Bound to Azerbaijan

Bound to Azerbaijan Project financed by The Agency on State Support to NGOs of the Republic of Azerbaijan.

“Bound to Azerbaijan” is the brand name of the Project of the “CHIRAG” Social Union (NGO) for Humanitarian Development performed at the financial support of The Agency on State Support to NGOs of the Republic of Azerbaijan and aimed at the brand new web-site activity aligned with the capabilities of traditional social networks facilitating to our citizens, working abroad, schooling there and Azerb

aijanis world-wide to interchange of ideas with those living in Azerbaijan, to exchange by pictures and videos from histories of their families, to build acquaintanceship and friendship ties, to protect our national integrity assisting individuals in tough life circumstances, to propagate by variety of means our national ethic values. Qısaca “Azərbaycana bağlılıq” (“Bound to Azerbaijan”) adlandırdığımız, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ÇIRAQ” Humanitar İnkişaf İctimai Birliyi QHT-si tərəfindən həyata keçirilən Layihənin məqsədi yaradılmış yeni saytın ənənəvi sosial şəbəkələrlə əlaqəli işinin imkanlarından xarici ölkələrdə işləyən, təhsil alan vətəndaşlarımızın və soydaşlarımızın, Azərbaycanda yaşayanların qarşılıqlı olaraq öz fikirləri ilə bölüşməsinə, ailələrinin tarixini və hazırkı həyatını əks etdirən foto və video-materiallarla mübadiləsinə, tanışlıq və dostluq əlaqələrinin qurulmasına şərait yaratmaq, həyatın çətin məqamlarında ayrıca fərdlərə dəstək olaraq milli maraqlarımızı qorumaq, müxtəlif vasitələrlə milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir.

25/11/2025
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT nümayəndə heyətlərinin Azərbaycana səfəri başlayıb.Uğurlar arzulayıram!
23/11/2025

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT nümayəndə heyətlərinin Azərbaycana səfəri başlayıb.
Uğurlar arzulayıram!

Bizim dahilər...Kəşfləri ilə dünya elminə töhfə vermiş 5 Azərbaycan alimi Yusif Məmmədəliyev   Azərbaycan SSR EA yarandı...
17/11/2025

Bizim dahilər...

Kəşfləri ilə dünya elminə töhfə vermiş 5 Azərbaycan alimi

Yusif Məmmədəliyev

Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya da var. “Molotov kokteytli”ndən tutmuş SSRİ-də istehsalınadək bir çox böyük layihələrdə onun əməyi var.

Lütfi Zadə

Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professorudur. Qeyd edək ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır: təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və “soft kompyutinq”. Hazırda əsərlərinə ən çox istinad edilən alimdir. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.

Kərim Kərimov

Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri. Ali məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə elmə həsr edib. O ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır. “Baykonur“ kosmodromu və NASA bəzi işlərində akademik, general-leytenant Kərim Kərimova çox minnətdardır.

Xudu Məmmədov

Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerika , bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biridir.

Rafiq Əliyev

Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:

• AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması

• Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması

• Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi

• ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi

Material şair, publisist Rafail Tagızadenin səhifəsindən götütülüb.

17 Noyabr - Milli Dirçəliş Günü 🇦🇿🇦🇿🇦🇿
17/11/2025

17 Noyabr - Milli Dirçəliş Günü 🇦🇿🇦🇿🇦🇿

5 oktyabr beynəlxalq müəllimlər günüdür. Bayramınız mübarək əziz MÜƏLLİMLƏR!
05/10/2025

5 oktyabr beynəlxalq müəllimlər günüdür. Bayramınız mübarək əziz MÜƏLLİMLƏR!

Address

Yavar Aliyev
Baku
AZ1010

Alerts

Be the first to know and let us send you an email when Bound to Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bound to Azerbaijan:

Share