Qarabağ Tarixi

Qarabağ Tarixi Qarabağ Tarixi səhifəsi sizlərə tariximizə aid bütün reallıqları yayımlamaq üçün fəaliyyət göstərir

03/10/2023
03/10/2023

Biz, Ermənistandan qovulmuş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması, Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin bir qrup üzvünün, ABŞ-nin prezidenti Cozef Baydenə 2023-cü il 2 oktyabr tarixində göndərdiyi qərəzli məktubu sərt şəkildə qınayırıq.
Məktub mahiyyətcə yanlışdır, zərərlidir və etnik azərbaycanlılara qarşı qərəz və ayrı-seçkiliyi bariz şəkildə göstərir. Belə görünür ki, Qarabağın erməni sakinlərinin tamhüquqlu vətəndaş kimi Azərbaycana reinteqrasiyasına qarşı çıxan və regionda monoetnikliyi dəstəkləyən təkcə Ermənistan hökuməti deyil, həm də Konqresin məlum üzvləri imiş.
ABŞ-ın Azərbaycana dövlət yardımını qadağan edən mənfur 907-ci maddənin tətbiqinin bərpa edilməsi və əlavə sanksiyalar barədə konqresmenlərin çağırışı ədalətsiz və qeyri-dost addımdır. Ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalmış, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş, 30 mindən artıq sakini öldürülmüş, minə yaxın şəhər və kəndi dağıdılmış Azərbaycana qarşı bu mənfi addımlara çağırmaqla, konqresmenlər faktiki olaraq, Ermənistanın sözügedən cinayətlərinə şərik olurlar.
Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə, o cümlədən, Xocalı soyqırımı, Qaradağlı, Meşəli, Malıbəyli qətliamlarında və Azərbaycanın şəhərlərini raket atəşinə tutmaqda iştiraklarına dair ciddi əsaslar olan separatçıları müdafiə etmək ABŞ konqresmenlərinə şərəf gətirmir.
Nəhayət, vurğulamaq istərdik ki, ABŞ konqresmenləri bir dəfə də olsun Ermənistandan 300 minə yaxın azərbaycanlının qovulması faktına münasibət bildirməyiblər. Bu məsələyə dair ABŞ Konqresinin Tom Lantos adına insan hüquqları komissiyasına göndərdiyimiz müraciət cavabsız qalıb.
Biz konqresmenləri etnik və dini əsaslı ayrı-seçkilik və qərəzli yanaşmalarına son verməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, onun etnik müxtəliflik və birgəyaşayışa əsaslanan reinteqrasiya tədbirlərinə dəstək verməyə, Ermənistanın törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə münasibət bildirməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına dəstək verməyə çağırırıq.

03/10/2023

Qərbi Azərbaycan İcması hesab edir ki, fransız deputatların Fransa-Azərbaycan dostluq qrupunu tərk etmək barədə açıqlamaları bir daha Fransa cəmiyyətinin sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulduğunu nümayiş etdirir.
Qondarma qurumun özünü buraxması qərarından mütəəssir olan deputatların bəyanatları həm də onların beynəlxalq hüquqa həqarətli münasibətini və riyakarlığını göstərir.

Address

Agdam
AZ0200

Website

Alerts

Be the first to know and let us send you an email when Qarabağ Tarixi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qarabağ Tarixi:

Share