Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB, Youth Organization, Akademik Əbdülkərim Əlizadə Küçəsi 5, AZ Bakı, Baku.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı xanım Leyla Əliyevanı doğum günü ...
04/07/2024

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı xanım Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edirik, humanist fəaliyyətində uğurlar arzu edirik.

Qayğıya və yardıma ehtiyacı olanlara böyük həssaslıqla yanaşan, xüsusi diqqət göstərən və uşaqları sidq ürəklə sevən Leyla Əliyeva yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara daim yardım göstərir, hər kəsin sevgisini qazanmağa müvəffəq olur.
Onun təşəbüsü ilə bütün dünyada Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri kimi də L. Əliyeva, hər zaman səmərəli fəaliyyəti ilə seçilir.

Hörmətli Murad müəllim!Sizi doğum gününüz münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram. Sizin Azər...
22/12/2023

Hörmətli Murad müəllim!
Sizi doğum gününüz münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram. Sizin Azərbaycanın teleməkanının, incəsənətinin və mədəniyyətinin formalaşmasında rolunuz və əməyiniz danılmazdır. Azərbaycan cəmiyyəti Sizin əməyinizə hər zaman dəyər verib, dövlətimiz də bunu qiymətləndirib.
Sizin rəhbərliyiniz altında Azərbaycanın efir məkanında öz brendliyini qazanan Xəzər televiziyasının bundan sonra da inkişaf edəcəyinə, birinciliyi qoruyacağına əminəm.
Sizin rəhbərliyinizlə Xəzər televiziyasının ölkə gənclərinin fəaliyyətinin və dövlətimizin gənclər siyasətinin təbliğində rolunu yüksək qiymətləndirir, hər zaman gördüyümüz bu əvəzolunmaz dəstəyinizə görə təşəkkürümü bildirirəm.
Bir daha Sizi 45 yaşınızın tamam olması münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Tamaşaçılarınız, izləyiciləriniz, sevənləriniz çox olsun! Yorulmayasınız!

27/11/2023
Kəlbəcər Şəhər Günü qeyd edilirPrezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın ...
26/11/2023

Kəlbəcər Şəhər Günü qeyd edilir
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Kəlbəcər şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Kəlbəcər bir güllə atılmadan düşmən tapdağından azad olunub.

3 il öncə məhz bu gün Ağdam işğaldan azad edildi.
20/11/2023

3 il öncə məhz bu gün Ağdam işğaldan azad edildi.

Ölkəmizin dəyərli jurnalisti, Azərbaycan Dövlət Televeziyasının tanınmış aparıcısı Samirə Mustafayevanın “TV kanalların ...
14/11/2023

Ölkəmizin dəyərli jurnalisti, Azərbaycan Dövlət Televeziyasının tanınmış aparıcısı Samirə Mustafayevanın “TV kanalların gənclərdə toplum fikirlərin formalaşdırılmasına təsirləri”mövzusunda təlimi baş tutacaq.

Qeyd edək ki, təlim NAYORA və “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilir.
az .ib .aliyev.r

🎉🇦🇿 Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.İslam Əmək...
10/11/2023

🎉🇦🇿 Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.
İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak edib.

Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkü vəfatının 85 ci ilində dərin hörmət və ehtiram hissi...
10/11/2023

Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkü vəfatının 85 ci ilində dərin hörmət və ehtiram hissi ilə anırıq.

Açıklama yaz...

Türkiyə Prezidenti R.T.Erdoğanın 7 mart 2023-cü ildə imzaladığı “6906” nömrəli təsis sənədi ilə yaradılan Türk İnternet ...
04/11/2023

Türkiyə Prezidenti R.T.Erdoğanın 7 mart 2023-cü ildə imzaladığı “6906” nömrəli təsis sənədi ilə yaradılan Türk İnternet Media Birliyinin sədri Süleyman Basa, Mətbuat Şurası İdarə Heyətinin üzvü və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin İcraçı direktoru Aygün Əliyeva ilə görüşüb.

Görüşdə qardaş ölkə QHT-ləri ilə müştərək layihələrin reallaşdırılması, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, eyni zamanda Türk dövlətlərinin Vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında müzakirələr aparılıb.

🇦🇿🤝🇹🇷

.gov.az

Azərbaycan Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ölkəmizdə səfərdə olan...
03/11/2023

Azərbaycan Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ölkəmizdə səfərdə olan Türk İnternet Media Birliyinin sədri Süleyman Basa və qardaş Türkiyədən gələn nümayəndə heyəti ilə görüşüb.

Medianın İnkişafı Agentliyində ölkəmizdə səfərdə olan Türkiyə İnternet Media Birliyinin sədri Süleyman Basa və sədr müav...
03/11/2023

Medianın İnkişafı Agentliyində ölkəmizdə səfərdə olan Türkiyə İnternet Media Birliyinin sədri Süleyman Basa və sədr müavini, Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Dəmir ilə görüş keçirilib.

Address

Akademik Əbdülkərim Əlizadə Küçəsi 5, AZ Bakı
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB:

Share