25/05/2026
Salam, mən Ədilə İmranova. ☺️
Ağcabədi rayonunun R. İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbində təhsil almışam.
Bu il 319.3 balla Qarabağ Universitetinin Coğrafiya müəllimliyi ixtisasına qəbul oldum.
“Amal” xeyriyyənin “Qızlar oxusun” layihəsi ilə müəllimim vasitəsilə tanış oldum.
Layihə boyunca həm maddi, həm də mənəvi dəstək gördüm.
Mentorlarla söhbətlər, karyera məsləhətləri, psixoloqlarla görüşlər və müəllimlərimin daim mənimlə maraqlanması bu yolda mənə böyük güc verdi.
Xüsusilə imtahan dövründə göstərilən diqqət və dəstəyi heç vaxt unutmayacağam.
Qəbul olduğum gün çox fərqli hisslər keçirdim. Həm ailəmə verdiyim sözü tutduğumu düşündüm, həm də mənə inanan müəllimlərimi xatırladım. O an özümə sadəcə bir cümlə dedim:
“Ədilə, sən bacardın.” 🤩
Gələcəkdə ölkəmə layiq bir pedaqoq olmaq, vətənpərvər uşaqların təlim-tərbiyəsində rol almaq və ölkəmin adını daim yüksəklərdə görmək istəyirəm.
Məktəbli qızlara sözüm məsləhət görürəm ki,
özünüzə inanın və böyük xəyallar qurun.
Yorulduğunuz anlarda sizə inanan insanları və öz arzularınızı xatırlayın.