Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti

Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti

17 May 2025-ci il tarixində Bakıda JW Marriot Abşeron otelində Ə.Əliyev adına ADHTİ Otorinolarinqologiya kafedrasının 80...
19/05/2025

17 May 2025-ci il tarixində Bakıda JW Marriot Abşeron otelində Ə.Əliyev adına ADHTİ Otorinolarinqologiya kafedrasının 80 illik yubileyinə həsr olunmuş Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 3-cü Beynəlxalq Konqresi keçirilmişdir.
Konqres Azərbaycan Səhiyyə Nazirli Elmi Tibbi Şurası tərəfindən 8 Davamlı Tibbi Təhsil krediti ilə akkreditasiya edilmiş və onun işində 250-dən çox otorinolarinqoloq iştirak etmişdir.

Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının himninin səsləndirilməsindən sonra Konqresin rəsmi hissəsini təşkilat komitəsinin sədri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Professor Nazim Qasımov açıq elan etməklə, iştirakçıları salamlamış, ADHTİ Otorinolarinqologiya kafedrasının tarixinə qısa ekskurs etmiş, Azərbaycan tibbinin, xüsusən otorinolarinqologiyanın inkişaf ritmi haqda məluma vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nazir müavini Cənab Nadir Zeynalov, TƏBİB icraçı direktorunun müavini Cənab Araz Nəsirov, CWASOS prezidenti Professor Metin Önerci, IFOS2026 prezidenti Professor Özgür Yiğit, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri Professor Nazim Hüseynov konqres iştirakçılarını salamlamış və konqresin işinə müvəffəqiyyət arzulamışlar.
Dosent Akif Efendiyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitunun Otorinolarinqologiya kafedrasının tarixi mövzulusunda açılış məruzəsi ilə çıxış etmişdir.
Sonra konqresin elmi proqramına keçid
edilmişdir.

Konqresin elmi proqramı otorinolarinqologiyanın müxtəlif problemlərinə həsr olunmuş 6 paneldən ibarət olmuşdur ki, burda da 33 məruzəçi öz elmi işlərini təqdim etmişlər. Azərbaycanlı məruzəçilərlə yanaşı Mərkəzi və Qərbi Asiya Qulaq Burun Boğaz və Baş boyun cərrahiyyəsi birliyinin (CWASOS) sədri Professor Metin Önerci, 2026-cı ildə İstanbulda keçiriləcək Dünya Qulaq Burun Boğaz konqresinin (IFOS 2026) sədri Professor Özgür Yiğit, Avropa Foniatrlar İttifaqının prezidenti Professor Haldun Oğuz, Türk Qulaq burun boğaz və baş boyun cərrahiyyəsi cəmiyyətinin sədri Professor Suat Turqut, Beynəlxalq Səhiyyə Təhsili və Araşdırmaları Cəmiyyətinin sədri Professor Selim Semed Erbek
kimi tanınmış Türkiyəli elm adamları konqresin elmi komitəsində təmsil olunmuşlar.

Elmi proqram əsasən müzakirəli interaktiv panellər şəklində hazırlanmışdır ki, bu panellərdə aparılan müzakirələr konqres iştirakçılarının çox marağına səbəb olmuş, konkret mövzu üzrə biliklərinin
artırılmasında ciddi rol oynamışdır. Bu, konqresin gedişində və sonrasında həkimlərdən müxtəlif platformalar üzərindən alınmış rəylərdə də qeyd edilmişdir.
Bütün yazılanları nəzərə alaraq konqresin həkimlərimizin elmi-praktik biliklərinin artırılmasında mühüm rol oynadığını deyə bilərik.

Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994502012629

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti:

Share