Azerbaijan Tourist Guides Association

Azerbaijan Tourist Guides Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azerbaijan Tourist Guides Association, Non-Governmental Organization (NGO), 14 Bul-bul Avenue, Baku.

ATBA ölkəmizdəki turizm bələdçisi qismində çalışan peşə sahiblərinin hüquqi statusunu qoruyan və onların təlim\sertifikasiya prosesini icra etməyi qarşısına məqsəd qoymuş bir ictimai birlikdir.

🇦🇿 15 İyun – Milli Qurtuluş GünüXalqımızın birlik, sabitlik və müstəqillik yolunun başlanğıcı olan bu əlamətdar gün müba...
15/06/2026

🇦🇿 15 İyun – Milli Qurtuluş Günü

Xalqımızın birlik, sabitlik və müstəqillik yolunun başlanğıcı olan bu əlamətdar gün mübarək olsun!

İyunun 8-də Fövqəladə Hallar Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında tur bəl...
09/06/2026

İyunun 8-də Fövqəladə Hallar Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında tur bələdçiləri üçün turistlərin müxtəlif məkanlarda təhlükəsizliyinin təmin edilməsi, eləcə də fövqəladə hallarda düzgün davranış qaydalarına dair təlim keçirilib. Təlimdə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının bələdçiləri də iştirak ediblər.

Tədbirdə FHN İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini İradə Kərimova, Akademiya rəisinin birinci müavini Fuad Mehbalıyev, FHN-in aidiyyəti qurumlarının, Dövlət Turizm Agentliyinin və müxtəlif turizm şirkətlərinin məsul əməkdaşları iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd yerli və xarici turistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması, həmçinin tur bələdçilərinin təhlükəsizlik sahəsində bilik və bacarıqlarının, fövqəladə hallara hazırlıq səviyyələrinin yüksəldilməsi olub.

Təlimin nəzəri hissəsində FHN mütəxəssisləri tərəfindən dağlıq və meşəlik ərazilərdə, su hövzələrində, vulkanik zonalarda, tarixi və digər turistik məkanlarda, eləcə də müxtəlif attraksionlarda və nəqliyyat vasitələrində, hava şarları və paraşüt fəaliyyətlərində yarana biləcək risklər, həmin risklərlə bağlı davranış qaydaları, fövqəladə hallar zamanı görülməli tədbirlər, ilkin yardımın göstərilməsi və “112” qaynar telefon xəttinin imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda mövzu ilə bağlı maarifləndirici videoçarxlar nümayiş etdirilib.

İnteraktiv formada təşkil olunan nəzəri hissədə iştirakçıların sualları ətraflı cavablandırılıb, onlara təhlükəsiz davranış qaydalarına dair yaddaş materialları təqdim olunub.

Təlimin praktik hissəsində isə şərti hadisə zamanı “zərərçəkmişlər”ə ilkin yardımın göstərilməsi nümayiş etdirilib. Bundan əlavə, dağ bələdçiləri və ekstremal səyahətlərə rəhbərlik edən şəxslər üçün xilasetmə avadanlıqlarından istifadə qaydaları əyani şəkildə təqdim olunub.

Uğurla başa çatan təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub və proqramı müvəffəqiyyətlə tamamlayan iştirakçılara fəxri fərmanlar təqdim edilib.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası olaraq sizi  28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik ed...
28/05/2026

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası olaraq sizi 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
Xalqımızın azadlıq, milli birlik və dövlətçilik əzminin təntənəsi olan bu əlamətdar gün münasibətilə hər birinizə firavanlıq, uğur və qürur dolu sabahlar arzulayırıq.
Müstəqilliyimizin daim əbədi və sarsılmaz olmasını diləyir, Vətənimizə davamlı inkişaf, əmin-amanlıq və rifah arzulayırıq.

Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiy...
20/05/2026

Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanları tanıdılır.

Ziyarətçilərə ölkəmizin mədəni turizm, qastroturizm, qış turizmi, ekoturizm, eləcə də Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı və “Zəfər Yolu” marşrutu boyunca turizm imkanları barədə ətraflı məlumat verilir.

Milli stenddə ziyarətçilərə virtual reallıq (VR) texnologiyası vasitəsilə Azərbaycanın müxtəlif turistik məkanlarını kəşf etmək imkanı təqdim olunur, şəbəkə ustası tərəfindən keçirilən master-klaslar çərçivəsində iştirakçılara şəbəkə sənəti tanıdılır.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın zəngin çay mədəniyyətini təqdim edən məlumat sessiyası keçirilir və milli şirniyyatlarla çay təqdim olunur.

Bundan əlavə, ziyarətçilər üçün quş müşahidəsi turizminin təşviqinə həsr olunmuş təqdimat sessiyaları təşkil olunaraq Azərbaycanın ekoloji müxtəlifliyi və milli parkları haqqında ətraflı məlumat verilir.

Tədbir müddətində Azərbaycan turizminə həsr olunan məlumatlandırıcı sessiyalar davam etdiriləcək.

🏛️ 18 May – Beynəlxalq Muzeylər GünüMuzeylər xalqın yaddaşı, mədəniyyətin aynası və gələcək nəsillərə uzanan körpüdür. A...
18/05/2026

🏛️ 18 May – Beynəlxalq Muzeylər Günü

Muzeylər xalqın yaddaşı, mədəniyyətin aynası və gələcək nəsillərə uzanan körpüdür. Azərbaycanın zəngin tarixini, incəsənətini və milli irsini yaşadan muzeylərimizi birlikdə kəşf edək.

14 may tarixində Odlar Yurdu Universitetində WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində “Urban inkişaf və turizm: ...
15/05/2026

14 may tarixində Odlar Yurdu Universitetində WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində “Urban inkişaf və turizm: şəhər destinasiyalarının yeni imkanları” adlı tədbir keçirilib.

Tədbir urban inkişaf, dayanıqlı turizm, şəhər iqtisadiyyatı və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunub.

Paneldə spiker qismində Tural Musayev — Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının sədri iştirak etmişdir.

Müzakirələr zamanı şəhər turizminin gələcəyi, inkişaf perspektivləri, innovasiya, dayanıqlılıq, mədəni irsin qorunması, yeni əməkdaşlıq imkanları və şəhər iqtisadiyyatının inkişafında turizmin rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, bu cür platformalar urban inkişaf və turizm sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə və yeni layihələrin formalaşmasına mühüm töhfə verir.

Dəvətə görə Odlar Yurdu Universitetinin rəhbərliyinə təşəkkür edirik.

İnanırıq ki, gələcəkdə də bu kimi uğurlu layihələr və əməkdaşlıqlar uğurla davam edəcəkdir.

On May 1–3, Old City hosted the International Carpet Festival.One of the most remarkable highlights of the event was the...
04/05/2026

On May 1–3, Old City hosted the International Carpet Festival.

One of the most remarkable highlights of the event was the active participation of the Azerbaijan Tourism Guides Association. Professional guides from the association attended the festival together with their guests, presenting the history of Old city and the intricacies of Azerbaijani carpet art at a high level. Their energy, storytelling skills, and engaging interaction with visitors brought a unique dynamism to the event, making the festival even more memorable for tourists.

This once again proved that tour guides are one of the key driving forces of tourism and play a crucial role in promoting the country’s cultural heritage to the world.

Turizm Bələdçiləri Assosiasiyası-nın sədri Tural Musayev Bakı Dövlət Universiteti-nin Şərqşünaslıq fakültəsində tələbələ...
15/04/2026

Turizm Bələdçiləri Assosiasiyası-nın sədri Tural Musayev Bakı Dövlət Universiteti-nin Şərqşünaslıq fakültəsində tələbələrlə görüş keçirib.
Görüşün əsas məqsədi tələbələrin turizm sahəsinə marağının artırılması, onların təlim proqramlarına cəlb olunması və ümumilikdə turizm sektoru haqqında məlumatlandırılması olub.

Tədbir zamanı bələdçi fəaliyyətinin xüsusiyyətləri, bu sahədə karyera qurmaq imkanları və peşəkar bələdçi olmaq üçün tələb olunan bilik və bacarıqlar barədə geniş məlumat verilib.

Sonda isə sual-cavab sessiyası keçirilib və tələbələrin ünvanladığı suallar ətraflı şəkildə cavablandırılıb.

https://atga.az/az/news/215Azərbaycan

20/03/2026

Address

14 Bul-bul Avenue
Baku
AZ1010

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Tourist Guides Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azerbaijan Tourist Guides Association:

Share