25/04/2024
20.04.2024-cü il tarixində "Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək" (Gmid İctimai Birliyi) İctima Birliyinin İdarə heyətinin müvafiq qərarı ilə dərc edilmiş, GMİD İB-nin Sədr müavini Fuad Cavadzadənin müəllifi olduğu “İstehsalat mühəndisləri üçün sorğu kitabı” ictimaiyyətə təqdim edilmişdir. Kitabın təqdimat mərasimində birliyin sədri Rüfət Cavadzadə, kitabın müəllifi və digər natiqlər çıxış edərək ürək sözlərini bildirmişlər.
Kitabın yazılmasında əsas məqsəd gənc mühəndislərə və universiteti yeni bitirmiş mütəxəssislərə rəqabətli istehsalat mühitinə uyğunlaşmaqda və mühəndislik peşəsinin sirlərinə yiyələnməkdə müasir standartlara cavab verən köməkçi vəsait təklif etməkdir.
Nəzərinizə çatdırmaq istərdik ki, bu müəllifin qələmindən çıxan ilk kitab deyil. Belə ki, Fuad Cavadzadənin layihə rəhbəri olduğu “Proqressiv mühəndislik” layihəsi çərçivəsində tərtib etdiyi “Mühəndis Mexanikin Əl Kitabı”, “İtkiyə gedən suların idarə olunması” və həmmüəllifi olduğu “Tullantı Sutəmizləyici Qurğuların İstismarı” adlı kitablar ötən 10 il ərzində ərzində nəşr edilmişdir. Kitablar elmi tədqiqatçılar, istismarçı mühəndislər və tələbələrdən ibarət geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. Yaxın günlərdə yeni kitabın və həmçinin müəllifin digər 3 kitabının elekron versiyasının fərqli formatlarda təqdimatı və kitablar əsasında praktiki təlimlərin keçirilməsi nəzərdə tutulur.