Böyük Qayıdış Gənclər Təşkilatı

Böyük Qayıdış Gənclər Təşkilatı Bizə qoşul, Qayıdışın bir parçası ol!

Komandamızın üzvü Nigar Yusifova əmək fəaliyyətini Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyala...
19/06/2026

Komandamızın üzvü Nigar Yusifova əmək fəaliyyətini Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirəcək.

Bu münasibətlə Nigar xanımı təbrik edir, yeni fəaliyyət mərhələsində ona uğurlar və mühüm nailiyyətlər arzulayırıq!

Böyük Qayıdışda sayca 14-cü Təcrübə Proqramının müsahibə mərhələsi başa çatdı. 🤩Proqrama müraciət edən və qeydiyyat mərh...
19/06/2026

Böyük Qayıdışda sayca 14-cü Təcrübə Proqramının müsahibə mərhələsi başa çatdı. 🤩

Proqrama müraciət edən və qeydiyyat mərhələsini uğurla başa vuran gənclər müsahibə mərhələsinə dəvət olunaraq öz bilik, bacarıq və motivasiyalarını təqdim etdilər.

Növbəti mərhələdə iştirak edəcək gənclərə uğurlar arzulayırıq!

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür.18 iyun 2010-cu ildə Tərtər rayonu istiqamətində Er...
18/06/2026

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür.

18 iyun 2010-cu ildə Tərtər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən şəhid olmuşdur. O, təkbaşına minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin mövqeyinə hücum etmişdir.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Ruhun şad olsun, !

̈yükQayıdış

Bu gün əsirlikdə belə diz çökməyən, düşmənə boyun əyməyən qəhrəman – Səfiyar Behbudovun doğum günüdür.11 mart 1992-ci il...
18/06/2026

Bu gün əsirlikdə belə diz çökməyən, düşmənə boyun əyməyən qəhrəman – Səfiyar Behbudovun doğum günüdür.

11 mart 1992-ci ildə Əsgəran yaxınlığında düşmən hücumu zamanı PDM ilə döyüşə atılan Səfiyar mühasirədə olan əsgərlərimizi xilas etdi, düşmənin texnikasını məhv edərək irəlilədi. Lakin texnikası vuruldu, o isə ağır yaralı halda əsir düşdü.

10 gün ərzində işgəncələrə tab gətirən Səfiyar, sirr vermədi və düşmən bayrağını təhqir etdiyinə görə diri-diri yandırıldı. Onun yanmış cəsədi yalnız 21 martda geri alına bildi.

Qəhrəman şəhidimiz öz şücaətiylə qürurumuzu qorumağı bacardı.

Ruhun şad olsun, ! 🇦🇿

̈yükQayıdış

Dəqiqlik, intizam və komanda ruhu bu dəfə də Hədəf12-də birləşir! 🎯Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi v...
17/06/2026

Dəqiqlik, intizam və komanda ruhu bu dəfə də Hədəf12-də birləşir! 🎯

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf12” airsoft turniri keçiriləcək.

Layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, məsuliyyət, dəqiqlik və komanda işi kimi dəyərlərin təşviq edilməsidir. Turnir iştirakçılara yalnız öz fiziki bacarıqlarını nümayiş etdirmək deyil, eyni zamanda strateji düşünmə, operativ qərarvermə və kollektiv fəaliyyət vərdişlərini inkişaf etdirmək imkanı yaradacaq.

🗓 Tarix: 20 iyun 2026-cı il, saat 11:00
📍 Airsoft İdman Klubu
🔗 İştirak üçün qeydiyyatdan keçin: https://forms.gle/1ZdmdfWyoh8Py6US6
❗ Qeydiyyat üçün son tarix: 19.06.2026, saat 18:00

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Qarabağda şəhərsalma mədəniyyəti və onun formalaşmasında memarlıq abidələr...
16/06/2026

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Qarabağda şəhərsalma mədəniyyəti və onun formalaşmasında memarlıq abidələrinin rolu” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminar zamanı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşı Anar İbrahimov iştirakçılarla Qarabağın zəngin memarlıq irsi, tarix boyu formalaşmış şəhərsalma ənənələri və bu irsin milli-mədəni kimliyimizin qorunmasındakı rolu barədə ətraflı məlumat verib.

15/06/2026

“Qarabağda şəhərsalma mədəniyyəti və onun formalaşmasında memarlıq abidələrinin rolu” mövzusunda maarifləndirici seminarımız baş tutdu. 🤩

14/06/2026

“Müstəqil dövləti bizim ən böyük sərvətimizdir!” - Heydər Əliyev

Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq! 🇦🇿

Əziz gənclər! 📣“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Qarabağda şəhərsalma mədəniyyəti və onun formalaşmasında me...
13/06/2026

Əziz gənclər! 📣

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Qarabağda şəhərsalma mədəniyyəti və onun formalaşmasında memarlıq abidələrinin rolu” mövzusunda seminar keçiriləcəkdir. 🤩

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşı Anar İbrahimov tərəfindən keçiriləcək seminarda Qarabağın zəngin memarlıq irsi, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri haqqında ətraflı məlumat veriləcək.

🗓 Tarix: 14 iyun 2026-cı il, saat 12:30
🔗 İştirak üçün qeydiyyatdan keçin: https://forms.gle/f5Pcm8tcJ2S5JM7s8
❗ Qeydiyyat üçün son tarix: 14.06.2026, saat 10:00

Azad Kəlbəcərin ilk məzunu! 🤩Qeyd edək ki, Nəzrin Atakişiyeva Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta mək...
13/06/2026

Azad Kəlbəcərin ilk məzunu! 🤩

Qeyd edək ki, Nəzrin Atakişiyeva Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin ilk və tək məzunudur.

Address

Cəfər Cabbarlı Küçəsi 609, Globus Center
Baku
1065

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Böyük Qayıdış Gənclər Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Böyük Qayıdış Gənclər Təşkilatı:

Share