28/05/2025
Əziz xalqımız!
Sizi 28 May Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! 🇦🇿
💯28 May tariximizin ən parlaq və qürurverici səhifələrindən biridir. Məhz bu gündə xalqımız ilk dəfə öz iradəsini ifadə edərək, Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Bu addımla müstəqillik, azadlıq və respublikaçılıq kimi ali dəyərləri tariximizə və taleyimizə yazdı.
👏🏻Bu gün bizim üçün sadəcə, bir tarixi xatırlatma deyil. Bu, xalqın iradəsinə əsaslanan dövlətin mümkünlüyünə olan inamın, vətəndaşların öz gələcəyinə sahib çıxmaq əzminin simvoludur.
🤝🏻Artikl 54 olaraq biz inanırıq ki, vətəndaş iştirakını, şəffaflığı və ədaləti gündəlik fəaliyyətinin əsas prinsiplərinə çevirən hər bir insan bu tarixi irsi yaşadır və gələcək nəsillərə ötürür.
🎉Bu irsi qoruyub saxlamaq, möhkəmləndirmək və ədalətli, demokratik cəmiyyət naminə birgə addımlamaq ümidi ilə Respublika Günün mübarək, Azərbaycan!