02/09/2024
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi(Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) və “ASAN Könüllüləri” Təşkilatının(ASAN Könüllüləri / ASAN Volunteers) tərəfdaşlığı ilə həyata keçirilən “Yaşıl Gələcək” layihəsinin bağlanış mərasimi baş tutub.
Ağcabədi regional “ASAN xidmət” mərkəzində layihə iştirakçılarının tullantılardan yaratdığı əl işləri sərgilənib. Bu sərgi, layihənin ekoloji təsirini və yaradıcı yanaşmalarını nümayiş etdirib.
Ardınca, layihə rəhbəri,9 saylı regional ETSİ-nin nümayəndələrinin iştirakı ilə səmərəli bir görüş təşkil olunub. Görüş zamanı, layihə müddətində görülən işlərin detallı hesabatı təqdim edilərək, layihənin əhəmiyyəti və əldə olunan nailiyyətlər vurğulanıb.
Layihənin müxtəlif mərhələlərindəki fəaliyyətlər, əldə edilən nəticələr və iştirakçıların göstərdiyi fəallıq geniş müzakirə olunub, həmçinin gələcəkdə ekoloji layihələrin inkişafı ilə bağlı perspektivlər müzakirə edilib.
Tədbirin yekununda isə, həm layihə iştirakçıları, həm də layihəyə dəstək verən tərəfdaş qurumların nümayəndələri uğurlu fəaliyyətlərinə görə sertifikatlarla təltif olunub.