03/07/2025
Hajduk Split-in ulduz futbolçusu İvan Rakitiç aktiv futbolçu karyerasını bitirdi — klubda yeni vəzifəyə təyin olundu
Komandamızın Konfrans Liqasındakı rəqibi Hajduk Split klubunun ulduz oyunçusu karyerasını bitirib və artıq klubda idman direktoru köməkçisi vəzifəsində fəaliyyət göstərir.
Rakitiç, 1 iyul 2025-ci il tarixindən etibarən futbolçu kimi meydanlara çıxmayacaq. O, futbol karyerası ərzində həm klub səviyyəsində, həm də milli komandada böyük uğurlar qazanıb.
Onun kariyerası ərzində qazandığı titullar :
UEFA Avropa Liqası: 2013–14, 2019–20
La Liga: 2014–15, 2015–16, 2017–18
Copa del Rey: 2014–15, 2015–16, 2016–17, 2017–18
UEFA Çempionlar Liqası: 2014–15
FIFA Klublararası Dünya Çempionatı: 2015
UEFA Superkuboku: 2015