17/03/2026
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyi, “Tibb bacısı (qardaşı) işi” şöbəsi və Tələbə Gənclər Təşkilatının tələbələrinin iştirakı ilə 13 mart 2026-cı il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinə bayram münasibətilə təbrik ziyarəti təşkil olunub.
Ziyarət zamanı kollecin rəhbərliyi və tələbələr müəssisədə yaşayan uşaqlarla görüşərək onları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar. Tədbir çərçivəsində tələbələr tərəfindən müxtəlif musiqi nömrələri və bədii çıxışlar təqdim olunub. Həmçinin Novruz bayramının ənənəvi obrazları olan Kosa və Keçəl maraqlı səhnəciklər və zarafatları ilə uşaqlara əyləncəli anlar yaşadıblar.
Tədbirdə uşaqlar üçün üz boyama (faceart) təşkil olunub, animatorların iştirakı uşaqların sevincinə səbəb olub.
Səmimi və mehriban atmosferdə keçən görüş zamanı uşaqlara bayram sovqatları təqdim olunub, onlarla ünsiyyət qurulub və birlikdə xoş vaxt keçirilib.