03/24/2025
Salam, Ramazan ayi sebebi ile biraz fitre chixartmaq isteyen shexler var. Real charesiz olub ehtiyaci olanlar varsa yazsin zehmet olmasa
This page was created for on purpose to give our hands and harts to people who extremely and necessar
New York, NY
Be the first to know and let us send you an email when Charity Funds of Aghayev’s - CFA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Zaman zaman əlimdən gələn qədər çalışıram imkansızlara, sağlamlıq problemi olanlara yardım edim. Son zamanlar şükür uca yaradana maddi imkanım biraz daha artıb və buda mənə imkan verir ki, qazancımın müəyyən hissəsini iyanələrə xeyirxahlığa sərf edim. Yəni ayda 500-600 və ya bəzən də 1000 dollar civarında yardımlar edə bilirəm, şükürlər olsun.
İndi səhifənin məqsədi nədi onu deyim. 3 məqsəd var. Birincisi yardıma ehtiyacı olanları bu səhifəyə yığmaq və real ehtiyacı olanları təyin etmək. 2-cisi isə bilirəm ki, mənim kimi digərlərinə əl tuta biləcək yüzlərlə soydaşlarımız var. Bir guvən səhifəsi yaradıb onları da bu səhifədə görmək istəyirəm. Mən özüm üçün bir fond yaratdım və hər ay bu fonda müəyyən məbləğ pul keçirib yardım kimi paylıyacam. Və kim də qoşulmaq istəsə buyursun, fonduma dəstək olsun. Siz bu fonda 1 doll qoyacaqsınızsa mən onu 2 dollar edib ehtiyacı olanlara çatdıracam.
Və nəhayət 3-cü məqsəd savab qazanmaqdır. İnsanların xeyir duasını almaqdır. Çünki nə qədər çox xeyir dua alsam o qədər çox yardım etmək imkanım olacaqdır. Mən inanıram ki, Allah yardımı yaxşı insanların əli ilə edir. Yaxşı insan olmağ istiyirəm ki, Allah bəxş etdiyi ruzi bərəkəti ehtiyacı olanlarla paylaşım. Və sizdən də xahişim odur ki, səhifəni tanıdın. Paylaşın. Dosta tanişa çatdırın. Bəlkə paylaşmaqla elə bir adama əlimiz çatacaq ki, edə biləcəyimiz kiçik bir yardım ona həyatda qalmağa kömək edəcək.
Hörmətlə