Azərbaycan Teatr Xadimləri İttifaqı

Azərbaycan Teatr Xadimləri İttifaqı Tarixi ənənələrini qoruyub saxlayan, fəaliyyətini əzmlə davam etdirən AzTXI

Azərbaycan Teatr Xadimləri İttifaqı adından görkəmli dövlət xadimi, diplomat, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi...
16/06/2026

Azərbaycan Teatr Xadimləri İttifaqı adından görkəmli dövlət xadimi, diplomat, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Hidayət Orucovun vəfatı ilə əlaqədar ölkə ictimaiyyətinə və mərhumun doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.

14/06/2026
Bayramınız mübarək!
28/05/2026

Bayramınız mübarək!

Əməkdar artist Münəvvər Əliyeva mükafatlandırılıb.25 may 2026-cı il tarixdə Azərbaycan Respublikasının Əməkdar artisti M...
25/05/2026

Əməkdar artist Münəvvər Əliyeva mükafatlandırılıb.

25 may 2026-cı il tarixdə Azərbaycan Respublikasının Əməkdar artisti Münəvvər Əliyeva teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yubiley tarixi münasibəti ilə mükafatlandırılıb.
Akademik Milli Dram Teatrında keçirilən mərasimdə Münəvvər Əliyevaya Teatrın "Yubiley" mükafatı və Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızılgül" mükafatı təqdim olunub. Mükafatları Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov təqdim ediblər.
Çıxış edənlər aktrisanı təbrik edib, ona möhkəm can sağlığı, ruh yüksəkliyi, yeni yaradıcılıq uğurları arzulayıblar.

Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edilib.30 aprel 2026-cı il tarixdə Azərbaycan Dövlət Film Fondund...
01/05/2026

Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edilib.

30 aprel 2026-cı il tarixdə Azərbaycan Dövlət Film Fondunda Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edilib.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Kinematoqrafçılar İttifaqının, Yazıçılar Birliyinin nümayəndələri, görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova Ramiz Həsənoğlunun Azərbaycan televiziyasının və kinosunun inkişafındakı xidmətlərindən danışıb, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb.
Çıxış edənlər - Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Kinematoqrafçılar İttifaqının birinci katibi, Xalq artisti Şəfiqə Məmmədova, Xalq yazıçısı Anar, Xalq artisti Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, Əməkdar mədəniyyət işçisi Azər Turan, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva, jurnalist İlhamiyyə Rza və başqaları yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Ramiz Həsənoğlu Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev “VMF” şirkəti tərəfindən Ramiz Həsənoğlunun yubileyinə məxsusi buraxılmış hədiyyəni sənətkara təqdim edib. Həmçinin R.Həsənoğlunun 80 illiyinə həsr olunmuş “Qobustan” jurnalı tədbir iştirakçılarına paylanıb.
Tədbirdə Baku TV-nin yubilyara həsr etdiyi, rejissor İman Məcidovun çəkdiyi “Sənin boyun ucadır” filmi və rejissor Elnaz Əblucun hazırladığı videoçarx nümayiş etdirilib.

Pedaqoji Kollecin tələbələri Azərbaycan Teatr Xadimləri İttifaqında.27 aprel 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqo...
27/04/2026

Pedaqoji Kollecin tələbələri Azərbaycan Teatr Xadimləri İttifaqında.

27 aprel 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin Teatr Xadimləri İttifaqına ekskursiyası təşkil olunub.
Tələbələr İttifaqın binası ilə tanış olub, yaradıcılıq laboratoriyaları, Mustafa Mərdanov səhnəsi, Konfrans zalı barədə məlumatlandırılıblar.
Ekskursiyadan məmnum qalan tələbələr İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Address

Xaqani Küçəsi, 16
Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Teatr Xadimləri İttifaqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Teatr Xadimləri İttifaqı:

Share