Azərbaycan Turizm Blogerləri Assosiasiyası

Azərbaycan Turizm Blogerləri Assosiasiyası Azərbaycan Turizm Blogerleri Assosiasiyası 2020-ci ilin 5 oktyabrında rəsmi olaraq qeydə alınıb.

Səyahət blogerlərini, yazarlarını bir çətir ətrafında toplayan assosiasiya qısa müddətdə turizm sektorunda öz sözünü deməyi bacarıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm blogerlərinin bir qurum ətrafında birləşməsi zərurəti yaranmışdı. Azərbaycan Turizm Blogerləri Assosiasiyasının yaradılmasının əsas məqsədi turizm blogerlərinin fəaliyyətinin əlaqələndirilməsi və peşəkarlığının artırı

lması, turizmin əhəmiyyəti barədə ölkə vətəndaşlarının məlumatlandırılması və ölkənin turizm potensialının təbliğinə dəstək verməkdən ibarətdir. Assosasiya Azərbaycanın turizm potensialının dünyada tanıdılmasını, müxtəlif ölkələrdən olan turistlərin Azərbaycana səyahətini təşviq etməyi qarşısına məqsəd qoyub. Həmçinin azərbaycanlıların da xarici ölkələrə səyahətləri ilə bağlı öz tövsiyə və yardımlarını təklif edir.

25 fevral 2025-ci il tarixində Azərbaycan Turizm Blogerlər Assosiasiyasının sədri  və üzvlər - səyahət blogerləri ilə Öz...
25/02/2025

25 fevral 2025-ci il tarixində Azərbaycan Turizm Blogerlər Assosiasiyasının sədri və üzvlər - səyahət blogerləri ilə Özbəkistan Respublikasının Azərbaycandakı səfiri arasında görüş baş tutmuşdur. Görüş zamanı iki ölkə arasında turist axınının artırılması barədə müzakirələr aparılmışdır.


Azərbaycan Travel Blogerləri Assosiasiyasının üzvləri Azərbaycan Hava Yollarına məxsus “Embraer - 190” təyyarəsinin Akta...
27/12/2024

Azərbaycan Travel Blogerləri Assosiasiyasının üzvləri Azərbaycan Hava Yollarına məxsus “Embraer - 190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatlarını itirən insanların xatirəsini yad etmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında yaradılan xatirə stendini ziyarət edib, gül dəstələri qoyublar.

Xatirə stendi hava limanında, Terminal 2-nin Cənub stendində quraşdırılıb. Çox tez-tez hava limanına uçuş üçün üz tutan səyahət blogerləri bu dəfə faciəli şəkildə həlak olan şəxslərin xatirəsinə ehtiramlarını bildirmək üçün Bakı aeroportunu ziyarət etdilər.

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması bütün Azərbaycan xalqını sarsıtdı, həyatlarını itirən şəxslərin ruhu şad, xatirələri əbədi olsun. Qəzada xəsarət alan şəxslərin tezliklə sağlıqlarına qovuşmasını arzulayırıq!

Azərbaycan Hava Yollarının bütün əməkdaşlarına isə AZAL ailəsi üzvlərinin faciəli şəkildə vəfatından kədərləndiyimizi bildirir, dərin hüznlə başsağlığı veririk!

Azərbaycan Travel Blogerləri Assosiasiyasının İdarə Heyətinin rəhbəri Azər Qərib və bütün ATBA üzvləri Azərbaycan Hava Y...
25/12/2024

Azərbaycan Travel Blogerləri Assosiasiyasının İdarə Heyətinin rəhbəri Azər Qərib və bütün ATBA üzvləri Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından kədərləndiklərini bildirir, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayır!

Address

Bülbül Prospekti 26, 2-ci Mərtəbə
Baku
AZ1010

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994502904270

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Turizm Blogerləri Assosiasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Turizm Blogerləri Assosiasiyası:

Share