Astara Gənclər Evi

Astara Gənclər Evi Gənclər və İdman Nazirliyi
Astara Gənclər Evi sosial xidmət müəssisəsi
linktr.ee/astarage

Astara gəncləri "Ümumdünya Ətraf Mühit Günü"nə həsr olunan yaşıllaşdırma aksiyasında! 🌱🌍5 İyun — Ümumdünya Ətraf Mühit G...
05/06/2026

Astara gəncləri "Ümumdünya Ətraf Mühit Günü"nə həsr olunan yaşıllaşdırma aksiyasında! 🌱🌍

5 İyun — Ümumdünya Ətraf Mühit Günü münasibətilə YAP Astara Rayon təşkilatının təşkilatçılığı ilə keçirilən yaşıllaşdırma aksiyasında Astara Gənclər Evinin əməkdaşları və fəal gəncləri, Astara Pedaqoji Kollecinin tələbə və müəllim heyəti, həmçinin, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri birgə iştirak ediblər.

Aksiya çərçivəsində ətraf mühitin mühafizəsinə dəstək məqsədilə yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər görülüb. Tədbir iştirakçıları təbiətin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayaraq ekoloji tarazlığın qorunmasına öz töhfələrini veriblər.

Bu cür təşəbbüslər gənclərdə ekoloji məsuliyyət hissinin formalaşdırılmasına, təbiətə qayğı mədəniyyətinin təşviqinə və yaşıl gələcəyin qurulmasına xidmət edir.

👉 Sən də ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə və ictimai təşəbbüslərdə iştirak edərək yaşıl gələcəyin bir parçası ola bilərsən.
Təbiəti qoruyaq, gələcəyimizi yaşıllaşdıraq! 🌿💚









Yeni həftə, yeni enerji və yeni imkanlar! ✨Bu həftə də gənclərimizin inkişafına, faydalı vaxt keçirməsinə və maraqlı fəa...
01/06/2026

Yeni həftə, yeni enerji və yeni imkanlar! ✨

Bu həftə də gənclərimizin inkişafına, faydalı vaxt keçirməsinə və maraqlı fəaliyyətlərdə iştirakına töhfə verəcək proqramlar hazırlamışıq.

Həftəlik fəaliyyət cədvəlimizlə tanış olun, həftənizi bizimlə daha rəngarəng, aktiv və məhsuldar edin! 💙





1 İyun – Uşaqlar Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və parlaq gələcək arzulayırıq.  😊 ...
01/06/2026

1 İyun – Uşaqlar Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və parlaq gələcək arzulayırıq. 😊





“Sənət və Söhbət” layihəsi çərçivəsində yaradıcılıq yönümlü praktiki fəaliyyət həyata keçirilib. 🥳Fəaliyyət zamanı iştir...
31/05/2026

“Sənət və Söhbət” layihəsi çərçivəsində yaradıcılıq yönümlü praktiki fəaliyyət həyata keçirilib. 🥳

Fəaliyyət zamanı iştirakçılar rəngli kağızlar, markerlər, dekorativ aksesuarlar, yapışqan materiallar və müxtəlif əl işi vasitələrindən istifadə edərək fərdi dizayna malik yapışqanlı dekorativ stikerlər hazırlayıblar. Praktiki proses gənclərin həm əl bacarıqlarının, həm də təsəvvür və yaradıcı düşünmə qabiliyyətlərinin inkişafına töhfə verib.

Layihə çərçivəsində təşkil olunan bu cür fəaliyyətlərin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və onların sosial aktivliyinin artırılmasıdır. ✨

Sən də yeni bacarıqlar qazanmaq və yaradıcı mühitdə vaxt keçirmək istəyirsənsə, bizə qoşulmağa tələs! 😊





Azadlığımızın, qürurumuzun və birliyimizin simvolu olan 28 May – Müstəqillik Günümüz mübarək! Bir kərə yüksələn bayraq b...
28/05/2026

Azadlığımızın, qürurumuzun və birliyimizin simvolu olan 28 May – Müstəqillik Günümüz mübarək!
Bir kərə yüksələn bayraq bir daha enməz! 🇦🇿





Qurban Bayramınız Mübarək!
27/05/2026

Qurban Bayramınız Mübarək!





“Dünyada başqa heç yerdə yoxdur…” — Bilirdinizmi ki,dünyanın başqa heç bir yerində təbii halda bitməyən nadir ağaclardan...
24/05/2026

“Dünyada başqa heç yerdə yoxdur…” — Bilirdinizmi ki,dünyanın başqa heç bir yerində təbii halda bitməyən nadir ağaclardan biri məhz Dəmirağacıdır?🤯🌳

23 May – Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramı günü münasibətilə Astara Gənclər Evi SXM və Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Astara rayon üzrə sektorunun birgə təşəbbüsü ilə Hirkan Milli Parkına ekskursiya təşkil olunub. 🌱

Ekskursiya zamanı iştirakçılar parkın ərazisini gəzərək burada mövcud olan nadir ağac növləri, bitki örtüyü və təbii ekosistem haqqında ətraflı məlumat əldə ediblər. Bələdçi tərəfindən Hirkan Milli Parkının yaranma tarixi, qoruğun ekoloji əhəmiyyəti, bölgənin flora və faunası, eləcə də burada yaşayan nadir və qorunan canlı növləri barədə maraqlı məlumatlar təqdim olunub. Gənclər həmçinin təbiətin qorunmasının vacibliyi, ətraf mühitə həssas yanaşmanın əhəmiyyəti və ekoloji tarazlığın saxlanılmasında hər bir fərdin rolu barədə maarifləndiriliblər. 🌳🍃

Yeni məkanlar kəşf etmək və maraqlı fəaliyyətlərin bir hissəsi olmaq üçün sən də bizə qoşulmağa tələs! 🤗





Bilirdinizmi? İlk dəfə müalicəvi bitki kimi saraylara gələn çay , bu gün yerli istehsalımızın əsas dəyərlərindən biridir...
22/05/2026

Bilirdinizmi? İlk dəfə müalicəvi bitki kimi saraylara gələn çay , bu gün yerli istehsalımızın əsas dəyərlərindən biridir! 🍃☕

21 May – Beynəlxalq Çay Günü münasibətilə Astara Gənclər Evinin təşkilatçılığı ilə Kijəbə qəsəbəsində yerləşən çay plantasiyasına ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində gənclər çay plantasiyası ilə yaxından tanış olub, çay dərimi prosesi barədə məlumat əldə ediblər. İştirakçılar bölgəmizin çayçılıq ənənələri, çay bitkisinin becərilməsi və çay plantasiyalarının əhəmiyyəti haqqında maarifləndiriliblər. ✅

Tədbirin məqsədi gənclərin yerli kənd təsərrüfatı sahələri ilə tanışlığını artırmaq, onlarda milli istehsal sahələrinə maraq yaratmaq və maarifləndirici ekskursiyalar vasitəsilə biliklərinin genişləndirilməsinə töhfə vermək olub.





İstiqaməti tap, hədəfə çat! 📍Gənclərin məntiqi düşüncə bacarıqlarını, komanda işini və çevik qərarvermə qabiliyyətini in...
21/05/2026

İstiqaməti tap, hədəfə çat! 📍

Gənclərin məntiqi düşüncə bacarıqlarını, komanda işini və çevik qərarvermə qabiliyyətini inkişaf etdirmək məqsədilə oriyentir oyunu təşkil olunub. İştirakçılar müxtəlif istiqamətləri müəyyən etmək, verilən tapşırıqları yerinə yetirmək və gizli nöqtələri tapmaq üçün xəritə və ipuclarından istifadə edərək maraqlı mərhələlərdən keçiblər.

Oyun zamanı iştirakçılar həm fiziki aktivlik nümayiş etdirib, həm də məkan üzrə düzgün istiqamət seçmək üçün diqqət, sürət və strateji düşüncə bacarıqlarını sınayıblar. Müxtəlif suallar, tapşırıqlar və xəritə üzərində qurulan mərhələlər gənclər arasında böyük maraq və rəqabət ruhu yaradıb.

Növbəti oriyentir oyununda sən də bizə qoşul və oyunun həyəcanını bizimlə yaşa! 🗺️





Address

Astara
0700

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994509958097

Website

Alerts

Be the first to know and let us send you an email when Astara Gənclər Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Astara Gənclər Evi:

Share