Şuşanın tarixi-mədəni irsi / Historical-Cultural Heritage of Shusha

  • Home
  • Azerbaijan
  • Agsu
  • Şuşanın tarixi-mədəni irsi / Historical-Cultural Heritage of Shusha

Şuşanın tarixi-mədəni irsi / Historical-Cultural Heritage of Shusha “Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsinin səhifəsdir.

Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatı yaradılacaq"Miras" mədəni ir...
12/06/2024

Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatı yaradılacaq
"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi üzrə işləri başladıb. Layihənin əsas məqsədi mədəni irsin öyrənilməsi, qorunması və təbliğində bələdiyyələrin dəstəyinin nümunəvi formatını yaratmaqdır. Layihə əməkdaşları ərazisində bir dünya əhəmiyyətli, bir ölkə əhəmiyyətli və bir yeni aşkar olunan tarix-mədəniyyət abidəsi olan bir şəhər (Şamaxı şəhəri), bir qəsəbə (Basqal qəsəbəsi) və bir kənd (Gəgəli kəndi) bələdiyyəsini pilot götürərək Türkiyə və beynəlxalq təcrübəni öyrənəcək, təlimat hazırlayacaq, təlimlər keçirəcək. Bu bələdiyyələrin seçilməsinin əsas səbəbi həmin bələdiyyələrin ərazisində yerli sakinlərin evlərinin, həyətlərinin altında tarixi-mədəni qalıqların olması və yerli sakinlərin onlarla necə davranacaqlarını bilməmələridir. Bələdiyyələr də vəzifələrinin nədən ibarət olmasından və hansı sənədləşmə işləri aparmalı olduqlarından xəbərsizdirlər. Belə təlimat, müqavilə və pasportlar indiyə qədər hazırlanmamış və onlara verilməmişdir. Layihə həm mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə yenilik gətirməklə birlikdə bələdiyyələrin prosesə inteqrasiyasını da gücləndirəcəkdir. Birinci mərhələdə yerli və beynəlxalq təcrübə, sənədlər, normativ aktlar, elmi biliklər layihə rəhbəri və ekspertlərlə birlikdə təhlil olunacaq. Beynəlxalq təcrübə üçün Ankara və İstanbulun bələdiyyə və mədəni irs təşkilatları ilə görüşlər keçiriləcək, onların qazandığı təcrübə araşdırmalara cəlb olunacaqdır. Sonra həm elmi bilikləri, həm də vəzifələri özündə əks etdirən təlimat kitabı hazırlanacaq. Nümunəvi mühafizə müqaviləsi, onlayn elmi pasportlar, hər bələdiyyə üçün ayrıca təkliflər paketi hazırlanacaq və layihələrin hazırlanmasında köməklik göstəriləcəkdir. Layihə bütün şəhər, qəsəbə və kənd bələdiyyələrinə mədəni irslə nümunəvi davranmağa imkan verəcək.

Vaqif şair olmaqla yanaşı, Qarabağın tərəkəmə əhalisinin yenilənməsində yaxından iştirak edib. Tərəkəmə festivalından so...
08/06/2024

Vaqif şair olmaqla yanaşı, Qarabağın tərəkəmə əhalisinin yenilənməsində yaxından iştirak edib. Tərəkəmə festivalından sonra onu da xatırladıq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təş...
08/06/2024

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində 01-02 iyun tarixlərində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival keçirilib.

Festivalı “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. Festivala qatılan yerli və xarici qonaqları, kənd sakinlərini və turistləri salamlayıb. Əvvəlcə şəhidlərin əziz xatirəsi sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin üzvü, tarix elmləri doktoru, professor Şikar Qasımov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi İsmayıllı Regional Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Ağsu rayon İcra hakimiyyətinin şöbə müdiri Kənan Tacızadə, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Ülvi İsmayılzadə, Türkiyə Cümhuriyyəti Qars bölgəsi tərəkəmələri adından Çətin Adıgözəl, İtaliya Respublikasından professor Luici Skrinzi, Gürcüstan Respublikası Borçalı tərəkəmələri adından professor Vüqar Əliyev açılış nitqi ilə çıxış ediblər.
Festivalın açılış bədii hissəsində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli festival haqqında geniş məlumat verib. Festivalın yaranma tarixindən və gələcək planlardan danışıb. "Alaca" milli geyimlərin təbliği müəssisəsinin qurucusu, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova milli geyimlərimiz haqqında məruzə edib. "Alaca" milli geyimlərini geyinmiş Ağdam rayonu “Nənə qızlar” ansamblının kollektivi maraqlı proqramla çıxış ediblər. Ağsu rayonunu təmsil edən Aşıq Amil Bicolunun "Çoban yaylağı" peşrovu ilə başlanan çıxışı maraqla qarşılanıb. Sonra Bakı şəhəri İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” xalq folklor ansamblı, Qəbələ rayonu "Gülüstan" folklor kollektivi, Sumqayıt şəhər mədəniyyət mərkəzinin “Veteranlar” xalq xoru zəngin proqramla çıxış ediblər. Qars bölgəsində Azərbaycan musiqilərinin mahir ifaçısı Çətin Adıgözəlin mahnıları festivala ayrı rəngarənglik gətirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət və qeyri maddi-mədəni irs şöbəsinin Qeyri maddi-mədəni irs sektorunun müdiri Nuriyyə Məmmədova və Starteji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin strateji inkişaf sektorunun baş məsləhətçisi Şəfiqə Rəhimova sərgi-yarmarka ilə tanış olublar və festivalın bədii hissəsini izləyiblər. Nuriyyə Məmmədova festivalla bağlı təəssürat və düşüncələrini təşkilatçılarla bölüşüb.
Şamaxılı xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə bədii hissə davam edib. Əvvəlcə H.Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev çıxış edib və məktəbin şagirdləri folklorla bağlı yerli bayatıları səsləndiriblər. Sonra Qusar Mədəniyyət Mərkəzinin “Mel” xalq folklor kollektivi, Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin “Aşıqlar” xalq ansamblı, Saatlı Mədəniyyət Mərkəzinin "Adıgün" Axısqa türk xalq folklor kollektivi maraqlı proqramla çıxış edib. Zorxana ustası Xəyyam Orucov milli oyunlarımızı, o cümlədən zorxananı nümayiş etdirib. Ağdaşlı kəndirbaz Məhəmməd Paşayevin ailə kollektivi kəndirbazlıq nümunələri göstəriblər. Tonqal ətrafında oturma və musiqili proqramla festival davam edib.
Səhər tezdən bir qrup iştirakçı Tərəkəmə marafonuna qatılıb və yerli sakinlərin binəsinə qədər uzun yol qət ediblər. Tərəkəmə obasında səhər yeməyindən sonra qrup yabanı qızılgüllərin yetişdiyi yamacları keçərək Tərəkəmə yurduna qayıdıblar. Marafon iştirakçıları sertifikatla mükafatladırılıblar.
İkinci gün Şamaxılı xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə bədii hissə davam edib. Lahıc folklor qrupu, Tovuz rayonu “Misri” Aşıq ansamblı, Masallı Mədəniyyət Mərəkəzinin “Halay” xalq folklor kollektivi, Salyan Mədəniyyət Mərkəzinin"Cəngi" milli nəfəsli xalq kollektivi, Gəncə şəhəri “Xəmsə” nağara ansamblı maraqlı proqramla çıxış edib. Göygöl şəhərindən Əhəd İsmayılov kamança, Qobustan rayonundan Baxış Bünyatovun balaban ifası, Bakı şəhərindən Rasimə Əhmədovanın "Tərəkəmə" rəqsi maraqla qarşılanıb. Şamaxılı Aşıq Rza aşıq havalarını səsləndirib.
Festival boyunca paralel fəaliyyətlər davam edib. "Çardaq" art platforması üzvləri festivalda əsərlərini nümayiş etdirməklə yanaşı, kənd sakinləri və qonaqlar üçün ustad dərsləri də keçiriblər. Sərgi-yarmarkaya Bakı, Gəncə, Qəbələ, Ağdam, Bərdə, Füzuli, Ağdaş, Lahıc, Basqal, Gəgəli, Bico və digər yerlərdən gələn sənətkarlar qoşulublar. Tərəkəmə alaçığında milli geyimlər nümayiş olunub. Alpaqut Federasiyasının oxatma ustaları oxatma məşqləri keçiriblər. Qonaqlar kənd evlərində yerləşib, yerli sakinlərlə ünsiyyət bağları qurublar. Festivalı Türkiyə, İtaliya, Gürcüstan, Estoniya, İsrail, Əlcəzair və digər ölkələrdən nümayəndələr izləyiblər.
Festivalın yekun hissəsində “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli festivala Bakı şəhərindən, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən folklor kollektivlərinə, yerli və xarici qonaqlara minnətdarlıq edib. İştirakçılara ifaçı, təşkilatçı və iştirakçı sertifikatları verilib.
Festival iştirakçıları festivalın sonunda Orta əsr Ağsu şəhəri Dövlət Tarix Mədəniyyət Qoruğunu və rayonun digər tarixi abidələrini ziyarət ediblər.




Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi ...

Yunanıstanın paytaxtı Afina şəhərində Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyası, Yunanıstanın Harokopio Universiteti...
23/04/2024

Yunanıstanın paytaxtı Afina şəhərində Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyası, Yunanıstanın Harokopio Universiteti və Böyük Britaniyanın York Universitetinin birgə təşkilatçılığı ilə Məzarlıq Araşdırmaları üzrə Beynəlxalq Konfrans keçirilib. Konfransda Azərbaycandan olan QHT – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri kimi geniş məruzə və təqdimatla çıxış etmişəm.

Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb. A...
02/03/2024

Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb. AZƏRTAC-a daxil olan məktubda deyilir: “Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri Xarici Əlaqələr üzrə Alman Şurasının direktoru cənab Quntram Volfa və Konrad Adenauer Fondunun sədri cənab Norbert Lammertə müraciət edərək, onları rəhbərlik etdikləri qurumların bu il martın 6-da Berlində “Arsaxın mədəni irsi” adlı qərəzli və ermənipərəst təbliğat tədbirini ləğv etməyə çağırırıq.

Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb.

Dos.Dr. Matçonov Bahodır Gaibbaeviç - Memar, bərpaçı - Daşkənd Memarlıq və İnşaat Universiteti/Özbəkistan, Memarlıq Abid...
30/12/2023

Dos.Dr. Matçonov Bahodır Gaibbaeviç - Memar, bərpaçı - Daşkənd Memarlıq və İnşaat Universiteti/Özbəkistan, Memarlıq Abidələrinin Bərpası Kafedrası - Mövzu: Xivə şəhəri memarlıq abidələrinin bərpa və konservasiya mərhələləri

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Daşkənd Memarlıq və Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik seminar - Ağsu şəhəri - 29.12.2023

Dos.Dr. Matçonov Bahodır Gaibbaeviç - Memar, bərpaçı - Daşkənd Memarlıq və İnşaat Universiteti/Özbəkistan, Memarlıq Abidələrinin Bərpası Kafedrası - Mövzu: X...

30/12/2023

Rümeysa R. Həsənzadə - Daşkənd Memarlıq və Mühəndislik Universiteti - Tarixi abidələrin bərpa və konservasiyasında elmi analiz laboratoriyalarının yeri və ön...

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət T...
14/10/2023

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub.
Bu gün Azərbaycan Respublikası həm də vətəndaş cəmiyyətinin güclü olduğu ölkədir, qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün ötən onilliklər ərzində zəngin qanunvericilik bazası, əlverişli mühit formalaşıb, bu sektorun inkişafı üçün mühüm qərarlar qəbul olunub.
Müstəqilliyimizin bərpasının ilk illərində qeyri-hökumət təşkilatlarının təşəkkülü sistemliliyin olmaması və pərakəndəliklə müşayiət olunurdu. Ümummilli lider Heydər Əliyev dövlət tərəfindən vətəndaş cəmiyyətinə münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesini uğurla apardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra qeyri-hökumət təşkilatlarının keyfiyyət və kəmiyyət artımı, eyni zamanda fəaliyyət növləri üzrə diferensiasiyası başladı. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni Qanun qəbul edildi.
Ulu Öndər Heydər Əliyevin siyasəti qeyri-hökumət təşkilatlarını vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevirdi, dövlət orqanları ilə QHT-lərin bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı təşviq edildi.
2003-cü ildə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni inkişaf mərhələsi başladı, bu sahəyə konseptual yanaşma ortaya qoyuldu.
Prezident İlham Əliyev qısa müddətdə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasını təsdiq etdi. Bu Konsepsiya dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərini xeyli təkmilləşdirdi və genişləndirdi. Bundan sonra qanunçuluq, tərəfdaşlıq, şəffaflıq, uzlaşdırma və məsuliyyət qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin 5 əsas prinsipi kimi müəyyən edildi.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə artıq ixtisaslaşmış milli donor institutu təsis edildi. Sonrakı illərdə tədricən QHT-lərə qrant verə bilən dövlət qurumlarının sayı artırılaraq 14-ə çatdırıldı.
Prezident İlham Əliyev 2013-cü ildə vətəndaş cəmiyyət institutlarının dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, qərarların qəbulunda iştirakını fəallaşdırmaq, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarəti gücləndirmək üçün “İctimai iştirakçılıq haqqında” Qanun qəbul etdi. İctimai Şuraların formalaşdırılması QHT-lərin dövlət siyasətində iştirakının institusional mexanizmini yaratdı.
Prezident İlham Əliyevin QHT-ləri dövlət proqramlarında və milli fəaliyyət planlarında əsas tərəfdaşlar kimi görməsi vətəndaş cəmiyyəti təsisatlarına olan etimadın növbəti nümunəsidir. Bu strateji inklüzivlik QHT-lərin rolunu gücləndirməklə yanaşı, onların bacarıqlarına olan ictimai inamı da artırdı. QHT-lərin dövlət qurumları ilə kommunikasiyaları gücləndi və müxtəlif sahələrdə siyasətin işlənib hazırlanmasına töhfə vermək imkanları genişləndi.
2003-cü il, 2008-ci il, 2013-cü il, 2018-ci il prezident seçkilərinin nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqının seçimi yalnız Prezident İlham Əliyevdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi.
Post-müharibə dövrü vətəndaş cəmiyyəti qarşısında da yeni məqsəd və vəzifələr müəyyənləşdirdi.
2021-ci ilin aprelində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi sahəsində daha bir addım oldu. Agentlik müsabiqələr yolu ilə QHT layihələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, ictimai iştirakçılıq, ictimai nəzarət mexanizmlərinin, imkanlarının yaradılması, QHT-lərə təlim, metodiki dəstək verilməsi, özəl sektorla əməkdaşlığın təşviqi və digər vasitələr, alətlərlə QHT-lərin inkişafını dəstəkləyir.
Ötən 20 illik dövr bir daha göstərdi ki, Prezident İlham Əliyev vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün aydın proqrama malikdir, QHT-lərin cəmiyyət və dövlət həyatında fəal iştirakının təmin edilməsi, dövlət və ictimai maraqların qorunmasında rolunun gücləndirilməsi əsas məqsədlərdən biridir və bu istiqamətdə ardıcıl siyasət aparılır. Əgər 2003-cü ildə ölkədə QHT-lərin sayı təxminən 1500 idisə, ötən dövr ərzində bu rəqəm 2 dəfədən çox artaraq 3700-ü keçib.
Yaradılmış əlverişli mühit nəticəsində Azərbaycanda artıq elə bir vətəndaş cəmiyyəti formalaşıb ki, regional proseslərə istiqamət vermək qabiliyyətindədir. Şuşa-Xankəndi yolundakı aksiya bunun bariz nümunələrindən biridir.
Artıq Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş bir dövlətdir.
2023-cü ilin sentyabrında cəmi 23 saat 51 dəqiqə ərzində terrorçuları ağ bayraq qaldıraraq təslim olmağa, oyuncaq kriminal hərbi xunta rejimini özünü buraxmağa vadar etmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyev Azərbaycan xalqını və cəmiyyətini arzularına qovuşdurur, onun liderliyi ilə ötən 20 ildə tarix, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətlərə imza atılıb. Sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nəaliyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib.
Biz, qalib ölkənin qalib vətəndaşları, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri kimi Sizinlə fəxr edirik, cənab Prezident!
Azərbaycan vətəndaş cəmiyyəti bundan sonra da dövlətimizin milli maraqlarının keşiyində dayanacaq, bu yolda bütün imkanlarını səfərbər edəcək.

Address

Gəgəli Kəndi
Agsu
0618

Telephone

+994508764043

Alerts

Be the first to know and let us send you an email when Şuşanın tarixi-mədəni irsi / Historical-Cultural Heritage of Shusha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şuşanın tarixi-mədəni irsi / Historical-Cultural Heritage of Shusha:

Share