Gənclərin Sosial İnkişafına Dəstək - GSİD İctimai Birliyi

Gənclərin Sosial İnkişafına Dəstək - GSİD İctimai Birliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gənclərin Sosial İnkişafına Dəstək - GSİD İctimai Birliyi, Non-Governmental Organization (NGO), Astara.

mpay.az şirkətinin dəstəyi və Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər üçün Mal...
11/05/2026

mpay.az şirkətinin dəstəyi və Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər üçün Maliyyə Savadlılığı” layihəsinə start veririk 🤩

Layihə çərçivəsində iştirakçı gənclərə gəlir və xərclərin idarə olunması, büdcənin qurulması, qənaət və yığım vərdişləri, bank xidmətləri və gündəlik maliyyə planlaması mövzularında praktiki və nəzəri biliklər təqdim olunacaq.💰

Layihə iki mərhələdə həyata keçiriləcək. May ayında bir regionda 1 günlük təlim sessiyası təşkil ediləcək, ikinci mərhələdə isə Bakıda seçilmiş iştirakçılar üçün 2 günlük intensiv təlim proqramı keçiriləcək.

8 Mart günü sadəcə təqvimdə işarələnmiş bir tarix deyil, qadınların cəmiyyətdəki rolunu, əməyini, gücünü və hüquqlar uğr...
08/03/2026

8 Mart günü sadəcə təqvimdə işarələnmiş bir tarix deyil, qadınların cəmiyyətdəki rolunu, əməyini, gücünü və hüquqlar uğrunda mübarizəsini xatırladan xüsusi bir gündür.

Biz də səhifəmizin bütün qadın izləyicilərini səmimi qəlbdən təbrik edir və onlar üçün kiçik bir müsabiqə elan edirik. ❤️

Bu postu bəyənən və şərh bölməsində dostlarını işarələyən xanım izləyicilərimizdən bir nəfər qalib seçiləcək və -dan şam düzəltmə vörkşopuna bilet qazanacaq. ✨

Şansını sınamaq üçün:
1️⃣ Postu bəyən
2️⃣ Şərhdə dostlarını işarələ

Müsabiqənin son günü 12 Mart tarixidir.

Qalib təsadüfi seçim yolu ilə müəyyən ediləcək. Uğurlar! 💫

2026-cı ilin may ayında paytaxtımız BMT-nin ən mötəbər tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF...
18/02/2026

2026-cı ilin may ayında paytaxtımız BMT-nin ən mötəbər tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. Bu tədbir sadəcə bir konfrans deyil, daha yaşıl, daha təhlükəsiz və hər kəs üçün əlçatan şəhərlərin qurulması üçün qlobal hərəkatdır.

Daha ətraflı məlumat üçün postu sürüşdürün! 👉

📅 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə   keçiriləcək.Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tu...
29/01/2026

📅 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçiriləcək.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan Gənclər Həftəsi gənclərin ictimai fəallığının artırılması, liderlik bacarıqlarının inkişafı və milli dəyərlərə bağlılığının gücləndirilməsi məqsədi daşıyır.

📌 GənclərHəftəsi çərçivəsində hər gün fərqli istiqamət üzrə tədbirlər təşkil olunacaq:
• 2 fevral – Milli kimlik və birlik
• 3 fevral – Liderlik və təşəbbüskarlıq
• 4 fevral – İctimai fəallıq və sosial məsuliyyət
• 5 fevral – Yaradıcılıq və innovasiya
• 6 fevral – Komanda ruhu və özünüinkişaf
• 7 fevral – Balanslı həyat və ünsiyyət
• 8 fevral – Strateji baxış və davamlı inkişaf

🔗 Ətraflı məlumat və qeydiyyat:

ℹ️ Qeyd: Tədbirlər üçün yerlər məhduddur. Müraciətlər əsasında seçim aparılacaq.

Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Mi...
24/01/2026

Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində “Region gənclərinin data əsaslı qərarvermə bacarıqlarının inkişafı” layihəsi uğurla başa çatıb.

Layihə çərçivəsində Şirvan, Hacıqabul, Kürdəmir və Sabirabad gəncləri məlumat analizi və data əsaslı qərarvermə yanaşmaları üzrə təlimlərdə iştirak ediblər.

Təlimlər zamanı iştirakçılar dataların toplanması, təhlili və vizuallaşdırılması üsulları haqqında yeni biliklər, eləcə də analitik düşüncəni gücləndirərək qərarvermə proseslərində datalardan daha səmərəli istifadə bacarıqlarını inkişaf etdirdilər.

Layihəmizə göstərdikləri dəstəyə görə qeyd olunan ( , , , ) rayonların Gənclər Evlərinə dərin təşəkkürümüzü bildiririk.

Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Mil...
13/11/2025

Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində “Region gənclərinin Data Əsaslı Qərarvermə Bacarıqlarının İnkişafı” layihəsinə start verir 😍

💡Müasir dövrdə verilənlərə əsaslanan qərarvermə yanaşması analitik düşüncə, planlaşdırma və idarəetmənin ayrılmaz hissəsinə çevrilib. Bu layihə vasitəsilə region gəncləri məlumat analizi, süni intellekt alətlərindən istifadə və data əsaslı qərarvermə bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.

Təlimlərdə siz nələri öyrənəcəksiniz?

- Data əsaslı qərarvermənin mahiyyəti və əhəmiyyəti;
- Rəqəmsal alətlərdən istifadə bacarıqları;
- Məlumatların təhlili və vizuallaşdırılması üsulları;
- Analitik düşüncə və qərarvermə proseslərində məlumatlardan səmərəli istifadə;

Qeydiyyat artıq başladı! Layihə çərçivəsində təlimlər Saatlı, Şirvan, Hacıqabul və Sabirabad bölgələrində keçiriləcək. Qeyd edilən regionlardan olan gəncləri layihəmizdə qeydiyyatdan keçməyə və aktiv iştirak etməyə çağırırıq!

Qeydiyyat linki: https://forms.gle/xnYtbmsA8oFqUpSP8

Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəy...
01/09/2025

Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə “Qasid – Gənclərin məlumatların məxfiliyi üzrə savadlılığının artırılması” layihəsini uğurla həyata keçirib.

Layihə çərçivəsində qasid.az saytının təqdimat mərasimi baş tutub. Tədbirdə iştirakçılara saytın vizual görünüşü, məqsədi və gələcək planları barədə ətraflı məlumat verilib.

Mərasimdə elmi-kütləvi bloggerlər, QHT nümayəndələri, tərəfdaş qurumlar və gənclər iştirak edərək layihənin aktuallığı ilə bağlı çıxışlar ediblər.

Qeyd edək ki “Qasid” layihəsinin əsas məqsədi gənclərin geniş istifadə etdiyi veb sayt və tətbiqlərin məlumat siyasətlərini qısa və anlaşıqlı formada təqdim etmək, şəxsi məlumatların təhlükəsizliyinə dair bilikləri artırmaq, həmçinin onların hüquq və öhdəliklərini daha aydın başa düşmələrinə dəstək olmaqdır.

“Qasid” layihəsinin təqdimat günündə sahəsinin tanınmış mütəxəssisləri ilə bir araya gələcəyik! Spikerlərimizdən biri el...
15/08/2025

“Qasid” layihəsinin təqdimat günündə sahəsinin tanınmış mütəxəssisləri ilə bir araya gələcəyik!

Spikerlərimizdən biri elmi-kütləvi blogger Vüsal Yusifli “Qarşımıza çıxan saxta məlumatlarla mübarizədə tənqidi yanaşma”mövzusunda çıxış edəcək.

Tədbirdə iştirak edərək saxta məlumatların yayılmasında məqsəd, tənqidi yanaşma, saxta məlumatların təyin edilməsi mövzularında əhəmiyyətli biliklər əldə etmək imkanı qazanacaqsınız.

İştirak ödənişsiz və yerlər məhduddur, elə indi şərh bölməsinə “+” yaz, sənə detalları göndərək!

Tarix: 16 Avqust
Saat: 12:00

“Qasid” layihəsinin təqdimat günündə sahəsinin tanınmış mütəxəssisləri ilə bir araya gələcəyik! Spikerlərimizdən biri “T...
15/08/2025

“Qasid” layihəsinin təqdimat günündə sahəsinin tanınmış mütəxəssisləri ilə bir araya gələcəyik!

Spikerlərimizdən biri “Tedroid Media Group”un həmtəsisçisi Bəxtiyar Həsənov “Datalarımız böyük şirkətlər üçün niyə önəmlidir və necə istifadə olunur?” mövzusunda çıxış edəcək.

Tədbirdə iştirak edərək məlumat təhlükəsizliyi və data istifadəsinin biznes mühitindəki əhəmiyyəti barədə biliklər əldə etmək imkanı qazanacaqsınız.

İştirak ödənişsiz və yerlər məhduddur, elə indi şərh bölməsinə “+” yaz, sənə detalları göndərək!

Tarix: 16 Avqust
Saat: 12:00


Address

Astara
AZ0700

Telephone

+994556099551

Website

Alerts

Be the first to know and let us send you an email when Gənclərin Sosial İnkişafına Dəstək - GSİD İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gənclərin Sosial İnkişafına Dəstək - GSİD İctimai Birliyi:

Share