların hamısı müəyyən rifah pilləsinə gəlib çatmış xalqlardır.

Mədəniyyətin yolu başdan qarına deyil, qarından başa doğru uzanır. Rifahı olmayan heç bir xalqı intellektual həzz maraqlandırmır.

İntellektual mühiti bilginin özü deyil, bilginin şərhi, şərhləri yaradır. Eynilə ədəbi, elmi mühiti də ədəbi, elmi əsər yox, bu əsərin şərhi, şərhləri yaradır. Bilgi mütaliənin nəticəsidir, şərh araşdırmanın, analizin.

Bilgi özü-özlüyündə faydasızdır, onu faydalı edən şərhidir, icmalıdır.

Ruslar Berlini ilk dəfə hələ 1740-cı illərdə mühasirəyə almışdılar. Lakin o vaxt çariça Yelizavetanın qəfil ölümü Prusiya kralı Fridrixi xilas etdi. Çünki Yelizavetadan sonra taxta çıxan III Pyotr maarifpərvər, elmə, fəlsəfəyə böyük dəyər verən Fridrixin heyranı idi. Taxta çıxan kimi rus ordusuna evə qayıtmağı əmr etdi.

Bunu ona görə yazdım ki, elmə, sənətə, fəlsəfəyə verilən dəyər təkcə sıravi insanların həyatını xilas etmir, bəzən kralların həyatı da bu dəyərdən asılı ola bilir.

Aqşin Yenisey

09/01/2023

Azərbaycanda urcah olduğumuz “Mədəniyyət böhran”ının bir səbəbi də mədəniyyəti təmsil edən adamların bütünləşmək əvəzinə, bütləşməyə meyilli olmasıdır. XX əsrin dünya sənət nəzəriyyələri iddia edir ki, ziyalı, aydın, intellektual öz cəmiyyətində təkcə söz faktı kimi deyil, həm də səs faktı kimi də çıxış etməlidir. Ağac bar verdikcə başını aşağı dikə bilər, təbiət onu belə yaradıb. Amma insan öz məqsədlərini özü yaradan varlıqdı. O, bar verdikcə başını dik tutmalıdır. Aydınlarımız, intellektuallarımız özünü boynubükük əncir ağacı kimi aparmamalıdır. Özünü əncir ağacı kimi aparan intellektualın formalaşdırdığı cəmiyyətə əncir ağacının meyvəsi yox, yarpağı lazımdır. Öz barbarlığının məhrəm yerlərini örtmək üçün.
Bu gün Azərbaycanda eşidilən, alqışlanan SƏSİN SÖZÜDÜR, Azərbaycanın heç harasında SÖZÜN SƏSİ eşidilmir.

Aqsin Yenisey.

07/01/2023

Dövlətin himayəsində yetişən gəncliklə cəmiyyətin himayəsində yetişən gəncliyi qarışdırmamalıyıq. Məsələn, ABŞ dövlətinin himayəsində yetişən gənclik ABŞ ordusudur ki, bu gün peşəkarlıq baxımından dünyanı fəth etmək gücündədir. ABŞ cəmiyyətinin himayəsində yetişən gənclik isə bütün günü marixuana çəkib rep oxuyur.
Eyni vəziyyət Azərbaycana da aiddir. Dövlətin himayəsində yetişən gənclərimiz (məsələn, xüsusi təyinatlılar) yüksək mənəviyyat sahibi və ən azı, iki dil bilirlər. Cəmiyyətimizin himayəsində yetişən gənclərimiz isə heç öz dilimizdə düz-əməlli yazıb-oxumağı bacarmırlar.
Demək istəyim odur ki, dövlət qarşısına məqsəd qoysa bütün sahələrdə bəsləyib atlas edər tut yarpağını.

Aqşin Yenisey

Address

Azadlıq Prospekt
Baku
AZ1000

Telephone

+994555857899

Website

Alerts

Be the first to know and let us send you an email when Demokratik Maarifçilik Mərkəzi -Democratic Enlightenment Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share