Kişilər gender bərabərliyi uğrunda - Men for gender equality

Kişilər gender bərabərliyi uğrunda - Men for gender equality Kişilər Gender Bərabərliyi Uğrunda - Men For Gender Equality

Kişilər Gender Bərabərliyi Uğrunda - Men For Gender Equality virtual platforması cəmiyyətdə qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması və gənc kişilərin, ataların, gənclərin gender bərəbərliyinə töhfəsinin artırılması məqsədi daşıyan layihədir. Virtual platforma bu sahədə ictimai vəkilliyi və maarifi təmin edərək qadın və qızların müdafiəsi sahəsində çalışan hər kəs ilə əməkdaşlığı təm

in edəcəkdir. Güclü tərəfdaşlıq və əməkdaşlığa əsaslanacaq platforma gender-transformativ bacarıqların formalaşmasına və cəmiyyətdə mövcud olan gender stereotipləri və ayrı-seçkiliyinin qarşısının alınmasına töhfə verəcəkdir. Qeyd etmək lazımdır ki, bu layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilir. Bizim fəaliyyətimiz
Qadınlar və qızlarla yanaşı kişiləri və oğlanları gender-əsaslı zorakılığa qarşı mübarizə prosesinə cəlb etmək ictimai vəkillik və maarif işinin vacib elementidir. Qadınlara və qız uşaqlarına yönəlik şiddətin kökləri, kişilərin avtoriteti və qadınlar üzərində nəzarəti həyata keçirmək üçün zorakılıqdan istifadə haqqında geniş şəkildə qəbul edilmiş gender normalarına dayanır. Ölkə əhalisinin yarısını təşkil edən kişiləri zorakılığa yol açan sosial norma və davranışların dəyişdirilməsi prosesinə cəlb edilməsi ilə qadın və qızların zorakılıqdan uzaq bir cəmiyyətdə yaşamasına töhfə vermək olar. Platforma olaraq biz ayrıseçkiliyə yol açan norma və stereotipləri müəyyən etməkdə və onların ictimai vəkillik və maarif tədbirləri vasitəsi ilə aradan qaldırılmasında maraqlıyıq. Kişilər Gender Bərabərliyi Uğrunda - Men For Gender Equality virtual platforması və üzvlərimizin əsas iş sahələrinə aşağıdakılar daxildir:
• Gender əsaslı zorakılıqla mübarizə
• Məişət zorakılıqlarının qarşısınının alınması
• Qadın sığınacaqları
• GBV qaynat xətt xidməti
• Reproduktiv sağlamlıq və hüquqlar
• Məsuliyyətli atalıq və qayğı
• İctimai vəkillik
• Maarifləndirmə

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatç...
23/12/2024

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 21 dekabr 2024-cü il saat 14:00-da “Çinar Kitab Evi”nin seminar zalında "Oğlan uşaqlarının düzgün tərbiyəsinin qadınlara qarşı zorakılığın azaldılmasında rolu” mövzusunda seminar təşkil edilib
❗️Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.

🗣️ Seminar zamanı ekspertlər gender bərabərsizliyinə yol açan səbəblər və qadınların və qızların virtual zorakılıqdan qorunması mövzusunda danışıblar.

✅ Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutub.

Növbəti seminarımızın vaxtı AÇIQLANDI - Qeydiyyatdan keçməyə TƏLƏSİN!🆘 DİQQƏT! - Seminara giriş PULSUZDURAvropa İttifaqı...
16/12/2024

Növbəti seminarımızın vaxtı AÇIQLANDI - Qeydiyyatdan keçməyə TƏLƏSİN!

🆘 DİQQƏT! - Seminara giriş PULSUZDUR

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 21 dekabr 2024-cü il saat 14:00-da “Çinar Kitab Evi”nin seminar zalında "Oğlan uşaqlarının düzgün tərbiyəsinin qadınlara qarşı zorakılığın azaldılmasında rolu” mövzusunda seminar təşkil ediləcək.

❗️Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.

🗣️ Seminar zamanı ekspertlər gender bərabərsizliyinə yol açan səbəblər və qadınların və qızların virtual zorakılıqdan qorunması mövzusunda danışacaqlar.

Ekspertlər:
Orxan Məcnunov - klinik psixoloq
Fərid Abdullah - Dinşünas
Saat: 14:00
Məkan: Çinar Kitab Evi
Atatürk prospekti 59

📞 Əvvəlcədən 055 565 21 26 whatsapp nömrəsinə yazaraq iştirakınızı təsdiqlədə bilərsiniz.

✅ Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutur.

16/12/2024

Din kişini evinin Fironu qərar veribmi?

“Kişilər bərabərlik üçün danışır!” adlı yeni podcastımızı təqdim edirik.

Cəmiyyətdə qızların razılığı olmadan ərə verilməsi, kişilərin ailədə özünü mütləq dominant hesab etməsi və İslam dinin bu məsələlərə münasibəti ilə bağlı müzakirə aparılıb.

Mövzu ətrafında tanınmış dinşünaslar Fərid Abdullah və Təbriz Qasımov öz fikirlərini bölüşürlər.

14/12/2024
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatç...
14/12/2024

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə Binəqədi rayonu, Xocasən qəsəbəsi, Matadrom yaşayış massivi, ev19-da “Zorakılığın Azaldılması: Gender bərabərliyi və hüquqi dəstək” mövzusunda seminar keçirilib.

❗️Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.

🗣️ Seminar zamanı ekspertlər dinşünas Təbriz Qasımov və vəkil Ruslan Vəliyev gender bərabərsizliyinə yol açan səbəblər və qadınların və qızların virtual zorakılıqdan qorunması mövzusunda danışıblar.

✅ Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutur.

Növbəti seminarımızın vaxtı AÇIQLANDI - Bu dəfə fərqli MƏKANDA 🆘 DİQQƏT! - Seminara giriş PULSUZDURAvropa İttifaqının ma...
10/12/2024

Növbəti seminarımızın vaxtı AÇIQLANDI - Bu dəfə fərqli MƏKANDA

🆘 DİQQƏT! - Seminara giriş PULSUZDUR

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 14 dekabr 2024-cü il saat 14:00-da Binəqədi rayonu, Xocasən qəsəbəsi, Matadrom yaşayış massivi, ev19-da “Zorakılığın Azaldılması: Gender bərabərliyi və hüquqi dəstək” mövzusunda seminar təşkil ediləcək.

❗️Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.

🗣️ Seminar zamanı ekspertlər gender bərabərsizliyinə yol açan səbəblər və qadınların və qızların virtual zorakılıqdan qorunması mövzusunda danışacaqlar.

Ekspertlər:
Ruslan Vəliyev - Vəkil
Təbriz Qasımov - Dinşünas
Saat: 14:00
Məkan: Binəqədi rayonu, Xocasən qəsəbəsi, Matadrom yaşayış massivi, ev 19

📞 Əvvəlcədən 055 565 21 26 whatsapp nömrəsinə yazaraq iştirakınızı təsdiqlədə bilərsiniz.

✅ Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutur.

07/12/2024

Qadınlar nə üçün şiddətə məruz qalır?

“Kişilər bərabərlik üçün danışır!” adlı yeni podcastımızı təqdim edirik.

Cəmiyyətdə qadınların şiddətə məruz qalması, boşanmaların səbəbi və bərabər hüquqların təbliğində kişilərin rolunu müzakirə etmişik.

Mövzu ətrafında tanınmış dinşünaslar Fərid Abdullah və Təbriz Qasımov öz fikirlərini bölüşürlər.

“Virtual zorakılığın qadın və qızların həyatına təsiri” mövzusunda seminardan FOTOLARAvropa İttifaqının maliyyə dəstəyi,...
30/11/2024

“Virtual zorakılığın qadın və qızların həyatına təsiri” mövzusunda seminardan FOTOLAR

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 28 sentyabrda “Çinar Kitab Evi”nin seminar zalında “Ailələrdə sağlam münasibətlərin formalaşmasına sosial normaların təsiri” mövzusunda seminar keşirilib.

❗️Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.

🗣️ Seminar zamanı ekspertlər - dinşünas Fərid Abdullah və sığınacaq rəhbəri Mehriban Zeynalova rəqəmsal dünyada qadın və qızlara qarşı baş verən kibercinayətlər, zorakılıqlar mövzusunda danışııblar.

✅ Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutur.

29/11/2024

“Kişilər bərabərlik üçün danışır!” adlı yeni podcast-da cəmiyyətdə qadınların şiddətə məruz qalması, boşanmaların səbəbi və bərabər hüquqların təbliğində kişilərin rolu müzakirə olunur.

Mövzu ətrafında tanınmış dinşünaslar Fərid Abdullah və Təbriz Qasımov öz fikirlərini bölüşürlər.

Siz də şiddəti doğursan səbəblər və kişilərin bu prosesdə necə fəal iştirak edə biləcəyini öyrənmək istəyirsinizsə, bizi izləyin.

Videonun tam versiyasını yaxın günlərdə paylaşacağıq.

Növbəti seminarımızın vaxtı AÇIQLANDI - Qeydiyyatdan keçməyə TƏLƏSİN!🆘 DİQQƏT! - Seminara giriş PULSUZDURAvropa İttifaqı...
26/11/2024

Növbəti seminarımızın vaxtı AÇIQLANDI - Qeydiyyatdan keçməyə TƏLƏSİN!

🆘 DİQQƏT! - Seminara giriş PULSUZDUR

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 30 noyabr 2024-cü il saat 15:00-da “Çinar Kitab Evi”nin seminar zalında “Qadınların və qızların virtual zorakılıqdan qorunması” mövzusunda seminar təşkil ediləcək.

❗️Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.

🗣️ Seminar zamanı ekspertlər gender bərabərsizliyinə yol açan səbəblər və qadınların və qızların virtual zorakılıqdan qorunması mövzusunda danışacaqlar.

Ekspertlər:
Mehriban Zeynalova - Sığınacaq rəhbəri
Fərid Abdullah - Dinşünas
Saat: 15:00
Məkan: Çinar Kitab Evi
Atatürk prospekti 59

📞 Əvvəlcədən 055 565 21 26 whatsapp nömrəsinə yazaraq iştirakınızı təsdiqlədə bilərsiniz.

✅ Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutur.

03/11/2024

Bərabərlik deyəndə nə nəzərdə tutulur?

Tanınmış dinşünaslar Fərid Abdullah və Təbriz Qasımov “Kişilər bərabərlik üçün danışır!” mövzusunda fikir mübadiləsi aparır.

29/10/2024

Kişi və qadın arasında fərq - Kimin əməli daha üstündür?

Tanınmış dinşünaslar Fərid Abdullah və Təbriz Qasımov “Kişilər bərabərlik üçün danışır!” mövzusunda fikir mübadiləsi aparır.

Address

Baku

Telephone

+994555652126

Website

Alerts

Be the first to know and let us send you an email when Kişilər gender bərabərliyi uğrunda - Men for gender equality posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kişilər gender bərabərliyi uğrunda - Men for gender equality:

Share