Azərbaycan Mühəndislər Birliyi

Azərbaycan Mühəndislər Birliyi Azərbaycan Mühəndislər Birliyinin başlıca məqsədi Azərbaycanda ənənəvi və daim mütəx?

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Memarlıq, Dizayn və İnşaat mühəndisliyi üzrə SERTİFİKATLI OFFLINE seminar!📍 ...
22/06/2026

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Memarlıq, Dizayn və İnşaat mühəndisliyi üzrə SERTİFİKATLI OFFLINE seminar!

📍 Təlimçi Cəmilə Xəlilzadə
“İnteryer Dizayna Giriş” mövzusu üzrə məlumat verəcək.

Seminar çərçivəsində iştirakçılar interyer dizaynın əsas prinsipləri, məkanın funksional və estetik təşkili, rəng və material seçimi, eləcə də interyer layihələrinin hazırlanması və təqdimatı kimi mövzular üzrə praktiki biliklər əldə edəcəklər.

👨‍🏫 Təlimçi Cəmilə Xəlilzadə haqqında:
📌 İnteryer dizayner / təlimçi & mentor
📌 AZMİU – İnteryer dizayner

📅 Tarix: 11 iyul, saat 14:00
⏰ Son qeydiyyat tarixi: 9 iyul, saat 18:00
📍 Məkan: City Global Coworking
🔗 Qeydiyyat linki: https://forms.gle/dAqWGKi2g2D9Y4KP7

☀️ Yay İnkişaf Proqramı 2026⚙️ Sənaye Avtomatlaşdırılması Kursu (Praktiki)Müasir sənaye müəssisələrinin əsasını avtomatl...
19/06/2026

☀️ Yay İnkişaf Proqramı 2026

⚙️ Sənaye Avtomatlaşdırılması Kursu (Praktiki)

Müasir sənaye müəssisələrinin əsasını avtomatlaşdırma sistemləri təşkil edir. PLC-lər, sensorlar, kontrollerlər və tezlik çeviriciləri (VFD) istehsalat proseslərinin idarə olunmasında mühüm rol oynayır.

Azərbaycan Mühəndislər Birliyinin Yay İnkişaf Proqramı 2026 çərçivəsində təşkil olunan Sənaye Avtomatlaşdırılması Kursu iştirakçılara sənayedə istifadə olunan real avadanlıqlar üzərində praktik təcrübə qazanmaq imkanı təqdim edir.

👨‍🎓 Kimlər üçün uyğundur?

• Proseslərin avtomatlaşdırılması mühəndisliyi tələbələri
• Elektrik və elektronika mühəndisliyi tələbələri
• Mexatronika və idarəetmə sistemləri üzrə təhsil alanlar
• PLC proqramlaşdırmasını öyrənmək istəyənlər
• Gənc mühəndislər və texniki mütəxəssislər

👨‍🏫 Təlimçilər
* Emin Allahverdi - Alport Baku LLC - Avtomatika Mühəndisi
* Hüseyn Əliyev - SOCAR-STP LLC - Avtomatika Mühəndisi

🎯 Kurs müddətində iştirakçılar PLC, VFD, temperatur və təzyiq kontrollerləri, rele və sensorlarla işləyərək real sənaye tətbiqlərini öyrənəcəklər.

🔗 Ətraflı məlumat və qeydiyyat: https://bit.ly/3QL1vpf

☀️ Yay İnkişaf Proqramı 2026⚡ Elektronika (Praktiki) KursuElektronikanı yalnız nəzəri deyil, praktik şəkildə öyrənmək is...
17/06/2026

☀️ Yay İnkişaf Proqramı 2026

⚡ Elektronika (Praktiki) Kursu

Elektronikanı yalnız nəzəri deyil, praktik şəkildə öyrənmək istəyirsiniz?

Azərbaycan Mühəndislər Birliyinin Yay İnkişaf Proqramı 2026 çərçivəsində təşkil olunan Elektronika (Praktiki) Kursu iştirakçılara elektronikanın fundamental prinsiplərini real dövrələr üzərində tətbiq etmə imkanı yaradacaq.

Təlim müddətində iştirakçılar qida mənbələrinin qurulması, tranzistorların tətbiqi, sensorlarla işləmə, əməliyyat gücləndiriciləri, qoruma sxemləri, düzləndirici körpülər və zamanlama dövrələri kimi mövzuları praktiki tapşırıqlar vasitəsilə öyrənəcəklər.

👨‍🎓 Kimlər üçün uyğundur?
• Elektronika və elektrik mühəndisliyi tələbələri
• Mexatronika və avtomatlaşdırma sahəsində təhsil alanlar
• Arduino və mikrokontrollerlərə maraq göstərənlər
• Elektronika üzrə baza biliklərini praktikada tətbiq etmək istəyənlər
• Gənc mühəndislər və texniki sahə üzrə həvəskarlar

👨‍🏫 Təlimçilər
• Şamxal Əliyev - Azərbaycan Texniki Universiteti, Energetika fakültəsi Dekan müavini
• Hikmət Fəttayev – ADY - Elektromexanik
• Rauf Pənahzadə - Ələt Beynəlxalq Dəniz Limanı (SeaPort) - Avtomatika elektrik mühəndisi

🎯 Təlim boyunca hər mövzu real elektron sxemlərin qurulması və sınaqdan keçirilməsi ilə müşayiət olunacaq.

🔗 Ətraflı məlumat və qeydiyyat: https://bit.ly/4eteDXI

📊 “Gələcəyin Mühəndisləri” Təqaüd Proqramı 2026 – Ümumi statistik təhliliAzərbaycan Mühəndislər Birliyi tərəfindən həyat...
17/06/2026

📊 “Gələcəyin Mühəndisləri” Təqaüd Proqramı 2026 – Ümumi statistik təhlili

Azərbaycan Mühəndislər Birliyi tərəfindən həyata keçirilən “Gələcəyin Mühəndisləri” Təqaüd Proqramı növbəti tədris dövrünü uğurla başa vurdu.

Proqramın sonunda iştirakçılar arasında keçirilmiş anonim sorğular və yekun imtahan nəticələri əsasında hazırlanmış statistik təhlil proqramın tələbələrin peşəkar inkişafına müsbət təsir göstərdiyini nümayiş etdirir. Təlim prosesində iştirakçılar öz ixtisasları üzrə əsas nəzəri biliklər, mühəndislik anlayışları və praktiki tətbiqlərlə tanış oldular, sahənin peşəkar mütəxəssislərindən dərslər almaq imkanı qazandılar.

Əldə olunan nəticələr göstərir ki, proqram iştirakçılarının bilik səviyyəsində nəzərəçarpacaq inkişaf müşahidə olunmuş, təlimçilərin fəaliyyəti və proqramın təşkili isə iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

Bu uğurlu nəticələrin əldə olunmasında əməyi olan bütün təlimçilərimizə, koordinatorlarımıza və proqram iştirakçılarına təşəkkür edir, gələcəyin mühəndislərinin inkişafına töhfə verməyə davam edəcəyimizi bildiririk.

🚀 Gələcəyin mühəndislərinə investisiya etmək, gələcəyin inkişafına investisiya etmək deməkdir.

📲 Növbəti tədris ilində keçiriləcək proqramdan və digər təlim, seminarlardan daha tez xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə səhifəmizi izləməyi, WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın.

☀️ Yay İnkişaf Proqramı 2026🇬🇧 İngilis dili üzrə - Speaking & Conversation kursuMühəndis üçün yalnız texniki biliklər ki...
15/06/2026

☀️ Yay İnkişaf Proqramı 2026

🇬🇧 İngilis dili üzrə - Speaking & Conversation kursu

Mühəndis üçün yalnız texniki biliklər kifayət deyil. Beynəlxalq layihələrdə iştirak etmək, xarici şirkətlərdə işləmək, təlimlərə və müsahibələrə qatılmaq üçün ingilis dilində rahat ünsiyyət qurmaq vacibdir.

Əgər ingilis dilində müəyyən biliyiniz olsa da, danışarkən çətinlik çəkir, fikirlərinizi ifadə etməkdə tərəddüd edirsinizsə, bu təlim sizin üçündür.

🎯 Təlim ərzində iştirakçılar:
* Özlərini daha rahat təqdim etməyi
* Gündəlik mövzularda sərbəst danışmağı
* Sual vermə və cavablandırma bacarıqlarını
* Aktiv söz ehtiyatından istifadə etməyi
* İngilis dilində ünsiyyət zamanı özünəinam qazanmağı öyrənəcəklər

👨‍🎓 Kimlər üçün uyğundur?

* A1-A2 səviyyəsində ingilis dili biliyi olanlar
* Danışıq bacarıqlarını inkişaf etdirmək istəyənlər
* Mühəndislik tələbələri və gənc mütəxəssislər
* Xaricdə təhsil və ya karyera planlaşdıranlar

🎁 İlk dərs sınaq və səviyyə müəyyənləşdirmə dərsidir.

🔗 Ətraflı məlumat və qeydiyyat: https://bit.ly/4fHQTBH

15 iyun – Milli Qurtuluş Günü.Milli Qurtuluş Günü xalqımızın tarixində dönüş nöqtəsi, sabitliyin və dövlətçiliyin bərpas...
14/06/2026

15 iyun – Milli Qurtuluş Günü.

Milli Qurtuluş Günü xalqımızın tarixində dönüş nöqtəsi, sabitliyin və dövlətçiliyin bərpası yolunda atılan möhtəşəm addımdır. Bu gün, milli həmrəyliyi və vətənə sədaqəti simvolizə edən, müstəqilliyimizin qorunmasında misilsiz rol oynamış tarixi bir gündür.

Azərbaycan Mühəndislər Birliyi olaraq bu əlamətdar tarixi dərin ehtiramla yad edir, xalqımıza daim sülh, əmin-amanlıq və tərəqqi arzulayırıq.

🧪 Yay İnkişaf Proqramı 2026🎯  Qida Mühəndisliyi və Kimya – Keyfiyyət İdarəetməsiAzərbaycan Mühəndislər Birliyi tərəfində...
12/06/2026

🧪 Yay İnkişaf Proqramı 2026

🎯 Qida Mühəndisliyi və Kimya – Keyfiyyət İdarəetməsi

Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan Yay İnkişaf Proqramı 2026 çərçivəsində qida mühəndisliyi, kimya və keyfiyyətə nəzarət sahələrinə maraq göstərən tələbə və gənc mütəxəssislər üçün “Keyfiyyət İdarəetməsi” proqramına qeydiyyat açıq elan olunur.

Bu proqram iştirakçılara keyfiyyət idarəetmə sistemləri, ISO standartları, qida təhlükəsizliyi, strateji planlaşdırma və praktiki keyfiyyət nəzarəti sahələrində bilik və bacarıqlar qazandırmağı hədəfləyir.

👨‍🎓 Təlimçilər: Leyla Xəlilzadə
(QA/QC Engineer – AZAL)

İsrafil Hüseynov (Senior Inspector, Directorate of Aviation Security - AZAL)

📅 Başlama tarixi: 3 iyul 2026

📚 Təlim mövzuları:
* ISO 9001 standartlarının tətbiqi və keyfiyyət idarəetmə sistemi
* Qida prosesində dərmanlama növləri
* Qida məhsullarının keyfiyyəti və qida təhlükəsizliyi (ISO 22000)
* SWOT analizi və strateji planlaşdırma
* Qida məhsullarının keyfiyyəti və qida təhlükəsizliyi (praktiki)
* Praktiki təcrübə və şəbəkələşmə

💻 Nəzəri dərslər onlayn, praktiki sessiyalar isə əyani formatda keçiriləcək.

🔗 Proqram mövzuları ətraflı məlumat və qeydiyyat: https://bit.ly/49NVSgm

☀️ Yay İnkişaf Proqramı 2026🛢️ Neft-qaz mühəndisliyi üzrəDrilling Engineering: From Planning to Ex*****onQuyunun planlaş...
11/06/2026

☀️ Yay İnkişaf Proqramı 2026

🛢️ Neft-qaz mühəndisliyi üzrə
Drilling Engineering: From Planning to Ex*****on

Quyunun planlaşdırılmasından icrasına qədər qazma prosesini öyrənmək istəyirsiniz?

Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan Yay İnkişaf Proqramı 2026 çərçivəsində keçirilən bu təlim qazma mühəndisliyinin əsaslarını, avadanlıqların iş prinsiplərini və real sənaye proseslərini öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

📚 Proqram haqqında
Müddət: 1 ay
Hər dərs: 2 saat
Başlama tarixi: 11 iyul
Sonda sertifikat təqdim olunur

🎯 Hər dərs sonu Interactive Learning Activities (interaktiv öyrənmə tapşırıqları, müzakirələr və mini-case-lər) keçiriləcək.

👨‍🎓 Təlimçi: Gündüz Mahmudov (Drilling Engineer – SOCAR Upstream Management International)

👨‍🎓 Kimlər üçün uyğundur?
• Neft-qaz mühəndisliyi tələbələri
• Geologiya və geofizika tələbələri
• Gənc mühəndislər və məzunlar
• Qazma sahəsində karyera qurmaq istəyənlər
• Sahə biliklərini inkişaf etdirmək istəyən mütəxəssislər

🔗 Proqram mövzuları ətraflı məlumat və qeydiyyat: https://bit.ly/4ofhxns

⚗️ Yay İnkişaf Proqramı 2026🧪 Kimya Mühəndisliyi – Chemical Process EngineeringAzərbaycan Mühəndislər Birliyi tərəfindən...
10/06/2026

⚗️ Yay İnkişaf Proqramı 2026

🧪 Kimya Mühəndisliyi – Chemical Process Engineering

Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan Yay İnkişaf Proqramı 2026 çərçivəsində kimya mühəndisliyi, proses mühəndisliyi və neft-qaz emalı sahələrinə maraq göstərən tələbə və gənc mütəxəssislər üçün “Chemical Process Engineering” kursuna qeydiyyat açıq elan olunur.

Bu proqram iştirakçılara kimya mühəndisliyinin fundamental prinsiplərini, proses hesablamalarını, axın sistemlərini, texnoloji avadanlıqları və neft emalı proseslərini öyrənmək imkanı yaradacaq.

📚 Proqram haqqında
Müddət: 1.5 ay
Hər dərs: 2 saat
Başlama tarixi: 11 iyul
Format: Onlayn / Əyani
Sonda sertifikat təqdim olunur

🎯 Proqram kimlər üçün uyğundur?
• Kimya mühəndisliyi tələbələri
• Proses mühəndisliyi sahəsində karyera qurmaq istəyən şəxslər
• Emal və istehsalat proseslərini öyrənmək istəyən gənc mütəxəssislər

📜 Kursun sonunda iştirakçılar sertifikat əldə etmək imkanı qazanacaqlar.

🔗 Proqram mövzuları ətraflı məlumat və qeydiyyat: https://bit.ly/4uoFTfY

⚡ Yay İnkişaf Proqramı 2026🔌 Elektrik mühəndisliyi – Elektrik LayihələndirilməsiAzərbaycan Mühəndislər Birliyi tərəfində...
10/06/2026

⚡ Yay İnkişaf Proqramı 2026

🔌 Elektrik mühəndisliyi – Elektrik Layihələndirilməsi

Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan Yay İnkişaf Proqramı 2026 çərçivəsində elektrik mühəndisliyi sahəsinə maraq göstərən tələbə və gənc mütəxəssislər üçün “Elektrik Layihələndirilməsi” kursuna qeydiyyat açıq elan olunur.

Təlim proqramı iştirakçılara elektrik layihələrinin hazırlanması, işıqlandırma sistemlərinin hesablanması, elektrik təchizatı sistemlərinin layihələndirilməsi, kabel seçimi, paylayıcı şkaflar, transformatorlar və torpaqlanma sistemləri üzrə nəzəri və praktiki biliklər qazandıracaq.

📅 Müddət: 3 ay
🕒 Dərslər: Həftədə 2 dəfə
📜 Sertifikat təqdim olunur

🎯 Praktiki layihə:
35/0,4 kV-luq yarımstansiya və inzibati binanın elektrik layihəsinin hazırlanması

👨‍🎓 Təlimçi:Samir Qurbanov
(Elektrik təchizati xidməti şöbəsinin rəis müavini – Bakı Metropoliteni)

🔗 Proqram mövzuları ətraflı məlumat və qeydiyyat: https://bit.ly/4fyxxif

Address

Agdam

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994993030701

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Mühəndislər Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Mühəndislər Birliyi:

Share