09/05/2024
Bu gün - 10 may tarixi ulu öndər,dahi şəxsiyyət,Azərbaycan dövlətinin unudulmaz rəhbəri Heydər Əliyevin doğum günüdür!
Hər daim Azərbaycanın rifahını,gələcəyini düşünən dahi rəhbərimiz 1923-cü ilin 10 may tarixində Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur.Fəaliyyətinin 1993-2003-cü illərini Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra etmişdir.Dahi rəhbərimizin uzaqgörən siyasəti,müdrik fikirləri ilə bir çox uğurlara imza atmış və bugünkü güclü Azərbaycan dövlətinin bünövrəsini qoymuşdur.Heydər Əliyevin xalqına,vətəninə olan sevgisi hər zaman onu ölkəmizi düşünməyə, cəsarətli addımlar atmağa və xalqımızı müdafiə etməyə sövq edirdi.Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki mən Azərbaycanlıyam!” kəlamı bugünkü gündə də xalqımızın dilində şüardır.