Qaranquş Yardım Fondu
- Home
- United Kingdom
- London Borough of Lewisham
- Qaranquş Yardım Fondu
Qaranquş Yardım Fondu ehtiyacı olanlara ərzaq və zəruri istehlak məhsulları yardımı etmək məqsədi ilə başladılmışdır.
Address
London Borough Of Lewisham
SE146LH
Opening Hours
| Monday | 9am - 5pm |
| Tuesday | 9am - 5pm |
| Wednesday | 9am - 5pm |
| Thursday | 9am - 5pm |
| Friday | 9am - 5pm |
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when Qaranquş Yardım Fondu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Category
Tarixçəmiz
Qaranquş Yardım Fondu Koronavirusla mübarizə üçün bir araya gəlmiş təşəbbüs komandası tərəfindən yaradılmışdır. Komanda əvvəlcə Azərbaycan COVİD-19 Qarşılıqlı Yardım Feysbuk qrupunu yaratmışdır. Daha sonra komandadaxili müzakirələrin nəticəsi olaraq Qaranquş Yardım Fondunun əsası qoyulmuşdur. Məqsədimiz ehtiyacı olan insanlarla onlara kömək etmək istəyənləri daha yaxın etməkdir. Bunu üçün müxtəlif innovativ və daha rahat vasitələrdən istifadə etməyi planlayırıq.
Hazırda komandamızın əsas fokuslandığı sahə Koronavirusun təsirindən dolayı yaranan problemlərə görə - işsizlik, sosial təminaqsızlıq ucbatından ehtiyacı olanları müəyyən etmək və onlara yardım edə biləcək fiziki və hüquqi şəxsləri əlaqələndirməkdir.
Addımladığımız bu yolda, əlbəttə ki, ilk işimiz ehtiyacı olan insanları müəyyən etmək idi. Hazırda pandemiyanın təsirindən yaranan vəziyyətdə ehtiyacı olan 2000-dən çox ailə müəyyən edilib. Onlara yardım məqsədilə komandamız ianə toplmağa başlayıb. İndiyə qədər bir neçə ailəyə pul, qida və digər gündəlik tələbat məhsulları çatdırmışıq.
İşimizin daha effektiv olması və xüsusilə də, könüllülərimizi və onların görüşdüyü insanları virusa yoluxmaqdan qorumaq üçün komandamız “Bizim Market” supermarketlər şəbəkəsi ilə razılığa gəlib. Belə ki, “Bizim Market” artıq 100 bonus kartını bizə çatdırıb və ianə toplandıqca həmin kartlar 50 və ya 100 AZN miqdarında pul yüklənəcəkdir. Həmin kartlarla yalnız qida, təmizlik və digər gündəlik tələbat məhsuallarını almaq mümkün olacaqdır.