MİRAS İctimai Birliyi / MIRAS Social Organization

MİRAS İctimai Birliyi / MIRAS Social Organization MIRAS Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyinin rəsmi səhifəsi

26/02/2026
Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıbAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin ...
17/02/2026

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi yeni layihə əsaslı dərs proqramları hazırlanıb. Proqramlar müxtəlif sahələri əhatə edən səkkiz tematik qrup üzrə tərtib olunub və hər biri milli irsin konkret elementləri əsasında dərin düşünmə, yaradıcılıq və praktiki öyrənmə prinsiplərinə uyğun şəkildə qurulub.
Layihənin məqsədi iştirakçıların qeyri-maddi mədəni irs elementlərini həm nəzəri bilik, həm də praktiki və emosional təcrübə yolu ilə mənimsəməsini təmin etmək, onlarda mədəniyyətə şüurlu münasibət, yaradıcı düşüncə və kollektiv fəaliyyət bacarıqları formalaşdırmaqdır.
Proqramlar musiqi, şifahi ədəbiyyat, rəqs və oyun, tekstil, sənətkarlıq, mətbəx mədəniyyəti, qonaqpərvərlik ənənələri və bayram mərasimlərini əhatə edir. Hər bir qrup üzrə tədris beş gün davam edir, gündə dörd saat olmaqla ümumilikdə iyirmi saatlıq proqram nəzərdə tutulub. Tədris prosesi nəzəri məlumatlandırma, ustad dərsləri və praktiki məşğələlərin vəhdəti əsasında qurulub.
Layihə çərçivəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş iyirmi dörd Azərbaycan irs nümunəsi səkkiz tematik qrup üzrə dərs formatında təqdim olunur. Bu qruplar musiqi və ifaçılıq sənətindən başlayaraq şifahi xalq ədəbiyyatı, rəqs və ənənəvi idman, tekstil və naxış mədəniyyəti, xalq sənətkarlığı, mətbəx ənənələri, qonaqpərvərlik mədəniyyəti və bayram mərasimlərinə qədər uzanan sahələri əhatə edir. Muğam, aşıq sənəti, xalçaçılıq, kəlağayı, çovqan, Novruz, dolma, təndir çörəyi, çay mədəniyyəti və digər irs nümunələri ustad-şagird modeli əsasında, canlı nümayiş və praktiki məşğələlərlə öyrədilir.
Bu yanaşma iştirakçıların prosesdə aktiv tərəfdaş kimi iştirakını təmin edir, mədəni irsin canlı ötürülmə mexanizmini gücləndirir və ənənəvi biliklərin müasir təhsil mühitinə inteqrasiyasına şərait yaradır.
Proqramın sonunda hər qrup üzrə yekun təqdimatlar təşkil olunur. İştirakçılar öyrəndikləri bilik və bacarıqları canlı ifa, təqdimat, yaradıcılıq işi və ya kollektiv layihə formasında nümayiş etdirirlər.
Bakı şəhərində icra olunacaq layihə çərçivəsində tematik dərs proqramları ilə yanaşı, yekun sərgi və təqdimat tədbirləri də təşkil olunacaq.

Azərbaycanlı alimlər XIV Beynəlxalq Ohrid Vodici elmi konfransında iştirak ediblər17-19 yanvar 2026-cı il tarixlərində Ş...
26/01/2026

Azərbaycanlı alimlər XIV Beynəlxalq Ohrid Vodici
elmi konfransında iştirak ediblər

17-19 yanvar 2026-cı il tarixlərində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Rəqəmsal dövrdə şəxsiyyət, yaddaş mədəniyyəti, irs, turizm və təhlükəsizlik” mövzusunda XIV Beynəlxalq Ohrid Vodici elmi konfransı və sərgi keçirilib.
Konfrans türkiyəli sənətşünas, dosent Əhməd Aytaca həsr olunub. Tədbir Şimali Makedoniya Respublikasının Qabaqcıl Tədqiqatlar Mərkəzi (Skopye) və Film Akademiyası (Ohrid), Türkiyə Respublikasının Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb.
Konfransda Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Albaniya, Serbiya, Bolqarıstan, Macarıstan, Avstriya, Sloveniya, Portuqaliya, Çexiya, Xorvatiya, Gürcüstan, Mərakeş, Almaniya və digər ölkələri təmsil edən 70-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.
Tədbiri giriş sözü ilə açan Konfransın Təşkilat Komitəsinin sədri, professor Rubin Zemon qeyd edib ki, rəqəmsal inqilab cəmiyyətlərin şəxsiyyətini, mədəni irsini və kollektiv yaddaşını müəyyənləşdirmə, qoruma və paylaşma üsullarını köklü şəkildə dəyişdirərək mədəni istehsalı və qlobal əlaqəliliyi yeni mərhələyə daşıyır. Onun sözlərinə görə, bu transformasiya irs obyektlərinin, muzeylərin və yaddaş təcrübələrinin rəqəmsal vasitələrlə dünya auditoriyasına çatdırılmasına, turizmin isə virtual turlar, sosial media və onlayn qarşılıqlı əlaqələr üzərindən yenidən formalaşmasına imkan yaradır. Eyni zamanda, rəqəmsallaşma təhlükəsizlik, etik və hüquqi risklər də doğurur. Məhz bu baxımdan konfrans şəxsiyyət, irs, yaddaş və turizmin gələcəyini mövcud imkanlar və zəifliklərin kəsişməsində araşdırmağı qarşıya məqsəd qoyur.
Açılış mərasimində Konfransın Elmi Komitəsinin həmsədri, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Türkiyənin Memar Sinan Universitetinin rektoru, professor Əhməd Sacid Açıqgözoğlu, Albaniyanın Elbasan Aleksandr Covani Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı, professor Ardian Lami, Serbiya Sosial Elmlər İnstitutunun direktoru, professor Qoran Basic, Bolqarıstan Elmlər Akademiyası Etnologiya və Folklor İnstitutunun Etnoqrafiya Muzeyinin şöbə müdiri, professor Yuliya Popçeva, Şimali Makedoniya Folklor İnstitutunun direktoru, professor Zoranko Malinov, Ohrid şəhər merinin müavini Ana Krstevka və Ohrid Muzeylər və Abidələrin Mühafizəsi İnstitutunun direktoru Qoran Patçev çıxış ediblər.
Qazi Universitetinin professoru Mutluhan Taş konfransın açılış məruzəsi ilə çıxış edərək “Əhməd Aytacın həyatı və elmi fəaliyyəti” mövzusunda təqdimat edib. O, builki konfransın dosent Əhməd Aytaca həsr olunduğunu vurğulayaraq, alimin elmi fəaliyyətinə yüksək qiymət verib və onun uzun illər ərzində Ohrid konfransına göstərdiyi dəstək və verdiyi töhfələri xüsusi qeyd edib.
Açılış bölməsində Əhməd Aytac “Makedoniya və Türkiyə arasında ortaq mədəni elementlər və dəyərlər” mövzusunda məruzə ilə çıxış edib. Ardınca Əhməd Aytacın “Türküstandan Anadoluyadək izlər” və Özgür Çətintaşın “Əbədilik” adlı fərdi sərgilərinin açılışı baş tutub. Sərgiləri Şimali Makedoniya “Marko Çepenkov” Folklor İnstitutunun professoru Aktan Ago təqdim edib.
Konfrans çərçivəsində keçirilən 10 bölmə iclasında müxtəlif mövzular üzrə məruzələr dinlənilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutundan professor Kübra Əliyeva, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından Səkinə Bağırova, müstəqil tədqiqatçı Faiq Nəsibov və Əzgil MMC-dən İmran Rəhimovun həmmüəllifliyi ilə “Basqal qəsəbəsində yerləşən Hacı Bədəl məscidində (Azərbaycan) aşkar edilmiş XI-XIV əsrlərə aid şirli keramika fraqmentlərinin rəqəmsal rekonstruksiyası və vahid məlumat bazasının yaradılması (HKR-MB layihəsi)”, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və müstəqil tədqiqatçı Gülnarə Əsədullayevanın “Əmircan qəsəbəsində yerləşən ‘Köhnə’ qəbiristanlığın tarixi, memarlıq və epiqrafik təhlili: müasir dövrdə irsin qorunması və rəqəmsal sənədləşdirmə”, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasovanın “Azərbaycanın Buzovna bölgəsi mədəni irs abidələrinin turizmdə əhəmiyyəti” və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən Sahibə Ələkbərovanın “Məsciddən muzeyə: Qarabağ və Şərqi Zəngəzur irsinin təşviqi üçün yeni model” mövzularında məruzələri təqdim olunub.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Konfrans iştirakçıları həmçinin Ohrid şəhəri və qalası, Robevçilərin ev muzeyi, Herakleya və Stobi arxeoparklarına təşkil olunan ekskursiyalarda iştirak ediblər.

Bu gün Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yaranma günüdür! 🎉Artıq 16 ildir ki, Miras ailəsi mədən...
06/01/2026

Bu gün Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yaranma günüdür! 🎉
Artıq 16 ildir ki, Miras ailəsi mədəni irsimizin öyrənilməsi, qorunması, təbliği və tədrisi istiqamətində yorulmadan fəaliyyət göstərir. Layihələrimiz yerli və beynəlxalq səviyyədə dəyərləndirilir və davamlı şəkildə dəstəklənir.

Bütün Miras ailəsini və mirassevərləri bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirəm! 🌿✨



Link: https://miras.az/

Azərbaycan ərazisi 642-ci ildən etibarən İslam sivilizasiyasının mühüm coğrafi və mədəni kəsişmə zonalarından birinə çev...
26/12/2025

Azərbaycan ərazisi 642-ci ildən etibarən İslam sivilizasiyasının mühüm coğrafi və mədəni kəsişmə zonalarından birinə çevrilib. Xəzər-Qafqaz-Yaxın Şərq ticarət yollarının düyün nöqtəsində yerləşən bu məkan üçün islam yalnız dini inanc sistemi deyil, eyni zamanda sosial münasibətləri, şəhər həyatını, iqtisadi dövriyyəni və gündəlik davranış formalarını müəyyən edən əsas mexanizm olub. Məhz bu mürəkkəb proseslərin maddi izlərini araşdıran sahə İslam arxeologiyası adlanır.
Məqalənin linki: https://axar.az/news/toplum/1046337.html

In response to an appeal by the U.S.-based Lemkin Institute urging the U.S. President to pressure Azerbaijan to release,...
25/12/2025

In response to an appeal by the U.S.-based Lemkin Institute urging the U.S. President to pressure Azerbaijan to release, on the occasion of Christmas, individuals of Armenian origin – including Ruben Vardanyan – accused of war crimes, representatives of Azerbaijani NGOs addressed an open letter to Donald Trump on December 25.
On December 23, 2025, the Azerbaijan National NGO Forum had already sent an open letter to the Lemkin Institute itself, accusing the organization of representing the interests of revanchist groups in Armenia and attempting to undermine the peace agenda between Azerbaijan and Armenia. It was noted that the Lemkin Institute, which turns a blind eye to mass atrocities such as the Khojaly genocide, is primarily betraying its declared mission. The Azerbaijan National NGO Forum called on the Lemkin Institute to apologize to the Azerbaijani public for its provocative appeals.
The appeal by Azerbaijani NGOs to the U.S. President titled “Upholding Law, Order, and the Vision for Trump Corridor for International Peace and Prosperity” states:

Link: https://azertag.az/en/xeber/3938891

ABŞ-ın Lemkin İnstitutunun ABŞ Prezidentinə Ruben Vardanyan da daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erm...
25/12/2025

ABŞ-ın Lemkin İnstitutunun ABŞ Prezidentinə Ruben Vardanyan da daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərməyə dair müraciətinə cavab olaraq, Azərbaycanın QHT nümayəndələri dekabrın 25-də Donald Trampa açıq məktub yazıblar.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl - 2025-ci il dekabrın 23-də Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunun özünə də Açıq Məktub ünvanlayaraq, bu təsisatı Ermənistandakı revanşist qrupun maraqlarını ifadə etməkdə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışmaqda ittiham edib. Qeyd olunub ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutu, ilk növbədə, elan etdiyi missiyaya xəyanət edir. Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunu təxribatçı çağırışlarına görə Azərbaycan ictimaiyyətindən üzr istəməyə çağırıb.
Azərbaycan QHT-lərinin ABŞ Prezidentinə “Hüquq, sabitlik və Tramp dəhlizi baxışının beynəlxalq sülh və rifah naminə müdafiəsi” adlanan müraciətində isə deyilir:

Link: https://azertag.az/xeber/3938835

Tarixi Zərgərpalan Hamamına EkskursiyaTarixi Zərgərpalan Hamamına ekskursiyalar artıq qəbul olunur!Ziyarətçilər əvvəlcə ...
16/10/2025

Tarixi Zərgərpalan Hamamına Ekskursiya

Tarixi Zərgərpalan Hamamına ekskursiyalar artıq qəbul olunur!
Ziyarətçilər əvvəlcə girişdə qarşılanır, onlara hamamın qorunması və ziyarət qaydaları izah edilir. Daha sonra ekranda Zərgərpalan hamamında aparılmış arxeoloji qazıntılar, konservasiya və bərpa işləri, eləcə də tapılmış və nümayiş olunan nadir eksponatlar haqqında maraqlı təqdimat izlənilir.
Ekskursiya zamanı qonaqlar birinci və ikinci zalları, həmçinin digər otaqları gəzərək hamamın memarlıq xüsusiyyətləri ilə yaxından tanış olurlar. Daha sonra dam hissəsinə qalxaraq günbəzlərin quruluşu və tarixi əhəmiyyəti barədə məlumat alırlar.
Bundan əlavə, iştirakçılara konservasiya materialları və onların tətbiq üsulları nümayiş etdirilir. Ekskursiyanın sonunda isə xatirə fotosu çəkilir və ziyarətçilər öz ürək sözlərini qeyd kitabında bölüşürlər.
Ekskursiya mətnində Bakı şəhərinin tarixi, onun Bayırşəhər hissəsi, neft bumu dövrünün memarlıq irsi, müsəlman hamam mədəniyyəti və sovet dövrünün sənaye məkanları haqqında məlumatlar da yer alır.

Qruplar əvvəlcədən əlaqə saxlayaraq vaxt təyin edə bilərlər:
050 876 40 43

XIV Beynəlxalq Elmi Konfrans“Ohrid – Vodici, 2026”Ohrid, Şimali Makedoniya, 17–19 yanvar 2026-cı il“Rəqəmsal dövrdə şəxs...
16/10/2025

XIV Beynəlxalq Elmi Konfrans
“Ohrid – Vodici, 2026”
Ohrid, Şimali Makedoniya, 17–19 yanvar 2026-cı il
“Rəqəmsal dövrdə şəxsiyyət, yaddaş mədəniyyəti, irs, turizm və təhlükəsizlik”
(Professor, fəlsəfə doktoru Əhməd Aytaca həsr olunur)

Rəqəmsal dövr və onun şəxsiyyət, mədəni irs və kollektiv yaddaş üzərində təsiri
Rəqəmsal inqilab cəmiyyətlərin şəxsiyyəti, mədəni irsi və kollektiv yaddaşı necə müəyyənləşdirdiyini, qoruduğunu və paylaşdığını əsaslı şəkildə dəyişdirib. Rəqəmsal texnologiyalar mədəni istehsalı və qlobal əlaqəliliyi yenidən formalaşdıraraq, irs obyektlərinin, muzeylərin və yaddaş təcrübələrinin dünya miqyasında auditoriyalara çatmasına imkan yaradır. Eyni zamanda, turizm dünyanın ən dinamik mədəni və iqtisadi sahələrindən biri kimi getdikcə daha çox rəqəmsal vasitələşdirmədən asılı olur: virtual turlar, sosial media platformaları və onlayn qarşılıqlı əlaqə. Lakin rəqəmsallaşma eyni zamanda kritik təhlükəsizlik problemləri də yaradır. Onlayn arxivlər, virtual irs platformaları və istifadəçi tərəfindən yaradılan məzmun məlumat sızmaları, şəxsiyyət oğurluğu, dezinformasiya, kiber vandalizm və icazəsiz kommersiyalaşdırma kimi risklərə qarşı həssasdır. Bu təhlükələr mədəni institutlar, icmalar və turistlər üçün etik, hüquqi və əməli problemlər doğurur. Bu konfrans alimləri, tədqiqatçıları və siyasətçiləri rəqəmsal dövrün şəxsiyyət, irs, yaddaş və turizm sahələrində eyni zamanda həm imkanlar yaratdığı, həm də yeni təhlükəsizlik zəiflikləri formalaşdırdığı aspektləri araşdırmağa dəvət edir.

Link:

Tarix, antropologiya, sosiologiya, mədəni irs, politologiya, iqtisadiyyat, turizm elmləri, psixologiya, media, memarlıq, muzeyşünaslıq, arxiv işi, audiovizual incəsənət, informasiya elmləri və texnologiyaları, arxeologiya, incəsənət tarixi, coğrafiya və bu sahələrlə bağlı bü...

15/10/2025

“Arzu Soltanla effektiv ünsiyyət bacarıqları” təlimi Zərgərpalan Hamamında keçirilib

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri üçün “Arzu Soltanla effektiv ünsiyyət bacarıqları” adlı təlim yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi Zərgərpalan Hamamında baş tutub.
Təlim “Forum teatrı” metodu ilə həyata keçirilib. Bu metod iştirakçıların interaktiv şəkildə prosesə cəlb olunmasına, müxtəlif sosial və psixoloji vəziyyətlərdə davranış modellərinin praktiki şəkildə öyrənilməsinə şərait yaradıb.
Təlimçi Arzu Soltan iştirakçılara ünsiyyət prosesində qarşılıqlı anlaşmanın, empatiyanın və effektiv dinləmənin əhəmiyyətindən danışıb. O, həmçinin gündəlik həyatda və iş mühitində tətbiq edilə biləcək kommunikasiya üsulları haqqında praktik nümunələr təqdim edib.
Təlimin gələcəkdə davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

12/10/2025

Azərbaycan Kooperasiya Universitetinin tələbələri üçün arxeoloji ekskursiya təşkil olundu

Azərbaycan Kooperasiya Universitetinin Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr Tarixi Zərgərpalan Hamamına arxeoloji ekskursiyada iştirak ediblər. Ekskursiyanın məqsədi tələbələrin qədim mədəniyyətimizə, tariximizə və memarlıq irsimizə dair biliklərini artırmaq, həmçinin gənclərdə milli-mədəni irsə marağı gücləndirmək olub.
Ekskursiya zamanı tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tələbələrə Zərgərpalan Hamamında aparılan arxeoloji tədqiqatlar və arxeoloji konservasiya prosesi barədə təqdimat edib. O, birinci və ikinci zallarda, eləcə də hamamın damında yerləşən günbəzlər ətrafında görülmüş bərpa işləri haqqında geniş məlumat verib.
Tələbələr həmçinin Tarixi Zərgərpalan Hamamında Təhsil və İnkişaf Xidmətləri çərçivəsində həyata keçirilən maarifləndirici və inkişafyönümlü fəaliyyətlərlə də tanış olublar. Bu xidmətlərə müxtəlif ixtisaslar üzrə interaktiv və praktiki açıq dərslər, fərdi təlimlər, eləcə də kommunikasiya, komanda işi, liderlik və mədəni irs idarəçiliyi üzrə inkişaf proqramları daxildir.
Tarixi Zərgərpalan Hamamı 2024-cü ildə aparılmış arxeoloji tədqiqatlar və konservasiya işləri nəticəsində bərpa edilib. Bu gün hamam həm tarixi irsin qorunması, həm də tədris proseslərinin vəhdətini təmin edən unikal bir məkana çevrilib. Burada keçirilən ekskursiyalar və təhsil proqramları gənclərin elmi, mədəni və şəxsi inkişafına mühüm töhfə verir, onların milli dəyərlərə bağlılığını gücləndirir.
Ekskursiyanın sonunda qrupun rəhbəri, Universitetin müəllimi Aybəniz Əhədova tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb, bu kimi təşəbbüslərin davamlı təşkil olunmasının əhəmiyyətini qeyd edib.

Address

Gegeli Village
Agsu
0618

Telephone

+994508764043

Alerts

Be the first to know and let us send you an email when MİRAS İctimai Birliyi / MIRAS Social Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MİRAS İctimai Birliyi / MIRAS Social Organization:

Share