20/05/2026
📢 "Spaqetti ət" sindromu nədir?
📌 "Spaqetti ət" toyuq ətində nəm artımı ilə birlikdə protein tərkibinin azalması ilə əlaqələndirilir. "Wooden breast" sindromu ilə birlikdə olduqda yağ tərkibi də eyni zamanda azala bilir.
"Spaqetti ət" analiz edilərkən zəif lif təkibi, yüksək pH və ətin su tutma qabiliyyətinin azalmasını göstərir. Ətin çıxım faizi də aşağı olur.
Ehtimal olunur ki, sindromun yaranma səbəbi zəif inkişaf etmiş kollagen və ya onun deqradasiyasıdır. Kollagen birləşdirici toxumada ən vacib komponentdir.
Şəkillərdə normal ət, orta və yüksək səviyyəli spagetti ət sindromu yaşamış filelər göstərilib.
Yusif Həkim