30/11/2025
1 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Beynəlxalq Əlillər Gününə həsr olunmuş əlilliyi olan şəxslər arasında “Bir Səhnə, Min Rəng” adlı Bədii Yaradıcılıq Festivalı keçiriləcək.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi tərəfdaşlığı, “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı,Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin, UNEC İnklüziv Təhsil Mərkəzinin, UNEC Yaradıcılıq Mərkəzinin,UNEC Dizayn Məktəbinin təşkilati dəstəyi ilə keçiriləcək.
Festivalın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin bədii yaradıcılıq potensialının üzə çıxarılması və dəstəklənməsi, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, mədəni mühitdə bərabər iştirak imkanlarının yaradılmasıdır.
Uğurlar!