17/01/2024
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət.
Cənab prezident! Sizə müraciət edərək bildirmək istəyirəm ki, mən Zaur Seyidzadə Mirtağı oğlu 1-ci qrup əlil olduğum üçün əlil arabasından istifadə etməyimə baxmayaraq, iki ali təhsil almışam. İncəsənət institutunun teatrşünaslıq fakültəsini və Bakı dövlət universitetinin hüquq fakültəsini bitirmişəm. Bununla yanaşı 25 il ictimai fəaliyyətnən məşğul olmuşam. İctimai fəaliyyətlə məşğul olmağımın səbəbkarı ümummilli lider Heydər Əliyev cənabları olmuşdur. Məhz onun təşəbbüsü ilə 1999-cu ildə əlillərin "Zaur xeyriyyə" cəmiyyəti yaranmışdır. 30-dan artıq sosial layihənin müəllifi və rəhbəri olmuşam. 2021-ci ildən mediator kimi mediasiya şurasının üzvüyəm. Ailəliyəm, bir qız övladım var. Qızımın sağlamlıq imkanları məhdud olduğu üçün, buna görə də problemin həlli üçün sizə müraciət edirəm. Cənab prezident! 2022-ci ilin fevral ayında mənim yaşadığım 5 mərtəbənin 1-ci mərtəbəsində özümə qapı açdığıma görə Yasamal icra hakimiyyəti ilə mübahisə yaranmışdı. Mən mübahisənin həlli üçün məhkəməyə müraciət etmişdim. Və bu mübahisə1 il çəkmişdi. Və 2022-ci ildə mən işlədiyim mediasiya təşkilatından məhz bu problem çətinlik yaratdığına görə ərizə yazıb çıxmalı oldum. Və qeyd edim ki, bu mübahisədən sonra evi satıb həyət evinə köçməli oldum. Sonra isə digər mediasiya təşkilatlarına müraciət etdim ki, mənim mediator kimi fəaliyyət etməyim üçün işə bərpa olmağıma köməklik etsinlər. Lakin bildirilmişdi ki, vakansiya yoxdur. İndi hal- hazırda mən heç bir yerdə işləmirəm. Sizdən xahiş edirəm ki, qızımın sağlamlıq imkanlarının məhdud olduğunu nəzərə alaraq, mənim 1-ci qrup əlil olmağımı nəzərə alıb, yoldaşımın mənə və qızıma baxdığını da nəzərə alıb, mənim də bir ailə başçısı kimi evə çörək pulu qazanıb gətirməyimi nəzərə alaraq ona görə də sizdən bir daha xahiş edirəm ki, mənim işlə təmin olunmağıma köməklik edəsiniz. Qeyd edim ki, dəfələrlə sizə məktub yazmışam, sizə bildirmədən məktubu məşğulluq idarəsinə göndəriblər. Ona görə də mənim işim baxılmamış qalır. Və bir hüquşunas kimi bir daha sizə üzümü tutub deyirəm ki, Vətənə xeyir verməyib üçün lazımi yerdə məni işlə təmin edəsiniz. Diqqətinizə görə təşəkkür edirəm və ümidvaram ki, mənim bu müraciətim nəticəsiz qalmayacaq.
Hörmətlə: hüquqşünas Zaur Seyidzadə.