GTM Qarabağ ofisi

GTM Qarabağ ofisi Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi

Insan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi  son zamanlar  surroqat analıqla bağlı çoxsaylı elanları nəzərə alara...
28/04/2026

Insan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi son zamanlar surroqat analıqla bağlı çoxsaylı elanları nəzərə alaraq Sizi xəbərdar etməyi özünə borc bilir!
Bədəninizin sui istifadəsinə yol verməyin!

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İAQMBİ
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
TƏBİB





28/04/2026

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası xəbərdar edir. İnsan alveri cinayəti şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə məlumatlı olmayan hər kəsi istismar altına ala bilər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.Soyqrım qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik.Allah şəhidləri...
31/03/2026

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.

Soyqrım qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik.Allah şəhidlərimizə rəhmət eləsin

Insan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi  xəbərdarlıq edir.Təkliflər təhlükəli ola bilər!
28/03/2026

Insan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi xəbərdarlıq edir.
Təkliflər təhlükəli ola bilər!

Əziz həmvətənlər!Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bol ruzi və bərəkət arzu edirik...
20/03/2026

Əziz həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bol ruzi və bərəkət arzu edirik.

19/03/2026

Bir mesaj, bir elan… və görünməyən risk — insan alveri.
Bu təhlükəyə qarşı ən güclü silahımız maarifləndirmə və diqqətli davranmaqdır. Cəmiyyət olaraq birlikdə dayanmalı, bu riskləri tanımalı və bir-birimizi qorumalıyıq. Insan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi bu istiqamətdə birgə səyləri təşviq edir və hər kəsi bu mübarizəyə qoşulmağa çağırır.
GTM - Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi də Koalisiyanın üzvü kimi maarifləndirmə təşəbbüslərinə qoşularaq məlumatlılığın artırılmasına töhfə verir.
Unutma:
Sənin diqqətin – sənin təhlükəsizliyindir.

Son 25 il ərzində, insan alverinin ilk beynəlxalq səviyyədə tanınmış tərifinin qəbul edilməsindən və ATƏT çərçivəsində i...
14/03/2026

Son 25 il ərzində, insan alverinin ilk beynəlxalq səviyyədə tanınmış tərifinin qəbul edilməsindən və ATƏT çərçivəsində insan alverinə qarşı ilk öhdəliklərin formalaşdırılmasından sonra, təşkilata üzv dövlətlər insan alveri ilə mübarizə istiqamətində fəaliyyət göstərirlər. Bəs bu səylər real irəliləyişə gətirib çıxarırmı?
Təkcə 2024-cü ildə region üzrə dövlətlər tərəfindən təxminən 30 minə yaxın insan alveri qurbanı qeydə alınmışdır. Bu rəqəm bir tərəfdən cinayətin miqyasının genişlənməsini göstərsə də, digər tərəfdən dövlətlərin aşkarlama və identifikasiya imkanlarının artdığını da əks etdirir. 2026-cı il ATƏT-in apardığı sorğusunun nəticələri göstərir ki, dövlətlər tədricən qurbanların müdafiəsini mərkəzə qoyan idarəetmə modelinə keçsələr də, qanunvericilikdə əldə olunan irəliləyişlə onun praktik tətbiqi arasında hələ də ciddi “icra boşluğu” (implementation gap) mövcuddur.
Əmək miqrasiyası və işə qəbul proseslərinin tənzimlənməsi üzrə yeni hüquqi çərçivələr, eləcə də insan hüquqları üzrə korporativ məsuliyyət və “due diligence” qanunvericiliyinin artması kimi tədbirlər sistemli risklərin — xüsusilə borc əsarəti (debt bo***ge) və əmək istismarı məqsədli insan alverinin — qarşısını almaqda nə dərəcədə effektivdir?
Digər tərəfdən, qurbanların müəyyən edilməsi mexanizmləri də dəyişməkdədir. Əvvəllər əsasən hüquq-mühafizə orqanlarının əməliyyat məlumatlarına əsaslanan identifikasiya prosesi indi getdikcə çoxsahəli əməkdaşlıq modellərinə, vətəndaş cəmiyyəti və sosial xidmətlərin iştirakına, həmçinin qurbanların öz təşəbbüsü ilə yardım axtarmasına doğru yönəlir.
Eyni zamanda, cinayətkar şəbəkələr şifrələnmiş kommunikasiya vasitələri və süni intellekt texnologiyalarından daha aktiv istifadə etdikcə yeni bir sual yaranır: cinayətkar qrupların texnoloji çevikliyi ilə hüquq-mühafizə orqanlarının texniki imkanları arasında “rəqəmsal uçurum” dərinləşirmi?
Uşaq müdafiəsi sahəsində də maraqlı bir paradoks müşahidə olunur. institusional və hüquqi mexanizmlər heç vaxt indiki qədər geniş olmamışdır, lakin sahədə, yəni yerli icmalar və xidmət səviyyəsində, praktiki müdaxilə və profilaktika tədbirlərinin zəiflədiyi barədə narahatlıqlar artır. Bu ziddiyyət nə ilə izah olunur?
Digər mühüm məsələ insan alverçilərin əmlak və maliyyə aktivlərinin müsadirəsi ilə bağlıdır. Bu tədbirlər doğrudanmı qurbanların kompensasiya və bərpa imkanlarını artırır, yoxsa hüquqi mexanizmlərlə onların real istifadə oluna bilməsi arasında hələ də ciddi uyğunsuzluq qalır?
Nəhayət, son illərdə qurbanların və sağ qalanların rəyinin sistemli şəkildə toplanması və siyasətə inteqrasiyası sürətlə artmışdır; bu praktikanın istifadəsi 2021-ci ildən bəri təxminən üç dəfə artmışdır. Bu tendensiya insan alverinə qarşı qanun və siyasətlərin effektivliyini və yardım xidmətlərinin keyfiyyətini qiymətləndirmə üsullarını dəyişdirirmi?
Bu suallar göstərir ki, insan alveri ilə mübarizədə normativ və institusional irəliləyişlər olsa da, real təsirin qiymətləndirilməsi və praktiki nəticələrin təmin edilməsi hələ də əsas çağırış olaraq qalır.

Insan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi

Dəyərli xanımlar!Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arz...
08/03/2026

Dəyərli xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımızı çatdırırıq.
Sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq!
Bayramınız mübarək olsun!

26 Fevral - Xocalı Soyqırımı Günü.
26/02/2026

26 Fevral - Xocalı Soyqırımı Günü.

Mərkəzimizin əməkdaşı Ülviyyə Qasımova "2 fevral-Gənclər Günü" münasibəti ilə "Ağcabədi rayonunun ictimai-siyasi həyatın...
03/02/2026

Mərkəzimizin əməkdaşı Ülviyyə Qasımova "2 fevral-Gənclər Günü" münasibəti ilə "Ağcabədi rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə" Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, cənab Rafil Hüseynovun sərəncamı ilə "Fəxri Fərman"la təltif edilib.
Əməkdaşımızı təbrik edir, bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirik.

Prezident İlham Əliyev : “Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə...
02/02/2026

Prezident İlham Əliyev : “Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.”

Address

Heydər Əliyev Prsospekti 110
Agdzhabedy
0400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994212752606

Website

Alerts

Be the first to know and let us send you an email when GTM Qarabağ ofisi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to GTM Qarabağ ofisi:

Share