01/10/2025
DAAD məzunları Dayanıqlı İnkişaf Məqsədləri üçün bir arada!
🇦🇿🇦🇿🇦🇿🇦🇿
27 sentyabr 2025-ci il tarixində DAAD Azərbaycan Məzunlar Birliyinin təşkilatçılığı və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə “DAAD məzunlarının Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri fonunda elm və təhsilin inkişafına verdiyi töhfə” mövzusunda bir günlük tədbir keçirildi.
Tədbirdə biomüxtəliflik və ətraf mühit üzrə ekspert Sevinc Saruxanova “Dayanıqlı İnkişaf Məqsədləri yolayrıcında: 2025-ci ilə qədər qət edilən yol” mövzusunda mühazirə ilə çıxış etdi.
Ardınca “Dayanıqlı İnkişaf Məqsədlərinin təhsil vasitəsilə təşviqi” panel sessiyası baş tutdu.
Məzunlar daha sonra işçi qruplarda iki mövzuda müzakirələr apardılar:
- DİM-lərin həyata keçirilməsində rəqəmsal texnologiyaların rolu
- Təbii ehtiyatların dayanıqlı istifadəsi
Bu görüş DAAD məzunlarının aktual mövzular ətrafında fikir mübadiləsi aparmasına və şəbəkənin daha da güclənməsinə xidmət etdi.
🇩🇪🇩🇪🇩🇪🇩🇪
DAAD-Alumni vereint für die Nachhaltigkeitsziele!
Am 27. September 2025 fand auf Initiative des DAAD-Alumnivereins Aserbaidschan und mit Unterstützung des Deutschen Akademischen Austauschdienstes (DAAD) eine eintägige Veranstaltung zum Thema „Der Beitrag der DAAD-Alumni zur Entwicklung von Wissenschaft und Bildung in Aserbaidschan im Kontext der Nachhaltigkeitsziele“ statt.
Die Expertin für Biodiversität und Umwelt, Sevinc Saruxanova, hielt einen Vortrag mit dem Titel „Nachhaltigkeitsziele am Scheideweg: Der bis 2025 zurückgelegte Weg“.
Anschließend fand eine Paneldiskussion zum Thema „Förderung der Nachhaltigkeitsziele durch Bildung“ statt.
Später setzten die Alumni die Diskussionen in Arbeitsgruppen zu zwei Themen fort:
- Die Rolle digitaler Technologien bei der Umsetzung der Nachhaltigkeitsziele
- Nachhaltige Nutzung natürlicher Ressourcen
Dieses Treffen bot den DAAD-Alumni die Möglichkeit, sich über aktuelle Themen auszutauschen und das Netzwerk weiter zu stärken.