Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəçisidir
(2)

ETİHİ Respublika Komitəsinin tərkibinə Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş normaya uyğun olaraq eyni sahənin vilayət, rayon, şəhər həmkarlar ittifaqı təşkilatlarının, eləcə də Təhsil Nazirliyi sistemində olan ali və orta ixtisas məktəbləri həmkarlar ittifaqı təşkilatlarının konfrans və yığıncaqlarında birbaşa seçilmiş və Məclis tərəfindən təsdiq edilmiş nümayəndələr daxildir. Eyni qaydada d

a Respublika Komitəsinin nümayəndələri geri çağırılır və əvəz olunur. Respublika Komitəsinin səlahiyyəti beş ildə bir dəfə keçirilən konfrans (qurultay) tərəfindən təsdiq olunur və onun qarşısında hesabat verir. O, öz fəaliyyəti ilə əlaqədar dövlət və təsərrüfat orqanlarından, siyasi və ictimai təşkilatlardan asılı deyil və onlara hesabat vermir. Respublika Komitəsi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanununa, həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan qanunvericilik aktlarına və ETİHİ- nin Nizamnaməsinə uyğun həyata keçirir.

🔔Bu gün məktəblərdə “Son zəng” çalınır.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respubıika Komitəsi  olaraq bütün məzun...
13/06/2026

🔔Bu gün məktəblərdə “Son zəng” çalınır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respubıika Komitəsi olaraq bütün məzunları təbrik edir, qarşıdakı imtahanlarda və həyat yolunda uğurlar arzulayırıq.
Eyni zamanda, şagirdlərin bilikli, vətənpərvər və layiqli vətəndaş kimi yetişməsində böyük zəhməti olan müəllimlərimizə dərin minnətdarlığımızı bildiririk. Onların fədakar əməyi və peşəkarlığı cəmiyyətimizin inkişafına verilən ən dəyərli töhfələrdəndir

🎡12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə GünüdürHər bir uşağın təhlükəsiz mühitdə böyümək, keyfiyyətli təhsil al...
12/06/2026

🎡12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

Hər bir uşağın təhlükəsiz mühitdə böyümək, keyfiyyətli təhsil almaq və inkişaf etmək hüququ var. Uşaq əməyinin qarşısının alınmasında ən təsirli vasitələrdən biri məhz təhsildir.
ETİHİ Respublika Komitəsi olaraq hər bir uşağın təhsil, inkişaf və müdafiə hüququnun qorunmasını dəstəkləyir, uşaq əməyinin istismarına qarşı mübarizənin vacibliyini vurğulayırıq.

‼️ Son vaxtlar bəzi media subyektlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( ) ünvanına yollayışların ...
11/06/2026

‼️ Son vaxtlar bəzi media subyektlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( ) ünvanına yollayışların verilməsi ilə bağlı həqiqətə uyğun olmayan və qərəzli iddialara -dən açıqlama.:

Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir

Son vaxtlarda bəzi media subyektlərində Azərbaycan Həmkarlar Konfederasiyasının (AHİK) ünvanına yollayışların verilməsi ilə bağlı həqiqətətə uyğun olmayan və qərəzli iddialar səsləndirilir. Bu da, çoxsaylı üzvləri birləşdirən AHİK-in nüfuzuna xələl gətirməklə yanaşı, həmkarlar ittifaqları üzvlərinin haqlı narazılığına səbəb olur.
Vurğalamaq istərdik ki, AHİK olaraq missiyamız ilk növbədə həmkarlar ittifaqları üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının qorunması, əməyin mühafizəsi, layiqli əmək şəraitinin təmin edilməsi, üzvlərə sosial-iqtisadi dəstəyin göstərilməsi, işçilərin maarifləndirilməsi, üzvlərin bilik və bacarıqlarının artırılması, üzvlərin sağlamlığının qorunmasının səmərəli təşkilidir.

Qeyd edək ki, Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, AHİK-in Nizamnaməsi, sosial tərəfdaşlıq, məşğulluq, sosial müdafiə və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktlarla tənzimlənir.

Son günlər mediada yollayışların verilməsi ilə bağlı səslənən əsassız fikirlərə gəlincə isə, bildiririk ki, yollayışların verilməsi prosesi Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”na və “Məcburi dövlət sosial sığorta vəsaiti hesabına sanatoriya-kurort putyovkalarının (yollayışlarının) verilməsi, istifadəsi və uçotunun aparılması Qaydaları”na əsasən tənzimlənir və yollayış verilərkən qanunvericiliyin tələbləri əsas götürülür. Bu tələblər güzəştli yollayış veriləcək şəxslərin həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmasıdır.

Həmin şəxslər yollayışları dəyərinin yalnız 15 faizini ödəməklə əldə edirlər.

Təhlillər göstərir ki, qanunvericiliyin uyğunlaşdırılması nəticəsində il ərzində əlavə olaraq 32 mindən vətəndaşımızın yollayışdan istifadə imkanı yaranıb. Bununla da, həyata keçirilmiş hüquqi uyğunlaşdırmalar güzəştli yollayışlardan istifadə hüququ olan şəxslərin yollayışlara əlçatanlığının, şəffaflığın və ünvanlığın artırılmasına, daha çox şəxsin bu imkanlardan yararlanmasına şərait yaratmışdır.

Məlumat üçün bildiririk ki, həmin Qaydaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli 113 №-li Qərarı ilə edilmiş dəyişikliklərə əsasən, yollayışlardan güzəştli istifadə hüququ müraciətçilərin ailə üzvlərinə, o cümlədən uşaqlarına şamil olunmur. Bununla belə, Baş Kollektiv Sazişdən irəli gələn sosial öhdəliklərə uyğun olaraq, AHİK-in təşəbbüsü əsasında sağlamlıq mərkəzləri ilə bağlanmış müqavilələr çərçivəsində 12 yaşadək iki uşağın ödənişsiz əsasda qonaqlaması və qidalanması təmin olunur.

Eyni zamanda, ödənişsiz yollayış almaq hüququ olanları ehtiva edən kateqoriyalar 3-dən 11-ə çatdırılmışdır. Bu isə, dövlətimizin həyata keçirdiyi sosial siyasətə uyğun olaraq, həssas qrupa aid olan daha çox vətəndaşın sosial qayğı ilə əhatə olunması deməkdir.

Hesab edirik ki, bəzi media subyektlərində yayımlanan reallığı əks etdirməyən iddialar həmkarlar ittifaqları təşkilatları haqqında əsassız və mənfi rəy formalaşdırmağa xidmət edir.

İşgüzar imicə ictimai zərər vurmağa hədəflənən bu cür məlumatlar media etikası, obyektivlik, qərəzsizlik və məsuliyyət prinsiplərinə uyğun gəlmir, “Media haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları ilə ziddiyyət təşkil edir.

Media nümayəndələrini jurnalist etikasına əməl etməyə, məlumatları yaymamışdan əvvəl aidiyyəti üzrə dəqiqləşdirməyə çağırırıq.

  nümayəndə heyəti Cenevrədə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası çərçivəsində görüşlər keçiribİsveçrənin Cenev...
05/06/2026

nümayəndə heyəti Cenevrədə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası çərçivəsində görüşlər keçirib
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına ( ) üzv ölkələrin hökumət nümayəndələrinin və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən Beynəlxalq Konfransının 114-cü sessiyası davam edir.

Address

Bakı şəhəri, Gənclər Meydanı 3
Baku
AZ10110

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124373253

Alerts

Be the first to know and let us send you an email when Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı:

Share

Category