16/06/2026
“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) Proqramının “Komanda və layihə” modulu üzrə ilk təlimi baş tutub.
Modul çərçivəsində ilk təlim inkişaf üzrə ekspert və peşəkar təlimçi Fəxri Məhəmmədzadə tərəfindən “Menecment və idarəetmə bacarıqları” mövzusunda keçirilib.
Təlim zamanı iştirakçılar menecment və idarəetmənin əsas prinsipləri, effektiv komanda idarəçiliyi, planlaşdırma, qərarvermə və liderlik yanaşmaları ilə bağlı biliklər əldə ediblər. Eyni zamanda, onlar qruplara bölünərək komanda işi üzərində çalışıb, verilən tapşırıqlar əsasında həll yolları hazırlayıb və təqdimatlar ediblər. Bu proses iştirakçıların əməkdaşlıq, ünsiyyət, analitik düşüncə və təqdimat bacarıqlarının inkişafına töhfə verib.
Qeyd edək ki, KLİK Proqramının “Komanda və layihə” modulu iştirakçıların komanda işi və layihələrin idarə olunması sahəsində bilik və bacarıqlarının artırılmasına, onların gələcək fəaliyyətlərində daha effektiv rol almalarına dəstək göstərməyə xidmət edir.