Gənclərin Anti-Narkomaniya İctimai Birliyi

Gənclərin Anti-Narkomaniya İctimai Birliyi Kontaktinformationen, Karte und Wegbeschreibungen, Kontaktformulare, Öffnungszeiten, Dienstleistungen, Bewertungen, Fotos, Videos und Ankündigungen von Gənclərin Anti-Narkomaniya İctimai Birliyi, Nichtregierungsorganisation (NRO), Vienna.

🇦🇹 Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş möh...
28/03/2026

🇦🇹 Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir keçirilib.




İsmayıllı və Qəbələdə Novruz bayramı münasibətilə sosial video çarx hazırlanıbAzərbaycan Respublikası Gənclərin Anti-Nar...
17/03/2026

İsmayıllı və Qəbələdə Novruz bayramı münasibətilə sosial video çarx hazırlanıb

Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin üzvləri tərəfindən İsmayıllı rayonu və Qəbələ rayonu ərazilərində Novruz bayramı münasibətilə sosial video çarx layihəsi həyata keçirilib. Layihə uğurla tamamlanaraq ictimaiyyətə təqdim olunub.

Layihə çərçivəsində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbələri tərəfindən Novruz adət-ənənələrini əks etdirən təbrik videoları hazırlanıb və paylaşılıb.

Layihəyə başlamazdan əvvəl təşkilatın fəal üzvləri hər iki rayonda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək milli-mənəvi dəyərlərə olan hörmətlərini ifadə ediblər.

Qeyd edək ki, təşəbbüsün əsas məqsədi gənclərin milli irsə bağlılığını artırmaq, onların sosial fəallığını təşviq etmək və Novruz bayramının tarixi və mənəvi əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaqdır. Layihə gənclərin kreativliyi və birliyini nümayiş etdirən uğurlu nümunə kimi qiymətləndirilir.

https://youtube.com/shorts/HjAGSBjPKq8?si=nSgGhuSp990Sf_TE

https://youtube.com/shorts/H9opPV9Xcog?si=QkwTbw3QWS1Py0RY

Qadın həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları ürək...
08/03/2026

Qadın həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları ürəkdən təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram. Azərbaycan xanımları hər zaman ailənin, cəmiyyətin və dövlətin güclü dayağı olmuş, milli dəyərlərimizin qorunmasında mühüm rol oynamışdır.

Bayramınız mübarək, əziz xanımlar! 🌸

28/02/2026

İsmayıllıda gənclər narkomaniyaya qarşı sosial videoçarx hazırlayıblar

İsmayıllı rayonunda fəaliyyət göstərən Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin (GANİB) gənc üzvləri tərəfindən narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təşviqi məqsədilə sosial videoçarx hazırlanıb.

Videoçarxda narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına, ailə institutuna və bütövlükdə cəmiyyətə vurduğu zərərlər əyani şəkildə təqdim olunur. Çarx vasitəsilə gənclər zərərli vərdişlərdən uzaq durmağa, sağlam və aktiv həyat tərzinə üstünlük verməyə çağırılır.

Layihə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alan təşkilatın fəal gənc üzvlərinin iştirakı ilə reallaşdırılıb. Təşəbbüs gənclərin ictimai fəallığının artırılması, onların maarifləndirici və sosial layihələrdə iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, sözügedən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq icra olunur və ölkədə narkomaniyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə töhfə verir.

İsmayıllıda gənclər narkomaniyaya qarşı sosial videoçarx hazırlayıblarİsmayıllı rayonunda fəaliyyət göstərən Azərbaycan ...
28/02/2026

İsmayıllıda gənclər narkomaniyaya qarşı sosial videoçarx hazırlayıblar

İsmayıllı rayonunda fəaliyyət göstərən Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin (GANİB) gənc üzvləri tərəfindən narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təşviqi məqsədilə sosial videoçarx hazırlanıb.

Videoçarxda narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına, ailə institutuna və bütövlükdə cəmiyyətə vurduğu zərərlər əyani şəkildə təqdim olunur. Çarx vasitəsilə gənclər zərərli vərdişlərdən uzaq durmağa, sağlam və aktiv həyat tərzinə üstünlük verməyə çağırılır.

Layihə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alan təşkilatın fəal gənc üzvlərinin iştirakı ilə reallaşdırılıb. Təşəbbüs gənclərin ictimai fəallığının artırılması, onların maarifləndirici və sosial layihələrdə iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, sözügedən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq icra olunur və ölkədə narkomaniyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə töhfə verir.

https://youtube.com/shorts/G-M2-88ET1U?si=i5EkjAGGz3ssYmO7

25/02/2026
25/02/2026
24/02/2026

Adresse

Vienna

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Gənclərin Anti-Narkomaniya İctimai Birliyi erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Teilen