21/12/2025
Bu gün talışların milli bayramı olan Çılə Şəv qeyd olunur.
Talış dilində çıl - qırx, şəv - gecə deməkdir. Çılə şəv ilin ən uzun gecəsidir. Miladi təqvimi ilə dekabrın 21-dən 22-nə keçən gecəyə təsadüf edir. Təbiət bayramı olan çılə şəv bəşər tarixinin ən qədim adətlərindən biri hesab olunur.
Çılə şəv-də işığın qaranlığa, istinin soyuğa, hərəkətin hərəkətsizliyə qalib gəlməsi üçün dualar edilir, nəğmələr oxunur. Çılə şəv süfrəsinə nar, əzgil, balqabaq və s. kimi mövsüm nemətləri düzülür, çılımə adlı yemək bişirilir, qarpız kəsilir. Bəli, baxmayaraq ki qarpız mövsümü deyil, amma qarpız mütləqdir. İndinin özündə də bütün dünyada yaşayan talışlar bu qaydaya ciddi əməl edir. 🍉
Əziz dostlar, çılə bayramınız mübarək olun! Sizə sağlam həyat, xəta-bəladan uzaq və uğurlu il diləyirik.
Çilə Şəvon mübarək, xosə Tolışon.
Çilə Bayramınız mübarək!