11/12/2022
Təlimçilərimizi tanıyaq!
Nigar Qayyum
Nigar xanım “Həmrəylik” Kurslarının təşkill etdiyi “Liderlik və Natiqlik” Kursunun natiqlik üzrə təlimlərinə spikerlik edəcək iki təlimçimizdən biridir.
Nigar Qayyum ixtisasca filoloqdur, hazırda Bakı Dövlət Universitetində Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnini tədris edir. Eyni zamanda 5 ildir televiziya sahəsində jurnalist və xəbər aparıcısı kimi fəaliyyət göstərir.
N.Qayyum Azərbaycan ədəbi dilində düzgün danışıq, bədən dili və ağız tənbəlliyinə dair bir çox layihələrin təlimçisidir. O, ölkəmizdə ən təcrübəli nitq təlimçilərindən biri sayılır.
“Liderlik və Natiqlik” Kursunda bu cür təcrübəli təlimçilərdən dərs almaq hər biriniz üçün əvəzedilməz bir şansdır. Bu şansı qaçırmayın!