YAŞAT Fondu

YAŞAT Fondu Yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən

həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunur.
Şəxslərin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər. Mərkəzləşdirilmiş və şəffaf platforma vasitəsi ilə Fonda ianə edənlərin şəxsi kabineti olacaq və onlar bütün xərclərə nəzarət edə biləcəklər.

Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿
15/06/2026

Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿

11/06/2026

Şəhidimiz Namazov İsmət Nüsrət oğlunun ailəsinə “YAŞAT” Fondu tərəfindən dəstək göstərilib.

Şəkidə şəhid övladları üçün yaz düşərgəsi reallaşdırılıbİyunun 1-dən 4-dək Şəki Olimpiya İdman Kompleksində 14-15 yaşlı ...
05/06/2026

Şəkidə şəhid övladları üçün yaz düşərgəsi reallaşdırılıb

İyunun 1-dən 4-dək Şəki Olimpiya İdman Kompleksində 14-15 yaşlı şəhid övladları üçün yaz düşərgəsi təşkil olunub. 40 şəhid övladını əhatə edən düşərgə Gənclər və İdman Nazirliyinin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, “Qəbələnd” əyləncə mərkəzinin dəstəyi ilə baş tutub.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən düşərgənin əsas məqsədi iştirakçıların intellektual, sosial və şəxsi inkişafına dəstək göstərmək, onların yaradıcılıq potensialını və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub.

Açılış mərasimindən sonra müxtəlif komanda oyunları keçirilib, həmçinin Şəki Xan Sarayına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna və Karvansaraya ekskursiya təşkil olunub. Növbəti gün iştirakçılar psixoloji təlim və inkişafyönümlü seanslarda iştirak edib, eləcə də “Qəbələnd” əyləncə mərkəzinə və "Şəki Yayla"sına səfər ediblər.

Şəhid övladları Şəki “ABAD” mərkəzində dulusçuluq, toxuculuq və keramika sahələri üzrə təlimlərə də qatılıblar. “Dayaq” Xeyriyyə Cəmiyyəti tərəfindən “Ağız boşluğu gigiyenası” mövzusunda maarifləndirici təlimlər keçirilib və tibbi müayinələr təşkil olunub.

Bağlanış mərasimindən sonra iştirakçılar üçün Qax rayonunda piknik təşkil edilib.

02/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi reallaşdırılıb.

“YAŞAT” Fondunun və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti...
29/05/2026

“YAŞAT” Fondunun və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün əyləncəli tədbir təşkil edilib.

Məqsəd şəhid övladlarının asudə vaxtının səmərəli təşkili, onların sevinc və xoş təəssüratlar yaşamasına töhfə vermək olub.

Tədbir çərçivəsində 43 şəhid övladı “Dreamland” kompleksində yerləşən “Dream Trampoline” əyləncə mərkəzini ziyarət edib. Uşaqlar mərkəzin müxtəlif əyləncə imkanlarından yararlanaraq maraqlı və yaddaqalan vaxt keçiriblər.

Dövlət müstəqilliyimiz əbədi və möhkəm olsun!
28/05/2026

Dövlət müstəqilliyimiz əbədi və möhkəm olsun!

Address

Həsən Əliyev Küçəsi 36
Baku
AZ1078

Alerts

Be the first to know and let us send you an email when YAŞAT Fondu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share