Bir Könüllü

Bir Könüllü “Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi Azərbaycan tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq şəbəkəsidir

Adını başlanğıc, dostluq, birlik və həmrəylikdən alan “Bir” Tələbə-Könüllü Proqramı Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq və şəbəkəsidir. Sizinlə birgə bu dəyərləri aşılamağı və paylaşmağı qarşımıza məqsəd qoymuşuq.

“Bir” Tələbə-Könüllü Proqramı səni gələcək həyata hazırlayır! Bizə qoşulmaqla akademik təhsildən əl

avə olaraq, təhsilindən ayrılmadan bilik və bacarıqlara yiyələnərək gələcək şəxsi və peşəkar həyatına “0”-dan yox “1”-dən başlaya bilərsən! “BİR” ilə bir-birindən maraqlı layihələr, proqram və tədbirlər sənə arzuladığın bilik və bacarıqları əldə etməyə, eləcədə sənin kimi gənclərə və digər insanlara yardım əlini uzatmağa imkan yaradacaq. Sən gələcək həyata BIR addım öndə başlayacaqsan!

🏅 Məktəblilərin Respublika İdman Olimpiadasında sən də könüllü ol!İlk dəfə olaraq ölkəmizdə keçiriləcək Məktəblilərin Re...
10/06/2026

🏅 Məktəblilərin Respublika İdman Olimpiadasında sən də könüllü ol!

İlk dəfə olaraq ölkəmizdə keçiriləcək Məktəblilərin Respublika İdman Olimpiadası gənclərə böyük idman tədbirinin bir parçası olmaq imkanı yaradır.

📌 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə təşkil olunan olimpiada 20–26 iyun tarixlərində Bakı şəhərində keçiriləcək.

🎯 Komanda işi, təşkilatçılıq bacarıqları, yeni dostluqlar və unudulmaz təcrübə qazanmaq istəyirsənsə, bu fürsəti qaçırma!

🔗 Qeydiyyat üçün:https://forms.gle/EXRowYywGjHUparv6

İLK DƏFƏ! 🧠“3sual” intellektual oyunlar platforması və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə tə...
09/06/2026

İLK DƏFƏ! 🧠

“3sual” intellektual oyunlar platforması və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Breyn Rinq üzrə Universitetlərarası Azərbaycan Çempionatı keçiriləcək. 🏆

🗓️ 27 iyun tarixində baş tutacaq çempionatda ölkənin müxtəlif universitetlərini təmsil edən komandalar bilik, sürətlərini işə salıb qalib adı uğrunda mübarizə aparacaqlar.

🎓 Çempionatda hər universiteti 6 nəfərdən ibarət bir komanda təmsil edəcək.

Əziz tələbələr,Yaz imtahan sessiyası boyunca hər birinizə uğurlar arzu edirik. İmtahanlarınızı müvəffəqiyyətlə keçəcəyin...
03/06/2026

Əziz tələbələr,

Yaz imtahan sessiyası boyunca hər birinizə uğurlar arzu edirik. İmtahanlarınızı müvəffəqiyyətlə keçəcəyinizə olan inancımız tamdır. 📚🤩

💡 Kiçik bir ipucu da bizdən:
İmtahana başlamazdan əvvəl bütün suallara qısa nəzər yetirin. Asan bildiyiniz suallardan başlamaq həm vaxtınızı daha düzgün idarə etməyə, həm də özünüzə inamınızı artırmağa kömək edəcək.

Uğurlarınız bol, nəticələriniz yüksək olsun! ❤️

Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin ...
28/05/2026

Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin və suverenliyinin rəmzidir.

Müstəqillik Gününüz mübarək!

Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq. Bayra...
27/05/2026

Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq.

Bayramınız mübarək olsun!

“Bir Könüllü” Tələbə Təşkilatı tərəfindən “Youth Urban Manifesto – 2026” sənədinin təqdimatı həyata keçirilib!18 may tar...
20/05/2026

“Bir Könüllü” Tələbə Təşkilatı tərəfindən “Youth Urban Manifesto – 2026” sənədinin təqdimatı həyata keçirilib!

18 may tarixində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda “İnklüziv şəhərlər üçün gənclər: WUF13” Tələbə Forumunun bağlanış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramı ilə birgə təşəbbüs olaraq həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində, Agentlik və BP Azərbaycan şirkətinin birgə maliyyə dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən təşkil olunub.

Tədbirdə “Bir Könüllü” Tələbə Təşkilatının sədr müavini Rufiz Qulizadə forumun hesabatı ilə çıxış edərək forumun Azərbaycan gənclərinin şəhərsalma, inklüzivlik və şəhər mühiti ilə bağlı mövqelərini ifadə edə bildiyi mühüm platforma olduğunu vurğulayıb.

Daha sonra forumda iştirak edən 100-dən çox iştirakçının 60-dan artıq təklifi əsasında hazırlanmış “Youth Urban Manifesto – 2026” sənədi və niyyət məktubu təşkilatın nümayəndəsi Nərmin Əhmədzadə tərəfindən ictimaiyyətə təqdim olunub.

Tədbir çərçivəsində forum iştirakçıları Rəşad Cəfərov və Rafiq Səfərov şəhərsalma mövzusunda smart həll təqdim edən “City Rate” innovativ layihəsini təqdim ediblər.

Görüş interaktiv formatda davam edib və mövzuya dair keçirilən quiz ilə yekunlaşıb.

“Multikultural şəhər mühiti və inteqrasiya – müxtəlif mədəniyyətlərin şəhər həyatına təsiri” mövzusunda panel müzakirə k...
18/05/2026

“Multikultural şəhər mühiti və inteqrasiya – müxtəlif mədəniyyətlərin şəhər həyatına təsiri” mövzusunda panel müzakirə keçirilib!

Forumun ikinci günü çərçivəsində “Multikultural şəhər mühiti və inteqrasiya – müxtəlif mədəniyyətlərin şəhər həyatına təsiri” mövzusunda panel müzakirə həyata keçirilib. Müzakirələrdə şəhər mühitində multikultural dəyərlərin qorunması, müxtəlif mədəniyyətlərin birgəyaşayış modeli, inteqrasiya prosesinin şəhər həyatına təsiri və bu sahədə gənclərin rolu ön plana çəkilib.

Paneldə Miqrasiya Könüllüsü İctimai Birliyinin sədri Şəbnəm İbrahimli şəhərlərdə miqrasiya prosesləri, müxtəlif icmaların inteqrasiyası və sosial uyğunlaşma mexanizmləri barədə fikirlərini bölüşüb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Şöbə müdiri Rəşad İlyasov isə multikultural dəyərlərin şəhər həyatında formalaşdırdığı sosial harmoniya, qarşılıqlı anlaşma mühiti və mədəni müxtəlifliyin şəhər inkişafına töhfəsi haqqında çıxış edib.

Sessiya iştirakçıların sualları və fikir mübadiləsi ilə davam edib. Panel çərçivəsində səsləndirilən yanaşma və təkliflər forumun yekununda hazırlanacaq “Youth Urban Manifesto – 2026” sənədinə töhfə kimi dəyərləndiriləcək.

Qeyd edək ki, “İnklüziv şəhərlər üçün gənclər: WUF13-ə gedən yolda” WUF13 Tələbə Forumu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşəbbüs olaraq həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycan şirkətinin birgə maliyyə dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 15–18 may tarixlərində həyata keçirilir.

“Rəqəmsal şəhərlər və smart həllər – texnologiya və innovasiyaların şəhər idarəçiliyində rolu” mövzusunda panel müzakirə...
18/05/2026

“Rəqəmsal şəhərlər və smart həllər – texnologiya və innovasiyaların şəhər idarəçiliyində rolu” mövzusunda panel müzakirə keçirilib!

Forumun ikinci günü çərçivəsində “Rəqəmsal şəhərlər və smart həllər – texnologiya və innovasiyaların şəhər idarəçiliyində rolu” mövzusunda panel müzakirə həyata keçirilib. Müzakirələrdə şəhər idarəçiliyində məlumat əsaslı qərarvermə, rəqəmsal alətlərin tətbiqi, innovativ texnologiyaların şəhər mühitinə inteqrasiyası və smart həllərin gənclər üçün yaratdığı imkanlar ön plana çəkilib.

Paneldə data analitikası və rəqəmsal transformasiya üzrə mütəxəssis Vəfa Bağırova şəhər idarəetməsində data əsaslı yanaşmalar, rəqəmsal xəritələşdirmə və analitik alətlərin qərarvermə prosesinə təsiri barədə fikirlərini bölüşüb. Yessir platformasının həmtəsisçisi Musa Rzayev isə texnologiya əsaslı startap təşəbbüslərinin şəhər həyatına inteqrasiyası, smart xidmətlərin və innovativ platformaların şəhər ekosistemində rolu barədə çıxış edib.

Panelin moderatoru Tələbə Təşkilatının idarə heyətinin üzvü Əli Süleymanov olub. O, müzakirələrin şəhər idarəçiliyində innovativ yanaşmaların və gənclərin texnologiya sahəsində potensialının önə çıxarılması baxımından əhəmiyyətini vurğulayıb.

Sessiya iştirakçıların sualları və fikir mübadiləsi ilə davam edib. Panel çərçivəsində səsləndirilən yanaşma və təkliflər forumun yekununda hazırlanacaq “Youth Urban Manifesto – 2026” sənədinə töhfə kimi dəyərləndiriləcək.

Qeyd edək ki, “İnklüziv şəhərlər üçün gənclər: WUF13-ə gedən yolda” WUF13 Tələbə Forumu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşəbbüs olaraq həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycan şirkətinin birgə maliyyə dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 15–18 may tarixlərində həyata keçirilir.

Within the framework of the WUF13 Student Forum – “Youth for Inclusive Cities: On the Road to WUF13”, the final outcomes...
17/05/2026

Within the framework of the WUF13 Student Forum – “Youth for Inclusive Cities: On the Road to WUF13”, the final outcomes of the program will be officially presented.

The key output of the forum, the document titled “Youth Urban Manifesto - 2026”, reflects the collective ideas, priorities, and recommendations developed by students and youth participants on inclusive cities, sustainable urban development, and participatory urban governance. The manifesto aims to contribute to global urban policy discussions ahead of the World Urban Forum.

📍 Venue: Baku Olympic Complex, Zone C, A39 NGO Agency Pavilion
🕐 Time: 13:00 – 14:00 (UTC+4)
📅 Date: 18 May 2026

⚠️Note: Everyone is welcome to attend.

The Forum is implemented within the framework of the Azerbaijan Urban Campaign, a joint initiative of the State Committee on Urban Planning and Architecture of the Republic of Azerbaijan and the United Nations Human Settlements Programme (UN-Habitat). It is jointly funded by the State Support Agency for Non-Governmental Organizations of the Republic of Azerbaijan and BP Azerbaijan, and organized by the “Bir Könüllü” Student Cooperation Public Union. The program is being held from 15–18 May.

“Sosial inklüzivlik və şəhər sağlamlığı: gənclərin rifahı üçün məkanlar” mövzulu panel müzakirə həyata keçirilib!“Sosial...
16/05/2026

“Sosial inklüzivlik və şəhər sağlamlığı: gənclərin rifahı üçün məkanlar” mövzulu panel müzakirə həyata keçirilib!

“Sosial inklüzivlik və şəhər sağlamlığı: gənclərin rifahı üçün məkanlar” mövzusuna həsr olunmuş panel WUF13 Tələbə Forumu çərçivəsində keçirilib. Müzakirələrdə şəhər mühitində sosial inklüzivliyin təmin edilməsi, gənclərin fiziki və psixoloji rifahına təsir edən məkanların formalaşdırılması, əlçatan ictimai infrastruktur və sağlam şəhər konsepsiyası ön plana çəkilib.

Paneldə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari inklüziv yanaşmaların şəhər məkanlarında tətbiqi, həssas qruplar üçün imkanların genişləndirilməsi və yaradıcılıq mühitinin formalaşdırılması barədə fikirlərini bölüşüb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülkər Əlizadə gənclərin sağlam həyat tərzinin təşviqi və şəhər mühitində aktiv iştirak imkanları ilə bağlı mövcud təşəbbüslərdən danışıb. Azərbaycan Boccia İdman Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov isə inklüziv idmanın şəhər həyatında rolu və fiziki məhdudiyyətli şəxslərin idman vasitəsilə sosial inteqrasiyası mövzusuna toxunub.

Panelin moderatoru layihə rəhbəri Rufiz Qulizadə olub. O, müzakirələrin şəhər mühitində sosial rifahın və inklüzivliyin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Sessiya iştirakçıların sualları və fikir mübadiləsi ilə davam edib. Panel çərçivəsində səsləndirilən təklif və yanaşmalar forumun yekununda hazırlanacaq “Youth Urban Manifesto 2026” sənədinə töhfə kimi dəyərləndiriləcək.

Qeyd edək ki, “İnklüziv şəhərlər üçün gənclər: WUF13-ə gedən yolda” WUF13 Tələbə Forumu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşəbbüs olaraq həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycan şirkətinin birgə maliyyə dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 15–18 may tarixlərində həyata keçirilir.

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Bir Könüllü posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bir Könüllü:

Share