Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Community Center, Bakı şəh. , Bülbül pr. , 18-30, Baku.

Azərbaycan xalqını Zəfər günü münasibətilə ürəkdən təbrik edirik!
07/11/2023

Azərbaycan xalqını Zəfər günü münasibətilə ürəkdən təbrik edirik!

12/10/2023
05/10/2023

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) bu gündən etibarən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) ofisində fəaliyyət göstərəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, AKİ katibliyindən bildirilib.

Qeyd olunub ki, bu, ittifaqların birləşməsi istiqamətində atılan növbəti addımdır: “Birgə işçi qrup hər iki təşkilatın ümumi iclasının gündəliyi üzərində işləyir”.

Katiblikdən vurğulanıb ki, ARKİ sədri Şəfiqə Məmmədova AKİ heyətini böyük qonaqpərvərlik və diqqətlə qarşılayıb, heyət üçün komfortlu iş şəraiti yaradılıb: “Bu gündən etibarı ilə istehsal ediləcək layihələr və tədbirlər AKİ və ARKİ birgə istehsalı kimi təqdim ediləcək”.

Xatırladaq ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

#
Nihat Pir

28 avqust Azərbaycan Respublikası Kinematoqraçılar İttifaqının katibi, kinorejissor Vaqif Mustafayevin 70 yaşı tamam olu...
28/08/2023

28 avqust Azərbaycan Respublikası Kinematoqraçılar İttifaqının katibi, kinorejissor Vaqif Mustafayevin 70 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti və rəhbərliyi sənətkarı səmimi qəlbdən təbrik edir, ona can sağlığı, yaradıcılığında yeni uğurlar arzulayır.

Yaratdığı filmlərlə milli kinematoqrafiyaya yeni nəfəs və fərqli üslub gətirən Xalq artisti Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhə­rində anadan olub. Vaqif Mustafayev yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi “Bəyin oğurlanması” “Yaramaz”, “Nakəs”, “Fransız”, “Mil­li Bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb.

Rejissorun parlaq ya­radıcılıq nümunələri bir sıra beynəlxalq festivallarda mükafatlar qazanıb.

Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü “Əsl məhəbbət haqqın­da” , “Bir həsədin tarixi” və “Xüsusi təyinat” film­ləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xo­calı faciəsinə həsr olun­muş “Dərdimi çəkirəm” sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə “Həyat, deyəsən, gözəl­dir” bədii və “Fikrət Əmi­rov” bədii-sənədli film­lərini ərsəyə gətirib. O, “Həyat, deyəsən, gözəl­dir” filminə görə Türkiyədə keçirilən “Korkut Ata” Beynəlxalq Film Festiva­lında “Türk dünyasının ən yaxşı rejis­soru” adına layiq görülüb.

24/08/2023

“Vaqif Mustafayevin yaradıcılıq gecəsi”

Avqustun 28-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək. Gecədə “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq. Tədbirdə Gürcüstan Respublikasının Xalq artisti Avtandil Maxaradze, aktrisa Nino Qomarteli iştirak edəcək. "Oskar" mükafatı laureatı, məşhur kinorejissor Nikita Mixalkovun də yer aldığı təbrik videoçarxı nümayiş olunacaq.

4 avqust Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq rəssamı Rafiq Nəsirovun doğum günüdür . Bu mün...
04/08/2023

4 avqust Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq rəssamı Rafiq Nəsirovun doğum günüdür . Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti adından sənətkarı səmimi qəlbdən təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Rafiq Əliş oğlu Nəsirov 04.08.1947-ci ildə Sabirabadda anadan olub. Azərbaycan Dövlət Politexnik İnstitutunun memarlıq ixtisasında təhsil alıb (1964-1969). 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir. Onlarla Azərbaycan filmlərinin qurlşçu rəssamı olmuşdur.2000-ci ildə Əməkdar rəssam , 2007-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. “Humay” mükafatı laureatıdır. Rafiq Nəsirov 2018-ci ildə “Xeyirlə şərin rəqsi” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb.

02/08/2023
Əziz həmkarlar 2 avqust kino günü münasibətilə hər birinizi təbrik edirik! Bayramınız mübarək!
02/08/2023

Əziz həmkarlar 2 avqust kino günü münasibətilə hər birinizi təbrik edirik! Bayramınız mübarək!

01 avqust Azərbaycan Respublikası Kinematoqraçılar İttifaqının katibi, kinorejissor, kinoşünas Ayaz Salayevin doğum günü...
01/08/2023

01 avqust Azərbaycan Respublikası Kinematoqraçılar İttifaqının katibi, kinorejissor, kinoşünas Ayaz Salayevin doğum günüdür. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyi və idarə heyəti adından Ayaz müəllimi səmimi qəlbdən təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin qarşısında yeni ideoloji hədəflər müəyyən etmişdir. ...
26/07/2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin qarşısında yeni ideoloji hədəflər müəyyən etmişdir. Azərbaycan kinematoqrafçıları da reallığın çağırışı olan bu hədəflərə doğru irəliləyən mütərəqqi cəmiyyətimizin tərkib hissəsidir.
Vətən Müharibəmizdə əldə etdiyimiz Şanlı Qələbə bizlərə birlik nümunəsi oldu. Həm 1963-cü ildən fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ), həm də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) fəaliyyətinin təməl prinsipi də həmrəyliyə xidmət etməkdir. Məhz buna görə də biz, ARKİ-nin təsisçiləri və AKİ-nin idarə heyəti birgə verdiyimiz bu bəyanatla bildirmək istəyirik ki, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyik yubileyi ərəfəsində vahid, yeni idarəetmə formasında birləşmək qərarına gəldik.
Bu təşəbbüs hər iki ittifaqın ümumi rəyini ehtiva edir və kollegial qəbul edimiş qərardır.
Hamınıza gələcək fəaliyyətinzdə uğurlar arzulayırıq və digər həmkarlarımızı da yeni və mütərəqqi idarəetmə modeli ilə fəaliyyət göstərmək təşəbbüsümüzə qoşulmağa çağırırıq.

25 iyul Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Tərlan Bab...
25/07/2023

25 iyul Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Tərlan Babyevin 60 illik yubiley yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Tərlan Babayevi ürəkdən təbrik edir, ona cansağlığı və işlərində uğurlar arzulayır.
Tərlan Adil oğlu Babayev 25.07.1963- cü ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1984-1988). İran İslam Respublikasının Mədəniyyət və İslama çağırış Nazirliyinin “Fanus Xəyal” kino məktəbində ”kino istehsalı və hazırlanması” üzrə Ali kursları bitirib (2007-2012). 1989-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının iqtisadiyyat şöbəsinin müdir müavini (2000-2002), “Mozalan” studiyasının icraçı direktoru işləyib (2007-2008). O, bir çox Azərbaycan filmləri ilə yanaşı, eyni zamanda xarici film istehsalçılarının “Məlaikə günü” (1992, rejissor Behruz Əfğəmi / İran) filmində direktor, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində direktor müavini, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernayayev / Rusiya) serialında aktyor kimi çalışıb. 2018-ci ildə kino sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Address

Bakı şəh. , Bülbül Pr. , 18-30
Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

+994124936476

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı:

Share