06/05/2026
Şəhid mayor – səssiz qəhrəman
Novruz bizdən çox kiçikdir, orta məktəbdə 5 sinif aşağıda oxuyurdu. Qaradinməz, sakit təbiətli bir uşaq idi. Dərslərini yaxşı oxuyar, sinifdə fəallıq göstərərdi. Sinif yoldaşı Babək Həsənov deyir ki, onu daha hərbi idman oyunları maraqlandırırdı.
“Sinifin yaxşı oxuyanlarından idi. 8-ci sinifə qədər tarixi, coğrafiyanı, dil-ədəbiyyatı yaxşı oxuyurdu. Üçüncü qrupa imtahan vermək istəyirdi. Lakin yuxarı siniflərdə hərbçi olacağını deyirdi. Çox vətənpərvər bir insan idi”.
O dönəmin uşaqlarının gəncliyi qaynar dövrə düşmüşdü. Hər gün Qarabağdan, Ağdamda qara xəbərlər gəlirdi. O dövrün yeniyetmələrində hərbçi olmaq istəyi təbii hiss idi. Sən demə bu sakit, qaradinməz oğlan da zabit olmaq arzusunda imiş.
Quzanlı Ağdam Xəbərləri
Novruz bizdən çox kiçikdir, orta məktəbdə 5 sinif aşağıda oxuyurdu. Qaradinməz, sakit təbiətli bir uşaq idi. Dərslərini yaxşı oxuyar, sinifdə fəallıq