EdTech Azerbaijan

EdTech Azerbaijan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EdTech Azerbaijan, Nonprofit Organization, Baku.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən EdTech Startap Müsabiqəsində öz layihələ...
30/03/2022

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən EdTech Startap Müsabiqəsində öz layihələri ilə 2-ci yerdə qərarlaşmış "Planophore" komandasının üzvü Ləman Cəlilova Massaçusets Texnologiya İnstitutunda (MIT) tam təqaüdlü Kimya Mühəndisliyi üzrə magistratura pilləsinə qəbul olmuşdur. Onu bu uğuru münasibətilə təbrik edir və təhsil həyatında uğurlar arzulayırıq!

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə hər bir kəsi təbrik edirik!Yeni nailiyyətlər və uğur...
31/12/2021

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə hər bir kəsi təbrik edirik!
Yeni nailiyyətlər və uğurlar arzu edirik!
Bayramlarınız mübarək!

Cənab nazirin  “Twitter”də “EdTech Startap” müsabiqəsi haqqında postu.
30/12/2021

Cənab nazirin “Twitter”də “EdTech Startap” müsabiqəsi haqqında postu.

30/12/2021

Təhsil TV-nin “EdTech Startap” müsabiqəsi haqqında reportajı.

Münsiflər heyətinin üzvü Elşad Yusifli“Keepface” Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçisi
30/12/2021

Münsiflər heyətinin üzvü Elşad Yusifli
“Keepface” Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçisi

Münsiflər heyətinin üzvü Məmməd Kərim"INNOLAND"  İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru
26/12/2021

Münsiflər heyətinin üzvü Məmməd Kərim
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru

1-ci yerin qalibi Bakı Ali Neft Məktəbini təmsil edən “AzPlagio” komandası olmuşdur. Tələbələr “Azərbaycan dilində plagi...
25/12/2021

1-ci yerin qalibi Bakı Ali Neft Məktəbini təmsil edən “AzPlagio” komandası olmuşdur. Tələbələr “Azərbaycan dilində plagiat aşkarlama platformasının yaradılması” mövzusunda layihələrini təqdim etmişdirlər. Qalib komandaya 1 il ərzində Təhsil Nazirliyi tərəfindən ideyasının inkişafı və reallaşdırılması üçün 10.000 azn-dək məbləğində dəstək göstəriləcək.

Münsiflər heyətinin üzvü Asif İbrahimov"Apple şirkətinin Azərbaycanda rəsmi texniki nümayəndəsi ve sahibkar.
25/12/2021

Münsiflər heyətinin üzvü Asif İbrahimov

"Apple şirkətinin Azərbaycanda rəsmi texniki nümayəndəsi ve sahibkar.

Fransa Azərbaycan Universitetini (UFAZ) təmsil edən “Planophore” komandası “Şagird və tələbələrin biliklərini sınaya bil...
24/12/2021

Fransa Azərbaycan Universitetini (UFAZ) təmsil edən “Planophore” komandası “Şagird və tələbələrin biliklərini sınaya biləcəyi onlayn platformanın yaradılması” layihəsini təqdim edərək 2-ci yerə layiq görülmüşdür. Komandaya 1 il ərzində Təhsil Nazirliyi tərəfindən ideyasının inkişafı və reallaşdırılması üçün 7.000 azn-dək məbləğində dəstək göstəriləcək.

Münsiflər heyətinin üzvü Vüsal XanlarovTəhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinim rəisi
24/12/2021

Münsiflər heyətinin üzvü Vüsal Xanlarov
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinim rəisi

3-cü yerin qalibi ADA Universitetini təmsil edən “Find Your İnstructor” komandası olmuşdur. Komanda “Tələbələrin hazırlı...
22/12/2021

3-cü yerin qalibi ADA Universitetini təmsil edən “Find Your İnstructor” komandası olmuşdur. Komanda “Tələbələrin hazırlıq müəllimlərini asanlıqla tapa bilməsi” mövzusunda layihə hazırlamışdır.Tələbələr 3-cü yerə layiq görülərək texnologiya və inkubasiya mərkəzində 6 aylıq abunəlik qazandılar.

10 dekabr tarixində “JW Marriott Absheron Baku” otelində “EdTech Startap Müsabiqəsi”nin final mərhələsi keçirilmişdir.Ko...
22/12/2021

10 dekabr tarixində “JW Marriott Absheron Baku” otelində “EdTech Startap Müsabiqəsi”nin final mərhələsi keçirilmişdir.

Komandalar layihələrini təqdim edəndən sonra münsiflər heyəti onları bir neçə meyara görə qiymətləndirdi. Daha sonra qaliblər elan olunaraq təltif edildilər.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when EdTech Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share